Cənubi Qafqaz üçün gələcək - sabit qonşuluq və tərəfdaşlıq...
18.03.2026 [11:39]
Bakı yeni dövrün regional inkişaf xəritəsini yaradıb
XX əsrlə XXI əsrin qovşağında, yəni ötən əsrin son 10 ilində dünyada yeni şəkilləndirmə, yeni nizam, yeni inkişaf predmetləri meydana çıxırdı. Uzun illər qəti qırmızı xətt ilə ayrılan qütbləşmə arasındakı “tikanlı məftillər” aradan qalxırdı. Artıq qlobal dünyada yeni sistem formalaşırdı. Belə ki:
- Kontinental inkişaf prosesi yerini regional inkişaf predmetlərinə verirdi - başqa sözlə, qitə maraqları bölgə maraqları ilə əvəz olunurdu;
- Təhlükəsizlik indeksinin parametrləri dəyişirdi - başqa sözlə, qütblərarası siyasi təhlükəsizlik meyarları yerini iqtisadi-ticari təhlükəsizlik proyeksiyasına tapşırırdı;
- İqtisadi təmərküzləşmənin coğrafiyası genişlənirdi - başqa sözlə, dünyada yeni bazar sistemi oturuşurdu ki, bu da “ikili qütb iqtisadi məkanı” anlayışını istisna edirdi.
Bir sözlə, həmin dövr yeni siyasi münasibətlər sisteminin, yeni iqtisadi əlaqələndirmə formatının, yeni əməkdaşlıq platformalarının qurulduğu bir zaman idi. Təxminən 200 illik bir dövrdə işğal altında olan, amma strateji əhəmiyyəti heç bir vaxt gözardı edilməyən Cənubi Qafqaz məhz belə bir zamanda arzuolunmaz konfrantasiyaya cəlb edildi. Ermənistanın işğalçı siyasəti ilk növbədə ümumilikdə Cənubi Qafqazın inkişaf trayektoriyasının qarşısını kəsdi, regionun inkişaf elementlərinin təşviqinə imkan vermədi.
Bakı müharibə şəraitində olsa da, Cənubi Qafqazı diqqət mərkəzinə gətirdi
30 il ərzində davam edən erməni işğalı, Cənubi Qafqazın qeyri-stabil siyasi-hərbi durumu bölgənin iqtisadi potensialının tam açılmasına mane oldu. Düzdür, Azərbaycanın yürütdüyü praqmatik siyasət müəyyən mənada bu situasiyanı dəyişə bildi - Azərbaycan ilə Gürcüstan arasındakı müsbət siyasi dialoq mühiti, iqtisadi əlaqələrin davamlığı, inteqrasiya prosesindəki koordinasiya regionun logistik, geostrateji, geocoğrafi üstünlüklərinin təqdimatına imkan yaratdı. Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn “Əsrin müqaviləsi” layihəsi Cənubi Qafqazın qlobal sistem üçün əhəmiyyətini ön plana çıxardı. Ard-arda reallaşan Bakı -Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji xətlləri, Bakı-Tbilisi-Qars dəmir yolu Cənubi Qafqazın “pasport təqdimatı”na çevrildi. Bakı ilə Tbilisi arasında dərinləşən əlaqələr təkcə iki ölkənin deyil, bütün Cənubi Qafqazın iqtisadi təhlükəsizliyinin təminatçısına çevrildi. Bu isə növbəti mərhələdə regional inkişaf perspektivinə olduqca mühüm təsir göstərəcək Orta Dəhliz layihəsinin ortaya çıxmasını şərtləndirdi. Bəli, bu gün Cənubi Qafqazın əsas inkişaf predmeti kimi görülən logistik üstünlük ilkin mərhələdə məhz Orta Dəhliz laiyhəsinin yaranması, onun perspetkivi və ortaya çıxardığı nəticələrə əsaslanır.
Post-müharibə reallıqları: qarşıdurma və təcrid siyasətinə alternativ...
2020-ci il Vətən müharibəsi və onun nəticələri isə regionun inkişaf perspektivinə yeni bir mərhələ qazandırdı. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq regionda köhnə qarşıdurma xəttini aradan qaldıraraq əməkdaşlıq və tərəfdaşlıq üçün real zəmin formalaşdırıb - bu isə regional inkişaf strategiyasının artıq 3 dövlət tərəfindən də qəbul edildiyini ortaya qoyur. Bakının təhlükəsizliyin yalnız hərbi güc üzərindən deyil, qarşılıqlı iqtisadi əlaqələr, nəqliyyat-kommunikasiya bağlantıları və siyasi dialoq vasitəsilə möhkəmləndirilməsini prioritet elan etməsi, yəni, sülh təşəbbüsləri vasitəsilə Cənubi Qafqaza yeni bir gələcək vədi yeni bir situasiya formalaşdırıb. Azərbaycanın təqdim etdiyi yeni nizam modeli qarşıdurma və təcrid siyasətinə alternativ olaraq bərabərhüquqlu əməkdaşlıq prinsipinə əsaslanır. Bu yanaşma region dövlətlərinin suverenliyinə hörmət, sərhədlərin toxunulmazlığı və iqtisadi inteqrasiyanın təşviqini özündə ehtiva edir. Müharibədən sonrakı dövrdə rəsmi Bakı revanşist ritorikadan uzaq dayanaraq sülh gündəliyini ön plana çıxararaq bu amili Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas şərti kimi qiymətləndirir.
