Yeni idarəetmə modeli: Çeviklik, səmərəlilik və şəffaflıq...
14.01.2025 [09:23]
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkəmizdə müasir dövlət quruculuğu prosesinin əsas istiqamətlərindən biri olan yeni idarəetmə modelinin növbəti anonslarını verib. Qeyd edib ki, son bir neçə il ərzində dövlət şirkətlərində tətbiq edilən yeni idarəetmə modeli bir çox problemlərin həllində mühüm rol oynayıb. Müasir yanaşma idarəetmədə olan qüsurların və pozuntuların aradan qaldırılması ilə yanaşı, dövlət şirkətlərinin fəaliyyətində əhəmiyyətli dönüş yaradıb, maliyyə imkanlarını yaxşılaşdırıb. Uzun illər ərzində zərərlə işləyən və dövlət büdcəsinə ağır yük olan şirkətlərdə qurulmuş yeni korporativ idarəetmə sistemi gözləntiləri doğultmağa başlayıb və onların əksəriyyəti artıq gəlirlə işləyir. Məsələn, “Azərbaycan Hava Yolları” artıq gəlirlə işləyən çevik qurumdur və ötən il gəlirləri bir neçə 100 milyon manat səviyyəsinə çatıb. Həmçinin SOCAR və Dövlət Dəmir Yolu da gəlirlə işləyir.
Yerli və qlobal mühit idarəetmənin daha da təkmilləşdirilməsini zəruri edir
Ötən dövlərdə idarəetmə ilə bağlı islahatlar çərçivəsində dövlət müəssisələrinin diaqnostikası aparılıb, müşahidə şuraları, müvafiq komitələr və koordinasiya ofisləri formalaşdırılıb, korporativ idarəetmə standartları və əsas icra göstəriciləri müəyyənləşdirilib və yeni büdcə-maliyyə siyasəti həyata keçirilib. Ancaq inkişaf axıcı və davamlı olduğundan tələblər də dəyişir, yerli və qlobal mühit idarəetmənin daha da təkmilləşdirilməsini, çevikliyini zəruri edir. Bu gün daha yığcam, daha məqsədyönlü və dinamik idarəetmə modelləri səmərəliliyi daha da artırır. Hazırkı mərhələdə layihə idarəetməsi, risk menecment, investisiya və xəzinə siyasəti, pul vəsaitlərinin hərəkətinin idarə edilməsi, müəssisə resurslarının planlaşdırılması və sərmayə cəlbi kimi istiqamətlərdə islahatların aparılması əsas iqtisadi tələblərdəndir. Bu səbəbdən iqtisadi inkişafla ayaqlaşmayan təşkilatların ləğv edilməsi normaldır və idarəetmənin təkmilləşdirilməsi, dövrün tələblərinə uyğun daha çevik və səmərəli mexanizmlərin qurulması labüddür. İslahatların davamı olaraq böyük təşkilatları, korporasiyaları vahid platformadan idarə edən holdinqlər yaradılır. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması da bu məqsədlərə xidmət edir.
ASKON nəqliyyat sektorunu vahid çətir altında birləşdirəcək
ASKON nəqliyyat sektorunu vahid çətir altında bir platforma kimi yaratmaqdır. Bu sahədə idaretmə nəqliyyat qurumları arasındakı zəif koordinasiyanı aradan qaldıracaq, nəqliyyat qurumları arasında idarəetmə bağlantılarını birləşdirəcək.
Eyni zamanda, nəqliyyat sektorunun rəqəmsallaşdırılması prosesini tamamlayacaq, gömrük rəsmiləşdirilməsində də yük göndərən tərəf öz yükünü daim izləmək imkanına malik olacaq və burada süni əngəllər, pozuntular, eyni zamanda, təbii ləngimələr də aradan qaldırılacaq. Bu siyasət, eyni zamanda, tariflərin təkmilləşməsində və optimist tarif təyinetməsinə imkan yaradacaq. Yeri gəlmişkən, “Rəqabət Məcəlləsi”, “İnvestisiya fəaliyyəti haqqında” və “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunların qəbulu dövlət müəssisələrinə özəl sərmayənin cəlbi, səmərəliliyin artırılması və bazar mexanizminin gücləndirilməsi üçün yaxşı imkanlar yaradır.
Ölkə başçısı konkret ifadə edir ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələrinin ən son idarəetmə özəlliklərini nəzərə alır, aparıcı dövlətlərlə təcrübə mübadiləsini genişləndirir, qarşılıqlı olaraq modellər sınaqdan keçirilir, bir sıra ölkələr Azərbaycanda yeni yaradılan və demokratiya baxımından səmərəli olan idarəetmə strukturlarını mənimsəyirlər. Bununla yanaşı, Azərbaycan da bütövlükdə, dünya dövlətlərində idarəetmə sahəsində özünü göstərən prosesləri diqqətlə izləyir və müasir dövrün tələblərinə uyğun strukturlar yaratmaqdadır.
İslahatlar ölkəmizdən keçən beynəlxalq daşımaların həcmini artıracaq
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin ən axıcı qovşaqlarının yerləşdiyi regiondur, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutları üzrə tranzit həcmi sürətlə artır. Bu il Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yük daşımaları təxminən 60 faiz artıb. Eyni zamanda, Azərbaycandan keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu üzrə yük daşımaları da 30 faiz artıb. Azərbaycan Avrasiyanın mərkəzində nəqliyyat-logistika qovşağı kimi mövqeyini gücləndirir.
Bütün bu geoiqtisadi reallıqlar, tranzit-logistika xətlərində meydana çıxan yeni fraqmentasiyalar beynəlxalq nəqliyyat daşınmalarında təmsil olunan şirkətlərin də fəaliyyətində vahid siyasətin tənzimlənməsini labüd edir. Bu baxımdan nəqliyyat şirkətlərinin fəaliyyətinin yeni idarəetmə prinsiplərinə uyğunlaşdırılması tranzit əməliyyatları zamanı inzibati prosedurların optimallaşdırılmasına, aidiyyəti dövlət orqanları arasında koordinasiyanın yaxşılaşdırılmasına və vahid platforma üzərindən tətbiqinə imkan verəcək. Eyni zamanda, tranzit daşımalar zamanı sərhədkeçmə müddətinin minimuma endirilməsinə, nəticədə Azərbaycandan daşınan tranzit yükdaşımalarının həcminin artmasına səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43

