Unutmadıq, unutmayacağıq!
26.02.2025 [07:55]
Xocalı soyqırımından 33 il ötür
Bütün varlığı ilə torpağına, yurd yerlərinə bağlı olan Azərbaycan xalqına qarşı zaman-zaman məkrli planlar qurulub. Başımıza müsibətlər gəlib, faciələrə düçar olmuşuq. Belə faciələrdən birini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yaşamışıq.
Həmin gecə Xocalı şəhəri erməni vandalizminin növbəti ünvanı oldu, burada insan təsəvvürünə sığışmayan dəhşətli qırğınlar törədildi. Şəhər soyqırımına məruz qaldı. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər cəmi bir neçə saatın içində bütün şəhəri yerlə-yeksan etdilər. Həmin qanlı tarixdən 33 il ötür...
Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda kimi faciələrlə bir sırada dayanan Xocalı soyqırımı
Ermənilər yeri gəldi-gəlmədi özlərini dünyaya “mədəni xalq” kimi təqdim etməyə çalışırlar. Ancaq bu təbliğat mifik səciyyə daşıyır. Ermənilərin zaman-zaman Azərbaycan xalqına münasibətdə əl atdıqları qəddarlıqlar, yol verdikləri müharibə cinayətləri onların “mədəni xalq” mifində həqiqət payının sıfıra bərabər olduğunu əyani şəkildə təsdiqləyir. Xalqımız təkcə XX əsrdə ermənilər tərəfindən 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə olmaqla düz dörd dəfə dəhşətli deportasiyalara məruz qalıb.
Xocalı faciəsi də ermənilərin qəddarlığını bütün cəhətləri ilə açıb ortaya qoyur. Bu faciə dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda kimi soyqırımları ilə bir sırada dayanır.
Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Xocalı faciəsinə siyasi qiymət verilməsi
Aradan 33 il ötsə də, “Xocalı faciəsinin qarşısını almaq mümkün idimi” sualı hələ də aktual olaraq qalır. Ümumi qənaət belədir ki, bəli, mümkün idi. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Xocalı faciəsinin günahkarları ermənilərdir. Bu, sübuta, hər hansı bir müzakirəyə ehtiyacı olmayan həqiqətdir. Ancaq faciənin baş verməsində özümüzün də məsuliyyət daşıdığımızı etiraf etməliyik. Xocalı faciəsinin baş verməsində o dövrdəki Azərbaycan iqtidarının böyük məsuliyyəti var. Həmin illərdə respublikamızda güclü hakimiyyət yox idi, həmçinin bir sıra qüvvələr iqtidara gəlmək uğrunda mübarizə aparırdılar. Belə bir vəziyyətdə 1991-ci ilin sonlarından mühasirədə qalan Xocalının müdafiəsi təşkil olunmadı, dinc sakinlər şəhərdən çıxarılmadı. Mənfur düşmən isə bundan istifadə edərək öz planlarını həyata keçirdi.
Siyasi çəkişmələrin nəticəsi idi ki, 1992-ci ilin yazında qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarı Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməyə tələsmədi. Çünki diletant cütlüyün liderləri məhz məğlubiyyətlərimiz və faciələrimiz üzərində hakimiyyətə gəlməyə nail olmuşdular. AXC-“Müsavat” iqtidarının səriştəsiz idarəçiliyi Azərbaycanı dalana gətirib çıxartdı. Ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Belə bir şəraitdə xalq ümid yeri kimi o dövrdə Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevə üz tutdu, Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini təkid etdi. Heydər Əliyev çox sevdiyi xalqını ümidsiz qoymadı, onun səsinə səs verərək 1993-cü ilin yayında Bakıya gəldi və çətin vəziyyətdə olan respublikamıza rəhbərlik etməyin məsuliyyətini öz üzərinə götürdü.
Heydər Əliyevin dövlət başçısı kimi gündəmə gətirdiyi vacib məsələlərdən biri də Xocalı faciəsinə siyasi qiymət verilməsi oldu. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Heydər Əliyev hadisələrə siyasi qiymətin verilməsinin zəruriliyini bildirdi, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərdi. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Prezident Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Həmçinin 1998-ci ildə Heydər Əliyevin müvafiq sərəncamında Xocalı faciəsi soyqırımı adlanıb. 2002-ci ildə isə Milli Məclisdə soyqırımının 10 illiyi qətnaməsində 1992-ci ilin 26 fevralında baş verənlər soyqırımı kimi tanınıb.
Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının dünyada tanıdılması
Azərbaycan xalqı Xocalı faciəsinin qurbanlarının xatirəsini həmişə uca tutur. Hər il paytaxt Bakıda və bölgələrimizdə Xocalı faciəsinin ildönümü tədbirləri yüksək səviyyədə keçirilir.
Eyni zamanda, faciənin dünya miqyasında tanıdılması istiqamətində görülən işlər geniş miqyas alıb. Xüsusilə Heydər Əliyevin adını daşıyan fond bu istiqamətdə fəal iş aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurla davam etdirilir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Bu istiqamətdə fəaliyyət gələcəkdə də davam etdirilməlidir.
Qisas qiyamətə qalmadı
Vətən müharibəsində işğal altındakı ərazilərimizin böyük hissəsi geri qaytarılsa da, Xankəndi, Xocalı və bəzi başqa yaşayış məntəqələrində suverenliyimiz hələ də təmin olunmamışdı. Qalib Azərbaycan tarixi ərazilərimizdə, o cümlədən də Xocalıda separatizm yuvasının qalması ilə barışa bilməzdi. Buna görə də Vətən müharibəsi şanlı Zəfərimizlə başa çatandan sonra Azərbaycan cəmiyyətində haqlı suallar yaranmışdı: Bəs Xankəndi, Xocalı necə olacaq? Həqiqətən də, biz necə barışa bilərdik ki, zamanında bir gecənin içində yerlə-yeksan edilən, soyqırımı faciəsi yaşayan Xocalı separatçıların əlində qalsın. Əslində, Özünün təbirincə desək, nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndinin, Xocalının və digər yaşayış məntəqələrimizin də separatçılardan təmizlənməsinin planlarını götür-qoy etmişdi. Sadəcə, O, bu planların həyata keçirilməsi üçün uyğun zamanın gəlməsini, müvafiq şəraitin yetişməsini gözləyirdi. Nəhayət, dövlətimizin başçısı 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə bağlı tapşırıqlarını verdi. Silahlı Qüvvələrimizin yüksək peşəkarlıqla həyata keçirdiyi antiterror tədbirləri cəmi 23 saat ərzində uğurla tamamlandı və separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Digər yaşayış məntəqələrimiz kimi, Xocalı da azadlığına qovuşdu.
Böyük Qayıdışın Xocalı səhifəsi...
Azərbaycan xalqı 2024-cü il mayın 28-də bir gündə iki əlamətdar hadisəyə şahidlik etdi. Necə deyərlər, bayram bayrama qarışmışdı. Həm müstəqilliyimizin 106-cı ildönümünü qeyd etdik, həm də zamanında soyuq qış gecəsində erməni vandalizminə tuş gələn, yalnız taleyin qisməti sayəsində sağ qalan, onilliklər ərzində ağır məcburi köçkünlük həyatı yaşamaq məcburiyyətində qalan soydaşlarımızın bir qrupunun Xocalıya geri dönməsinin şahidi olduq.
Əlamətdar haldır ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində olublar və şəhərə köçən sakinlərin sevinclərini bölüşüblər. Prezident İlham Əliyev sakinlərlə görüşdə Xocalıya köçün başlamasını tarixi hadisə kimi dəyərləndirib.
Hazırda Xocalı şəhərində və rayonun yaşayış məntəqələrində bərpa-quruculuq işləri böyük sürətlə davam etdilir. Xocalıya son köç elə bu günlərdə-fevralın 24-də Ballıca kəndinə baş tutub. Köç karvanı Ağdam rayon ərazisindəki nəzarət-buraxılış məntəqəsindən 22 ailədən ibarət 95 nəfər olmaqla yola salınıb. “Əlbəttə ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir. İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik”, - deyə Prezident İlham Əliyev fevralın 19-da işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində Ballıca kənd sakinləri ilə görüşdəki çıxışında bildirib.
MÜBARİZ
Xəbər lenti
Hamısına bax
Dünya
27 Mart 12:54

