Türk dünyası daha möhkəm birliyə doğru
23.05.2025 [10:14]
Bu günlərdə Macarıstanın paytaxtı Budapeştdə baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü böyük və Avrasiyada kommunikasiyalar nöqteyi-nəzərindən çox önəmli bir coğrafiyada yerləşən Türkdilli ölkələrin inteqrasiyası yolunda növbəti uğurlu addım oldu. Zirvə görüşü çərçivəsində liderlər önəmli görüşlər keçirdilər və aktual müzakirələr apardılar. Zirvə görüşündə liderlərin çıxışlarında və imzalanan Bəyannamədə yaranan fürsətlərdən bəhrələnməklə Türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini özündə ehtiva edən bir sıra mühüm mesajlar verilib. Tədbirdə liderlər yekdil fikir və üst-üstə düşən siyasi iradə ortaya qoyublar.
Rəsmi Bakının təşəbbüsünün önəmi
Hazırda qlobal miqyasda sürətli transformasiyalar baş verir, dünya dəyişir, yeni nizam formalaşır. Belə bir şəraitdə Türk dünyası üçün də mühüm çağırışlar yaranıb. Zirvə görüşündə müzakirələr də əsasən bu kontekstdə aparılıb. Tədbirdə meydana çıxan çağırışlarla bağlı addımların atılması üçün belə Zirvə görüşlərinin keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Yüksəksəviyyəli təmaslar çox olduqca, münasibətlərin dərinləşməsi üçün də daha geniş imkanlar yaranır. Artıq yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir.
Xatırlatmaq yerinə düşər ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi TDT-nın tarixində yeni bir başlanğıcdır. Bu ənənə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında həyata vəsiqə alıb. Belə ki, TDT-nın dövlət başçılarının ilk qeyri-formal Zirvə görüşü ötən il iyulun 6-da bütün Türk dünyasının mədəniyyət paytaxtı sayılan Şuşada baş tutub.
Bu dəfə isə estafet Macarıstana ötürülüb və dost ölkə də tədbirə yüksək səviyyədə hazırlıqlar görüb. Macarıstan TDT-da 2018-ci ildən etibarən müşahidəçi statusuna malikdir. Zirvə görüşü kimi önəmli bir tədbirin təşkilatda müşahidəçi statusu daşıyan ölkədə keçirilməsi TDT tarixində bir ilkdir. Bu, bir tərəfdən qurumun genişlənmə siyasəti ilə bağlıdırsa, digər tərəfdən də dost Macarıstanın Türk dünyasına inteqrasiya səylərinin təsdiqidir. Macarıstanla Türk dünyasını ortaq tarix birləşdirir. Bu ölkə yeni dünya nizamında Türk dünyası ilə daha sıx əlaqələr qurmağa böyük önəm verir və məqsədyönlü fəaliyyətlər ortaya qoymaqla TDT-nın tamhüquqlu üzvü olmağa çalışdığını təsdiqləyir. Burada Macarıstanın da Türk dünyası üçün önəmli bir ölkə olduğunu vurğulamaq yerinə düşər. Bu ölkə Avropa İttifaqının (Aİ) üzvüdür. Rəsmi Budapeşt ölkənin bu statusundan istifadə etməklə Aİ-Türk dünyası əlaqələrinin yeni bir səviyyəyə yüksəlməsinə vəsilə ola bilər. Prezident İlham Əliyev Budapeştin ev sahibliyi etdiyi Zirvə görüşündəki çıxışında Azərbaycanın təşəbbüsünün TDT-da üzv dövlətlər tərəfindən dəstəklənməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir”.
Ümumiyyətlə, Zirvə görüşündə də bildirildiyi kimi, Azərbaycan TDT-nın güclənməsinə və onun funksionallığının artmasına davamlı töhfələr verir. Dövlətimizin başçısı Türk dünyasını vahid bir ailə kimi səciyyələndirib və bildirib ki, bizi başqa yerdə gözləmirlər. Qeyd edək ki, Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Biz qürur duyuruq ki, TDT-nın yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Bu il isə Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Prezident İlham Əliyev çıxışında liderləri Azərbaycana dəvət edib.
Cənubi Qafqazda sülhün təmin olunmasında Azərbaycanın mühüm rolu
Hazırda bütün dünyanın nəzərlərinin Türkdilli ölkələrin yerləşdiyi coğrafiyaya yönəldiyi fikrini qətiyyətlə təsdiqləyə bilərik. Bu, ilk növbədə resurslarla və gərgin geosiyasi reallıqlar fonunda alternativ nəqliyyat bağlantılarına artan tələbatla bağlıdır. Azərbaycan və Mərkəzi Asiyadakı Türkdilli ölkələr özlərinin tətbiq etdikləri sanksiya siyasətinin girovuna çevrilən Avropa ölkələrinin resurslara artan ehtiyaclarını qarşılamaq iqtidarındadırlar. Eyni zamanda, bu coğrafiyadan hər cəhətdən əlverişli və təhlükəsiz olan nəqliyyat bağlantıları keçir. Yüklər Çin sərhədlərindən başlayan Orta Dəhlizlə Mərkəzi Asiyadakı Türk dövlətlərindən keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana və buradan da Türkiyəyə ötürülməklə Avropaya çatdırıla bilər. Əslində, bu marşrut Azərbaycan Prezidentinin siyasi qətiyyəti əsasında yaradılan müasir infrastruktur sayəsində artıq funksionaldır və daşımalar ilbəil artır. Ölkəmizin təkid etdiyi Zəngəzur dəhlizinin açılması ilə Transxəzər marşrutunun daha bir qolu yaranmış olacaq.
