/ / Azərbaycan Prezidenti İlham Əliyev Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
05.11.2013 [09:51]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı kardinal Canfranko Ravazinin ölkəmizə səfərinin uğurlu olacağına və Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib. İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev həyata keçirilən birgə layihələrin önəmini qeyd edib. Azərbaycan ilə bağlı sərgilərin Vatikan muzeylərində nümayişinə toxunan dövlətimizin başçısı son illər əməkdaşlığımızın yeni formatda inkişafından məmnunluğunu bildirib. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Vatikan Dövləti arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin Azərbaycanın ən yüksək mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib və ordeni kardinal Canfranko Ravaziyə təqdim edib.
Kardinal Canfranko Ravazi Azərbaycanın “Dostluq” ordeninə layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək bunu Azərbaycan ilə Vatikan arasında uzun müddət ardıcıl olaraq inkişaf edən əlaqələrə verilən qiymət kimi dəyərləndirib. Canfranko Ravazi yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. O, Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyevin Müqəddəs Taxt-Tacın ən yüksək və nadir mükafatlarından biri olan “Medalla Sede Vacante” medalına layiq görüldüyünü deyib və Müqəddəs Taxt-Tacın adından medalı dövlətimizin başçısına təqdim edib. Kardinal Canfranko Ravazi ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd edib.
Qonaq ikitərəfli münasibətlərimizin gələcəkdə də inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

