Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana işgüzar səfər edib
02.12.2014 [09:00]
Prezident İlham Əliyevin və Prezident Məhəmməd Əşrəf Qaninin görüşü olub
Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini qarşılayıb.
Prezidentlər birgə foto çəkdiriblər.
Daha sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev Məhəmməd Əşrəf Qanini seçkilərdə qazandığı qələbə münasibətilə Azərbaycan xalqı adından və Öz adından təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. “Bu səfər bizim əməkdaşlığımızın, dostluğumuzun göstəricisidir və mən əminəm ki, biz bütün sahələrdə əməkdaşlığımızı davam etdirəcəyik”, - deyən Azərbaycan Prezidenti ölkələrimiz arasında çox yaxşı siyasi əlaqələrin olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan və Əfqanıstan hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. İqtisadi əməkdaşlıq üçün də yaxşı imkanlar mövcuddur, ticarət dövriyyəsi artır, bu sahədə yaxşı dinamika müşahidə olunur. Bu səfərdən sonra ticarət, investisiya, enerji və digər sahələrdə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlavə tədbirlərin görüləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Biz hər sahədə fəal əməkdaşlığa hazırıq, çünki Əfqanıstan bizim üçün qardaş ölkədir və xalqlarımız əsrlər boyu sülh və dostluq şəraitində yaşayıb”, - deyən dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığı daha da genişləndirmək üçün bütün imkanlardan istifadə edilməsinin vacibliyini bildirib, Əfqanıstan Prezidentinin ölkəmizə səfərinin yaxşı nəticələri olacağına əminliyini ifadə edib.
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. “İlk növbədə Sizi Azərbaycanın möhtəşəm uğurları münasibətilə təbrik edirəm”, - deyən Əfqanıstan dövlətinin başçısı bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə baş verən dəyişikliklərin bir örnək olduğunu vurğulayıb. Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirən Məhəmməd Əşrəf Qani ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən islahatları öyrənmək arzusunu diqqətə çatdırıb. “Sizi Azərbaycanın neftə əsaslanan iqtisadiyyatını çox zəngin, şaxələndirilmiş iqtisadiyyata çevirməyiniz münasibətilə bir daha təbrik edirəm”, - deyən Prezident Məhəmməd Əşrəf Qani Əfqanıstanda sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirib. Məhəmməd Əşrəf Qani dövlətimizin başçısına Əfqanıstana yatırılan investisiyalara görə də təşəkkür edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlət başçıları, həmçinin regional əməkdaşlıq, investisiya, energetika, inşaat, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Əfqanıstanın icra rəisi Abdulla Abdulla çay süfrəsi arxasında söhbəti davam ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49