Ancaq əlbəttə ki, Avrasiyada inteqrasiyanın dərinləşməsi üçün ilk növbədə təhlükəsizlik şərtləri təmin olunmalıdır. Bu isə uzunmüddətli, qalıcı sülhdən keçir. Budapeşt Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın rolunu xüsusi vurğulayıb. O, bu xüsusda fikirlərini ifadə edərək deyib: “Dünyamız üçün strateji əhəmiyyətə malik Qafqaz bölgəsində yaşanan prosesləri diqqətlə izləyirik. Can Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi üzrə razılıq əldə etməsindən məmnunuq. İki ölkə arasında davamlı sülh əldə olunacağı təqdirdə, bu vəziyyət heç şübhəsiz ki, Türk dünyamız üçün bir çox fürsətlər yaradacaq. Bu baxımdan Müzəffər Prezident, əziz Qardaşım İlham Əliyevin bölgəyə sülhü gətirəcək Lider olaraq adını tarixə yazdıracağına əminəm”.
Qardaş Türkiyənin dövlət başçısının regionda sabitliyin və sülhün təmin olunmasında Azərbaycanın və Prezident İlham Əliyevin roluna xüsusi diqqət çəkməsi təsadüfi deyil. Azərbaycan Avrasiyada bağlantıların mərkəzi ölkəsi olmaqla yanaşı, həm də davamlı olaraq sülh təşəbbüslərindən çıxış edir. Cənubi Qafqaz regionu Ermənistanın apardığı işğalçılıq siyasətinə görə onilliklər ərzində təhdidlərlə, müharibə riskləri ilə üz-üzə qalıb. Məhz respublikamızın 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı qələbələr sayəsində regionda yeni reallıqlar yaranıb. Bu reallıqlar da bölgədə müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq üçün əlverişli zəmin formalaşdırıb. Qalib Azərbaycan bu fürsəti qalıcı sülhə çevirməyə çalışır. Təsadüfi deyildir ki, müharibə başa çatandan az sonra respublikamız ilk olaraq sülh təşəbbüsü ilə çıxış etdi və qarşı tərəfə 5 baza prinsipindən ibarət sülh paketi ünvanladı. Artıq Prezident İlham Əliyev tərəfindən güclü şəkildə təşviq olunan ikitərəfli formatda danışıqlar əsasında sülh yolunda əhəmiyyətli uğur əldə olunub. Belə ki, 17 bənddən ibarət sülh sazişinin layihəsi hər iki tərəfdən razılaşdırılıb. Sazişin imzalanması üçün Ermənistan Azərbaycanın iki haqlı tələbini yerinə yetirməlidir. Bunlardan biri ölkəmizə və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Eyni zamanda, rəsmi İrəvan Azərbaycanın haqlı tələbi əsasında de-fakto fəaliyyətsiz olan Minsk qrupunun de-yure də ləğvi ilə bağlı ATƏT-ə müraciət ünvanlamağa razılıq verməlidir. Bu iki tələb yerinə yetirildikdən sonra sülh sazişinin imzalanması üçün hər hansı bir maneə qalmayacaq.
Türk kimliyi layihəsi
Türk dünyasının birliyi keçici maraqlara deyil, ortaq tarixə, oxşar milli-mənəvi dəyərlərə əsaslanır. Təsadüfi deyildir ki, son illərdə məhz tarixə və ənənələrə əsaslanmaqla ölkələrimiz arasında humanitar-mədəni əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Ortaq əlifba, ortaq dil layihələri Türk birliyinin möhkəmlənməsi baxımından böyük aktuallığa malikdir. Budapeşt Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ökəsinin ötən il Türk dövlətləri arasında strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıqla bağlı razılaşmanın işlənib hazırlanmasını təklif etdiyini xatırladıb. Özbəkistanın dövlət başçısı qeyd olunan sənədin qarşıdan gələn Bakı Sammitində imzalanmasını təklif edib. Şavkat Mirziyoyev həmçinin TÜRKSOY çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdıraraq vurğulayıb: “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY dövlətlərimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafında xüsusi yerə malikdir. Hesab edirəm ki, bu sahədəki səylərimizi yeni səviyyəyə qaldırmaq və TÜRKSOY-un nüfuzunu daha da artırmaq üçün onun fəaliyyətini və strukturunu müasir tələblərə uyğun şəkildə təkmilləşdirmək lazımdır. Hesab edirəm ki, bununla əlaqədar xarici işlər və mədəniyyət nazirlərimizə buna dair təklifləri Bakı Sammiti üçün hazırlamaqla bağlı tapşırıq vermək məqsədəuyğun olar”.
Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev isə Türk kimliyi layihəsinə başlanıldığının anonsunu edib. Bu, vətəndaşlara öz milli şəxsiyyət vəsiqələri ilə üzv ölkələrə səfər etməyə imkan verəcək. “Türkiyə və Azərbaycan bu layihəni həyata keçirib. İndi biz bunu Mərkəzi Asiya regionunda tətbiq etməliyik”, - deyə Baş katib vurğulayıb.
Budapeştdə imzalanan Bəyannamədə də Türkdilli ölkələr arasında mədəni əlaqələrin genişləndirilməsi ilə bağlı bir sıra müddəalar öz əksini tapıb. Sənəddə üzv dövlətlərin Türk dövlətləri arasında qarşılıqlı anlaşma, həmrəylik və ortaq gələcəyə yardım etmək məqsədi daşıyan mədəni və humanitar əlaqələrin gücləndirilməsinin vacib elementi kimi gənclərlə bağlı məsələlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və strukturlaşdırılması niyyəti ifadə olunub. Həmçinin bildirilir ki, TDT çərçivəsində gənclər və idman sahəsində mübadilə proqramlarının qabaqcıl nailiyyətləri, Qazaxıstanın Aktau şəhərinin TÜRKSOY-un təşəbbüsü ilə 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi təqdir olunur. Bəyannamədə , eyni zamanda, Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmaq üçün müraciəti dəstəklənir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Gündəm
15 İyun 00:20

