Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əfv sərəncamının icrasına başlanılıb

Əfv sərəncamının icrasına başlanılıb

23.09.2026 [15:32]

Ədliyyə Nazirliyinin Penitensiar xidməti Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamının icrasına başlayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, habelə media nümayəndələrinin iştirakı ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilir.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxsin və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş 1 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30