“Birliyin Gücü - 2026”
23.09.2026 [12:19]
Birgə hərbi təlimlər Türk dünyasının inteqrasiyasında mühüm rol oynayır
Azərbaycan Respublikasının milli təhlükəsizlik strategiyasında ordu quruculuğu hər zaman prioritet istiqamət kimi müəyyən edilib. Müasir dövrdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan qeyri-sabitlik, regional münaqişələr, geosiyasi rəqabətin kəskinləşməsi və yeni təhlükə mənbələrinin meydana çıxması dövlətləri öz müdafiə imkanlarını daim gücləndirməyə vadar edir. Bu reallıqlar fonunda Azərbaycan yalnız daxili hərbi potensialını artırmaqla kifayətlənmir, eyni zamanda dost, qardaş və tərəfdaş ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı ardıcıl şəkildə genişləndirir. Birgə hərbi təlimlər bu əməkdaşlığın ən mühüm və praktiki elementlərindən biri kimi çıxış edir.
Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq hərbi təlimlərdə iştirakı ordunun döyüş hazırlığının yüksəldilməsi, yeni taktiki vərdişlərin mənimsənilməsi, müasir hərbi texnologiyaların tətbiqi və qarşılıqlı əməliyyat uyğunluğunun artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan, Türkiyə və Özbəkistan arasında keçirilməsi nəzərdə tutulan hərbi təlimlər üç ölkə arasında mövcud olan strateji tərəfdaşlığın hərbi müstəvidə də dərinləşdiyini nümayiş etdirir.
Üç məkanda, üç mərhələdə...
Qeyd edildiyi kimi, Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü - 2026” birgə hərbi təlimi keçiriləcək. Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılqaya” Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən “Qarabağlar” Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim rayonunda təşkil olunacaq.
Şəxsi heyət, döyüş texnikaları, dəniz və aviasiya vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının cəlb edilməsi ilə keçiriləcək təlimin əsas məqsədi birgə əməliyyatlara hazırlıq səviyyəsinin artırılması, qoşunların koordinasiyasının və təlim prosedurlarının standartlaşdırılması, eləcə də bölmələrin yeni döyüş imkanlarının təkmilləşdirilməsidir.
Bir neçə gün öncə təlimdə iştirak etmək məqsədilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəliblər. Müvafiq plana uyğun olaraq, şəxsi heyətin yerləşdirilməsi və digər təşkilati məsələlərlə bağlı lazımi tədbirlər icra olunub.
Sentyabrın 21-də isə Özbəkistan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti “Birliyin Gücü - 2026” birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycana gəlib. Heyətin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, təlim ərazisində yerləşdirilməsi, məişət və təminat məsələlərinin həlli üzrə müvafiq işlər yerinə yetirilib.
Hərbi əməkdaşlıqdan qarşılıqlı fəaliyyət qabiliyyətinə
Bu təlimlər Azərbaycan, Türkiyə və Özbəkistan arasında müdafiə sahəsində əməkdaşlığın son illərdə yeni mərhələyə keçdiyini göstərən əsas istiqamətlərdən biri kimi dəyərləndirilir. Əslində, bu üç ölkənin hərbi əməkdaşlığının təməli daha əvvəl qoyulub. 2025-ci ilin sentyabrında keçirilən “Sonsuz Qardaşlıq-IV” çoxmillətli xüsusi təyinatlı təlimində Azərbaycan, Türkiyə və Özbəkistanla yanaşı, Qazaxıstan və Pakistanın xüsusi təyinatlıları da iştirak edib. Təlimin məqsədləri sırasında birgə əməliyyat imkanlarının artırılması, qarşılıqlı fəaliyyət qabiliyyətinin təmin edilməsi, təcrübə mübadiləsi və regional təhlükəsizliyə töhfə göstərilirdi.
Bu təlimlər üç ölkənin birgə keçirdiyi ilk təlim kimi yadda qalsa da, bu dövlətlər ayrı-ayrılıqda bu sahədə təcrübəyə malikdirlər. Azərbaycan -Türkiyə hərbi təlimləri isə artıq uzunmüddətli və sistemli xarakter daşıyır. “TurAz Qartalı”, “Mustafa Kamal Atatürk”, “Anadolu Qartalı”, “Sarsılmaz Qardaşlıq”, “Qardaş Yumruğu” kimi təlimlər müxtəlif illərdə iki ölkənin quru qoşunları, xüsusi təyinatlıları, hərbi hava qüvvələri və digər bölmələrinin birgə fəaliyyət imkanlarını sınaqdan keçirib. Bu təlimlər orduların qarşılıqlı fəaliyyətinin, çevikliyinin və müasir döyüş üsullarına uyğun hazırlığının artırılmasına xidmət edib. Xüsusilə, ötən il bu istiqamətdə intensivlik müşahidə olunub. Məsələn, Naxçıvanda keçirilən “Sarsılmaz Qardaşlıq-2025” təlimində tank, mexanikləşdirilmiş və komando bölmələri artilleriya, hava hücumundan müdafiə və aviasiya bölmələri ilə birlikdə tapşırıqlar yerinə yetirib. Həmin il Azərbaycan hərbi pilotları və texniki heyəti Türkiyədəki “Anadolu Qartalı-2025” beynəlxalq təlimində də iştirak edib.
