/ / Azərbaycan Prezidenti İlham Əliyev Maltanın Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Maltanın Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
16.12.2014 [09:25]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Malta Respublikasının Baş naziri Cosef Muskatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev Malta Respublikasının Baş naziri Cosef Muskatın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin perspektivlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaratdığını deyib.
Ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verdiyini deyən Maltanın Baş naziri Cosef Muskat səfəri zamanı əlaqələrimizin həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində inkişaf perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu qeyd edib. Əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu bildirən Cosef Muskat iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsində böyük qarşılıqlı marağın olduğunu diqqətə çatdırıb. O, enerji sahəsində, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlığın iqtisadi əlaqələrimizin genişlənməsi baxımından önəmini vurğulayıb. Baş nazir digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün bir sıra sənədlərin üzərində fəal iş aparıldığını deyən Cosef Muskat Azərbaycan ilə imzalanacaq Anlaşma Memorandumunun bu baxımdan əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak etdiyi layihənin ikitərəfli münasibətlərimizin inkişafında yeni imkanların açılması işinə xidmət edəcəyini deyib. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində də inkişafının əhəmiyyətini qeyd edib. Energetika, nəqliyyat, ticarət və investisiya qoyuluşu sahələrində əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev Malta ilə iqtisadi əlaqələrin regional əməkdaşlıq işinə də töhfə verə biləcəyini bildirib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

