/ / Bakıda “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb
Bakıda “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb
03.12.2013 [09:31]
Azərbaycan Prezidenti İlham Əliyev sərgi ilə tanış olub
Dekabrın 2-də Bakı Sərgi Mərkəzində “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olub.
Bu il 19-cu dəfə keçirilən “BakuTel” sərgisi ötən illər ərzində telekommunikasiya aləmində mühüm hadisəyə çevrilib. Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyi nümayəndələrinin mütəmadi iştirakı, həmçinin Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunması “BakuTel”in nüfuzunu sübut edən amillərdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlətimizin başçısı İlham Əliyevə məlumat verib ki, “BakuTel” sərgisində ilk dəfə olaraq “İnnovativ məhsullar və həllər” adlı Azərbaycan milli pavilyonu yaradılıb. Burada son illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi layihələr haqında ətraflı məlumat, eləcə də sahənin inkişafı üçün gələcək planlar təqdim olunur.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır.
Azərbaycan Prezidenti İlham Əliyevə “Dünya Azərbaycanlılarının onlayn Forumu” haqqında da məlumat verilib. Onlayn konfrans sərgi müddətində davam edəcək. Bunun üçün Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ABŞ, Almaniya, Fransa, Hollandiya, Rusiya, Ukrayna və Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının ofislərində xüsusi avadanlıq quraşdırılıb.
Prezident İlham Əliyev onlayn videokonfrans sistemi vasitəsilə Azərbaycan diaspor nümayəndələri qarşısında çıxış edərək deyib: “Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti genişlənir. İndi demək olar ki, Avropanın əksər ölkələrində diaspor təşkilatları vardır. Onlar təşkilatlanıblar, gözəl fəaliyyət göstərirlər. Eyni zamanda, bu gün Amerika Birləşmiş Ştatlarında, MDB məkanında - Ukraynada, Rusiyada, ümumiyyətlə, müxtəlif ölkələrdə azərbaycanlılar təşkilatlanıblar. Bu gün xaricdə yaşayan azərbaycanlılar üçün yeni imkanlar yaradılır. Eyni zamanda, Azərbaycanın dövlət maraqlarının daha da dolğun şəkildə təmin edilməsi üçün diaspor təşkilatlarının rolu çox böyükdür.
Müxtəlif ölkələrə səfərlərimdə xaricdə yaşayan azərbaycanlılarla çoxsaylı görüşlər zamanı bütün bu məsələlər geniş müzakirə edilmişdir. Bakıda keçirilmiş diaspor forumlarında mən öz ürək sözlərimi demişəm. Bir daha demək istəyirəm ki, bu gün güclü diaspor güclü Azərbaycanın imkanlarını genişləndirir. Eyni zamanda, xaricdə yaşayan hər bir azərbaycanlı hesab edirəm, haqlı olaraq qürur hiss keçirir ki, bu gün dünyada güclü Azərbaycan dövləti vardır.
Siz həmişə bilirsiniz və bilməlisiniz ki, sizin arxanızda güclü, güclənən, inkişafda olan, bu gün dünya miqyasında böyük hörmətə malik Azərbaycan dövləti dayanır. Eyni zamanda, sizin fəaliyyətiniz Azərbaycanın dövlət maraqlarının qorunması baxımından bizim üçün çox vacibdir. Bax, bu birlik bizi daha da gücləndirir.
Bu gözəl elektron xidmət vasitəsilə sizinlə bu gün təmasda olmağımdan çox məmnunam. Sizə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Sağ olun!”.
Videokonfrans iştirakçıları dövlətimizin başçısına təşəkkür ediblər.
Stendin qarşısında xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev sərginin pavilyon və stendləri ilə tanış olub.
Dövlətimizin başçısı sərgidə “Euronews” telekanalının müxbirinə müsahibə verib.
Sual: Bilirəm ki, Siz informasiya texnologiyaları sektoruna xüsusi diqqət yetirirsiniz. Bu barədə ətraflı danışa bilərsinizmi?