Türkiyə-Özbəkistan xəttində də hərbi təlimlər artıq müəyyən ənənə formalaşdırıb. “Dostluq” adı ilə keçirilən xüsusi təyinatlı təlimlərdə iki ölkənin hərbçiləri taktiki hazırlıq, atəş, yaxın döyüş və mürəkkəb şəraitdə fəaliyyət üzrə birgə məşqlər aparıblar. 2025-ci ilin noyabrında isə “Kardeş Dostlar-2025” komanda-qərargah təlimi keçirilib. Türkiyə Milli Müdafiə Nazirliyi bu təlimin əsas məqsədini iki ölkə silahlı qüvvələri arasında dostluq və əməkdaşlığın, qarşılıqlı fəaliyyət qabiliyyətinin, eləcə də məlumat və təcrübə mübadiləsinin inkişaf etdirilməsi kimi göstərib.
Bu təcrübələrin fonunda Azərbaycan-Türkiyə-Özbəkistan formatının meydana çıxması hərbi əməkdaşlığın daha geniş müstəviyə keçdiyini göstərir. Ayrı-ayrılıqda formalaşmış hərbi təcrübənin üçtərəfli müstəvidə bir araya gətirilməsi ordular arasında əməliyyat uyğunluğunun, komanda-idarəetmə təcrübəsinin, rabitə və koordinasiyanın inkişafı baxımından əhəmiyyətlidir. Hərbçilərin eyni təlim ssenariləri çərçivəsində fəaliyyət göstərməsi real şəraitdə qarşılıqlı anlaşma və koordinasiya imkanlarını da genişləndirir.
Regional təhlükəsizlik naminə...
Bu prosesin regional təhlükəsizlik baxımından mühüm töhfələri var. Azərbaycan Cənubi Qafqazı, Türkiyə Avrasiyanın mühüm hissəsini, Özbəkistan isə Mərkəzi Asiyanı təmsil edən dövlətlər kimi hərbi təcrübə və imkanlarını əlaqələndirirlər. Belə əməkdaşlıq nəqliyyat və enerji marşrutlarının, strateji kommunikasiyaların və dövlətlərin təhlükəsizlik maraqlarının daha etibarlı qorunması üçün əlavə imkanlar yarada bilər. Eyni zamanda, birgə təlimlər orduların müxtəlif coğrafi və əməliyyat şəraitində fəaliyyətə hazırlığını artırır. Bu mənada, “Birliyin Gücü-2026” yalnız ayrı-ayrı hərbi bölmələrin birgə məşqi kimi deyil, Azərbaycan, Türkiyə və Özbəkistan arasında illər ərzində formalaşan hərbi əlaqələrin üçtərəfli müstəvidə daha praktik xarakter almasının nümunəsi kimi qiymətləndirilir. Bu proses hərbi əməkdaşlığın institusional və praktiki tərəflərinin möhkəmlənməsinə, qarşılıqlı etimadın artmasına və regional təhlükəsizlik sahəsində koordinasiyanın genişlənməsinə zəmin yaradır.
Birgə təlimlərdən birgə müdafiə imkanlarına...
Ən əsas nüans isə “Birliyin Gücü-2026” təliminin gələcəkdə Türk Dövlətləri Təşkilatı çərçivəsində daha sistemli müdafiə əməkdaşlığının formalaşmasına da praktiki zəmin yarada bilməsidir. Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin eyni təlim ssenarisi üzrə fəaliyyət göstərməsi ordular arasında koordinasiya, qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsini genişləndirir. Təlimin əsas məqsədləri sırasında birgə əməliyyatlara hazırlığın artırılması və təlim prosedurlarının standartlaşdırılması da yer alır. Bu baxımdan üç ölkənin qazandığı təcrübə gələcəkdə digər üzv dövlətlərin də cəlb olunduğu daha geniş təhlükəsizlik mexanizmlərinin yaradılması üçün model rolunu oynaya bilər.
Vurğulayaq ki, bu günün rakursunda TDT üzvü olan ölkələrə qarşı hər hansı real təhlükələr hiss edilməsə belə, əməkdaşlığın hərbi müdafiə sahəsi üzrə inkişaf etdirilməsi inteqrasiyanı daha da sürətləndirəcək. Ortada mühüm bir nümunə mövcuddur - Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” yeni dövr üçün TDT-nin hərbi əməkdaşlıq doktrinası rolunda çıxış edə bilər. Şuşa Bəyannaməsinin yeni dövr üçün Türk hərbi əməkdaşlığının əsas istinad nöqtəsi seçilməsi isə əsaslı və arqumentlidir - müqavilə iki dövlət arasında imzalansa da, orada əksini tapan məsələlər vacibliyinə və yeni çağırışlar nöqteyi-nəzərdən kollektiv müdafiə mexanizminin yaradılmasında da iştirak etmək qabiliyyətindədir. Sənəddə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub - ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimləri TDT-nin birgə müdafiə imkanlarının genişləndirilməsi üçün olduqca əlverişli zəmin yarada bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18

