/ / Prezident İlham Əliyev Azərbaycanın aktivinə yazılan 13-cü qızıl medalı ilk Avropa Oyunlarının çempionu Radik İsayevə təqdim edib
Prezident İlham Əliyev Azərbaycanın aktivinə yazılan 13-cü qızıl medalı ilk Avropa Oyunlarının çempionu Radik İsayevə təqdim edib
20.06.2015 [13:39]
Birinci Avropa Oyunlarında taekvondo yarışlarının sonuncu günündə - iyunun 19-da bütün rəqiblərinə qalib gələn Azərbaycan idmançısı Radik İsayev qızıl medalın sahibi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri taekvondoçumuzun final qarşılaşmasını izləyiblər.
Birinci Avropa Oyunlarının “Baku Crystal Hall”da keçirilən taekvondo yarışlarının son günü ağır çəkili idmançılar yarışıblar. Kişilər arasında 80 kiloqram çəki dərəcəsində Azərbaycan yığmasının lideri Radik İsayev dörddə bir finalda Hollandiya təmsilçisi Yeroen Vanroiyunu 8:6 hesabı ilə məğlub edib. İkidə bir finalda sloveniyalı İvan Konrad Trajkoviç ilə qarşılaşan təmsilçimiz yenə də çətinlik çəkmədən qələbə qazanıb. Radik İsayev ikinci hissənin gedişində 15 xal fərqi ilə önə keçdiyindən döyüş yarımçıq dayandırılıb və dünya çempionumuz finala vəsiqə qazanıb. Finalda taekvondoçumuzun rəqibi Rusiya idmançısı Vladislav Larin olub. Rəqibini 4:3 hesabı ilə məğlub edən Radik İsayev birinci Avropa Oyunlarının çempionu olub. Bununla da Azərbaycanın aktivindəki qızıl medalların sayı 13-ə çatıb.
Sonra mükafatlandırma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim edib.
Birinci Avropa Oyunlarının çempionu Radik İsayevin şərəfinə Azərbaycan Respublikasının dövlət himni səslənib, dövlət bayrağı ucaldılıb.
Xatırladaq ki, taekvondo yarışlarında Ayxan Tağızadə və Milad Beiqi Harçeqani qızıl, Fəridə Əzizova gümüş, Patimat Abakarova isə bürünc medal qazanıblar. Birinci Avropa Oyunlarında ölkələrin medal sayına nəzər salsaq görərik ki, Azərbaycanın aktivində 13-ü qızıl, 5-i gümüş, 12-si isə bürünc olmaqla 30 medal var.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