Prezident İlham Əliyev: Bəli, bu, hazırda Azərbaycan iqtisadiyyatının inkişafı üçün əsas istiqamətlərdən biridir. Bu sektorun çox böyük perspektivi vardır. Bu, ideyalar yaradan, ölkəmizdə ümumi təhsilin səviyyəsinin yüksəlməsinə təkan verən sektordur, bizim aparıcı beynəlxalq elmi araşdırmalara qoşulmağımıza kömək edir. Eləcə də, əlbəttə ki, iqtisadiyyatın, xüsusən də qeyri-neft sahəsinin inkişafı üçün informasiya texnologiyaları sektoru böyük əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, bu il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Bu, əsasən onunla əlaqədardır ki, bu il Azərbaycanın ilk süni peyki buraxılıb. Bu minvalla biz kosmik sənayesi olan ölkəyə çevrildik. Həmin peyk tamamilə Azərbaycan mütəxəssislərinin idarəsinə verilib. Biz bu proqramı daha da genişləndirmək niyyətindəyik. Yaxın vaxtlarda ikinci, üçüncü peyklər də buraxılacaqdır. Bizim ölkəmizi informasiya texnologiyalarının tamamilə əhatə etməsi əhaliyə müasir xidmətlər göstərilməsinə imkanlar yaradacaqdır. Bildiyiniz kimi, ölkəmizdə bu yaxınlarda əhaliyə kütləvi xidmətlər göstərən “ASAN xidmət” fəaliyyətə başlayıb. Bu, əslində Azərbaycanın brendidir.
Regionlarda informasiya-kommunikasiya texnologiyaları inkişaf edir. Hazırda biz genişzolaqlı internetin hər bir kənddə tətbiqi üzərində işləyirik. Bu layihəni dövlət maliyyələşdirəcəkdir. Hazırda bu istiqamətdə xeyli iş görülür. “Bakutel” sərgisinin iştirakçılarının sayı ilbəil artmaqdadır. Yeni tədqiqatlar üzə çıxır. Biz təkcə neft-qaz əməliyyatlarının, humanitar əməkdaşlığın deyil, eləcə də regionumuzda müasir texnologiyaların mərkəzinə çevrilmək istəyirik.
Sual: Siz elektron hökumət - “ASAN xidmət”i xatırlatdınız. Sizcə əhalinin hökumət strukturlarına məhz bu cür müraciət etməsi nə qədər vacibdir?
Prezident İlham Əliyev: Bu, çox mühüm məsələdir. Bu, bizə korrupsiya ilə mübarizə aparmağa, bürokratizmi aradan qaldırmağa, əhaliyə birbaşa almalı olduğu xidmətləri maneəsiz əldə etməyə kömək edir. Təəssüf ki, bu, həmişə baş tutmur. Buna görə də “ASAN xidmət” özündə bir neçə funksiya daşıyır. Birincisi, müasir xidmətlər göstərilməsi, ikincisi, korrupsiya ilə mübarizə, şəffaflıq, kadrların hazırlanması.
“ASAN xidmət” sistemində artıq yüzlərlə könüllü çalışır. Onların əksəriyyəti gənclərdir. Bu könüllülər özləri gələrək insanlara təmənnasız yardım edirlər. Bu, dövlət ilə vətəndaşlar, dövlət məmurları ilə dövlət təsisatları arasında qarşılıqlı münasibətlərin yeni formasıdır. Təsadüfi deyil ki, “ASAN xidmət” sisteminin həyata keçirilməsindən bir ildən də az vaxt ötsə də, artıq 500 mindən çox vətəndaş bu xidmətə müraciət edib. Heç bir şikayət olmayıb. Hamı razıdır. Bu, həqiqətən müasir Azərbaycanın brendinə çevrilib. Biz ölkəni modernləşdiririk, siyasi sistem də modernləşdirilir. Bu halda biz bütün sahələri modernləşdirməliyik. İnsanlar üçün elə bir şərait yaratmalıyıq ki, onlar razı qalsınlar və arayışların alınmasına hədər yerə vaxt itirməsinlər. Halbuki, indi bu sənədləri bir neçə dəqiqə ərzində əldə edə bilirlər.
Sual: Bu sərgi Sizin elan etdiyiniz “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin özünəməxsus aynasıdır. Siz bu sərgi barədə nə düşünürsünüz? Axı, Siz birinci dəfə deyil ki, “BakuTel” sərgisinə baş çəkirsiniz. O, elə bil dəyişib, daha da böyüyüb...