Dünya
14 İyun 23:11

İdman
14 İyun 22:35

Gündəm
14 İyun 21:09

Dünya
14 İyun 20:12

Siyasət
14 İyun 19:13

YAP xəbərləri
14 İyun 18:37

Dünya
14 İyun 18:28

Sosial
14 İyun 17:37

YAP xəbərləri
14 İyun 16:25

Xəbər lenti
14 İyun 16:23

YAP xəbərləri
14 İyun 15:43
YAP xəbərləri
14 İyun 14:21

YAP xəbərləri
14 İyun 13:59

YAP xəbərləri
14 İyun 13:17

Sosial
14 İyun 12:51

YAP xəbərləri
14 İyun 12:48

YAP xəbərləri
14 İyun 12:31

Mədəniyyət
14 İyun 12:27

MEDİA
14 İyun 12:15

Gündəm
14 İyun 12:10

Siyasət
14 İyun 12:05

Siyasət
14 İyun 11:52

MEDİA
14 İyun 11:38

Analitik
14 İyun 11:24

YAP xəbərləri
14 İyun 11:23

Analitik
14 İyun 11:00

YAP xəbərləri
14 İyun 10:55

Siyasət
14 İyun 10:26

Sosial
14 İyun 09:53

Elm
14 İyun 08:51

Ədəbiyyat
14 İyun 08:37

İdman
13 İyun 23:34

YAP xəbərləri
13 İyun 23:11

YAP xəbərləri
13 İyun 22:46

Sosial
13 İyun 22:31

Dünya
13 İyun 22:17

Dünya
13 İyun 21:53
YAP xəbərləri
13 İyun 21:29

İdman
13 İyun 21:14

Hadisə
13 İyun 20:53

YAP xəbərləri
13 İyun 20:38

Elm
13 İyun 20:36
YAP xəbərləri
13 İyun 20:12

Dünya
13 İyun 20:02

Dünya
13 İyun 19:50

YAP xəbərləri
13 İyun 19:37

YAP xəbərləri
13 İyun 19:13

Dünya
13 İyun 19:07

Siyasət
13 İyun 18:59

YAP xəbərləri
13 İyun 18:36

YAP xəbərləri
13 İyun 18:04

YAP xəbərləri
13 İyun 17:57

YAP xəbərləri
13 İyun 17:45

YAP xəbərləri
13 İyun 17:11

YAP xəbərləri
13 İyun 17:00

YAP xəbərləri
13 İyun 16:56

YAP xəbərləri
13 İyun 16:53

YAP xəbərləri
13 İyun 16:50

Dünya
13 İyun 16:41

YAP xəbərləri
13 İyun 16:37

Dünya
13 İyun 16:34

YAP xəbərləri
13 İyun 16:23

YAP xəbərləri
13 İyun 16:10

YAP xəbərləri
13 İyun 16:07

YAP xəbərləri
13 İyun 15:44

MEDİA
13 İyun 15:44

Dünya
13 İyun 15:36

Dünya
13 İyun 15:28

Dünya
13 İyun 15:28