Gündəm
27 Mart 12:37

Dünya
27 Mart 12:26

İdman
27 Mart 11:43

Dünya
27 Mart 11:16

Dünya
27 Mart 10:58

Gündəm
27 Mart 10:35

İdman
27 Mart 10:22

Dünya
27 Mart 09:32

Elm
27 Mart 08:40

Elm
26 Mart 23:42

Dünya
26 Mart 22:34

Sosial
26 Mart 21:54

Sosial
26 Mart 21:53

Dünya
26 Mart 20:33

Siyasət
26 Mart 19:21

Dünya
26 Mart 18:30

Dünya
26 Mart 17:14

Dünya
26 Mart 16:53

Gündəm
26 Mart 15:48

İdman
26 Mart 15:41

Dünya
26 Mart 14:20

Diaspor
26 Mart 13:37

Dünya
26 Mart 12:45

Dünya
26 Mart 11:24

Xəbər lenti
26 Mart 11:11

Hadisə
26 Mart 10:22

Dünya
26 Mart 10:19

Dünya
26 Mart 09:37

Dünya
26 Mart 08:25

Dünya
25 Mart 23:41

Dünya
25 Mart 22:36

Sosial
25 Mart 21:35

MEDİA
25 Mart 20:17

Sosial
25 Mart 19:50

Siyasət
25 Mart 19:41

Dünya
25 Mart 19:38

Elanlar
25 Mart 19:29

Dünya
25 Mart 19:24

Dünya
25 Mart 18:47

Mədəniyyət
25 Mart 17:25

Dünya
25 Mart 16:22

Dünya
25 Mart 15:41

Dünya
25 Mart 14:30

Din
25 Mart 13:33

Dünya
25 Mart 13:17

Dünya
25 Mart 12:48

Dünya
25 Mart 12:40

Hadisə
25 Mart 12:29

Dünya
25 Mart 11:38
25 Mart 10:51

Siyasət
25 Mart 10:24

Dünya
25 Mart 09:52

Dünya
25 Mart 09:18

Dünya
25 Mart 08:51

Dünya
25 Mart 08:20

Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41

Dünya
24 Mart 21:20

Sosial
24 Mart 20:18

Sosial
24 Mart 19:23

İdman
24 Mart 18:43

Dünya
24 Mart 17:21

Hadisə
24 Mart 16:39

Sosial
24 Mart 15:27

İdman
24 Mart 14:44

Dünya
24 Mart 14:10

Hadisə
24 Mart 13:45

İdman
24 Mart 13:15

Elm
24 Mart 12:46