Prezident İlham Əliyev: Mən hər il “BakuTel” sərgisində oluram. Əlbəttə, o, ildən-ilə genişlənir, iştirakçıların sayı artır. Məni sevindirən odur ki, həm yerli, həm də xarici şirkətlərin sayı çoxalır. Deməli, biznes artmaqdadır, informasiya texnologiyaları üzrə aparıcı beynəlxalq şirkətlərin Azərbaycana diqqəti də artır. Biz bu işə başlayanda qarşımıza belə bir məqsəd qoymuşduq ki, o, ənənəvi neft sərgisi kimi beynəlxalq nüfuz qazansın. Neft sərgisi bizə neft-qaz yataqlarını inkişaf etdirməyə kömək göstərmişdir. Biz neft-qaz layihəsinə başlayanda Azərbaycanı çox az ölkə tanıyırdı. “BakuTel” də eyni vəzifəni daşıyır. İndi biz bütün dünyada təkcə neft-qaz ehtiyatlarına malik olan ölkə kimi deyil, həmçinin gələcəkdə yüksək səviyyəli elmi potensiala və informasiya-kommunikasıya texnologiyalarının tətbiq olunduğu ölkə kimi tanınacağıq. Əlbəttə, Azərbaycanın bu sahədə dəb qanunvericisi rolunu oynayacağını düşünmək sadəlövhlük olardı. Mən həmişə demişəm ki, biz dəb qanunvericilərinin bir addımlığında olmalıyıq və ən müasir texnologiyaları iqtisadiyyatımıza tətbiq etməliyik. Bu proseslərdə dövlət təminatçı kimi çıxış edir, çünki maliyyənin əksər hissəsini dövlət təmin edir. Fərdi sektor isə dövlətin ardınca, yaxud onunla paralel olaraq addımlayır və bizim yaratdığımız bütün imkanlardan istifadə edir. Biz yüksək templərlə irəli gedirik, müasir dövlət qururuq. Bu gün müasir texnologiyalar olmadan heç bir dövlət normal inkişaf etməyə qadir deyildir.
Sual: Mümkünsə, “TASİM” layihəsi barədə də bir neçə kəlmə deyərdiniz. Çünki bu, böyük, qlobal layihədir, həm Azərbaycan, həm də region üçün vacibdir.
Prezident İlham Əliyev: Bəli, biz bir çox qlobal layihələrdə - kommunikasiya, energetika və nəqliyyat layihələrində iştirak edirik. Bizim coğrafi vəziyyətimiz elədir ki, həm Şimal ilə Cənub, həm də Qərb ilə Şərq arasında təbii kəsişmə nöqtəsiyik. Lakin infrastruktursuz belə coğrafi mövqenin heç bir əhəmiyyəti yoxdur. Deməli, onu səmərəli infrastrukturla gücləndirmək lazımdır. Energetika dəhlizləri bu gün Avropanın və digər qitələrin diqqətini cəlb edir. Həyata keçirdiyimiz nəqliyyat layihəsi - Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yollarının birləşdirilməsi, həmçinin qitələrarası əhəmiyyət daşıyacaqdır. Bu yol İpək Yolunun bərpasıdır, Çindən Londona qədər gedib çatacaqdır. Kommunikasiya sahəsində də belədir. Elektron xidmətlərlə əlaqədar Azərbaycanda inşa olunan kommunikasiyalar insanları, ölkələri yaxınlaşdırmağa xidmət edir və Azərbaycana uzun illər boyu dividendlər gətirəcəkdir. TASİM layihəsi də bu qəbildəndir. Yəni, bütün bunlar ölkənin ümumi inkişaf konsepsiyasına daxildir. Bizdə olan potensialdan - coğrafi mövqedən, təbii ehtiyatlardan, insan potensialından istifadə etməklə ölkəmiz inkişaf edəcəkdir. Əlbəttə ki, bizə öz məqsədlərimizə çatmaqda kömək edən xarici tərəfdaşlarımızla fəal işləməklə buna nail olacağıq.
Müxbir: Çox sağ olun, cənab Prezident.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