Regionda sabitlik, iqtisadi inkişaf dövrü başlayıb
Yeri gəlmişkən, region ölkələrinin ekspertləri, siyasət adamları da eyni mövqeni bölüşür. Məsələn, Gürcüstan parlamentinin keçmiş spikeri, Vahid Gürcüstan-Demokratik Hərəkat partiyasının lideri Nino Burcanadze bildirib ki, Cənubi Qafqazda sülhün bərpa olunması çox vacibdir: “Biz Ermənistan ilə Azərbaycan arasında davam edən sülh prosesini dəstəkləyirik. Çox şadam ki, münaqişə dövrü artıq arxada qalıb və regionda sabitlik, iqtisadi inkişaf dövrü başlayıb”.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev torpaqları azad edərək çox böyük iş gördü və onun müdrikliyi sülh müqaviləsinin imzalanmasına da imkan yaradacaq. “Əlbəttə ki, sülh prosesinə mane olmaq istəyən qüvvələr olacaq və bu, heç də asan məsələ deyil. Lakin hər iki dövlətin siyasi iradəsi sülhün dayanıqlı olmasına zəmin yarada bilər. Mən Cənubi Qafqazda sülhün, əmin-amanlığın hökm sürməsinə regionda yerləşən hər 3 dövlətin - Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi inkişaf mərhələsinə qədəm qoyacağına və mehriban qonşu dövlətlər olacaqlarına inanıram”, - deyən Burcanadze əlavə edib ki, müstəqil Gürcüstan ilə Azərbaycan arasındakı münasibətlərin mehriban qonşuluq və tərəfdaşlıq istiqamətində formalaşmasında Eduard Şevarnadze və Heydər Əliyevin böyük rolu olub: “O dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilərkən hər iki lider milli maraqları üstün tutaraq bu layihənin həyata keçməsinə nail oldular. Sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkildi ki, bunlar da dövlətlərimiz arasındakı qarşılıqlı faydalı əlaqələrin inkişafını göstərir”.
Yeni Cənubi Qafqaz...
Regionun bugünkü mənzərəsi aydın şəkildə göstərir ki, sülh, əməkdaşlıq və qarşılıqlı münasibətlər sisteminə yeni baxış Cənubi Qafqaz siyasətinin yeni normasıdır. Azərbaycan bölgədə sabitlik yaradan lider dövlət kimi çıxış edir və bu, uzunmüddətli inkişafın təminatıdır. Hər üç bölgə dövləti:
- Qlobal əməkdaşlıq prosesinin sürətli inkişafından;
- Azərbaycanın sayəsində əldə edilmiş təhlükəsizlik indeksi üzərindən Cənubi Qafqazın iqtisadi-ticari çəkisinin artmasından;
- 4 cəhət üzrə intqerasiya imkanlarının genişlənməsindən razıdır. Çünki Bakının yaratdığı yeni reallıqlar Cənubi Qafqazın gələcəyi üçün üç əsas istiqamət müəyyənləşib:
- Siyasi sabitlik və diplomatik balans - münaqişəsiz qonşuluq modeli;
- İqtisadi inteqrasiya - vahid ticarət və logistika məkanının formalaşması;
- Humanitar əməkdaşlıq - xalqlar arasında etimad və qarşılıqlı anlayış mühiti.
Azərbaycanın təşəbbüsü ilə formalaşan bu reallıq Cənubi Qafqazı qarşıdurma bölgəsindən inkişaf məkanına çevirir. Bakı diplomatiyasının məzmunu “qalib tərəf” deyil, “tərəfdaş region” fəlsəfəsinə əsaslanır. Azərbaycanın rəhbərliyi ilə formalaşan yeni Cənubi Qafqaz modeli həm iqtisadi inteqrasiyanı, həm də siyasi sabitliyi təmin edən mühüm mərhələdir. Bu modelin mərkəzində “sülh naminə əməkdaşlıq” prinsipi dayanır. Bakı bölgədəki bütün dövlətlər üçün ortaq iqtisadi, siyasti, ticari və humanitar birlik formatı - dolayısı ilə yeni Cənubi Qafqaz qurur. Bu, geostrateji coğrafi məkanın daha da inkişaf etməsi üçün sabitlik, bərabərlik və qarşılıqlı etimad ən vacib ştrixlərdir. Azərbaycanın diplomatik uzaqgörənliyi və regional məsuliyyəti nəticəsində Cənubi Qafqaz artıq konfliktlər coğrafiyasından çıxaraq sülh, əməkdaşlıq və inkişafın yeni məkanı kimi tarixə daxil olur.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

