Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rosen Plevnelievin görüşü

Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rosen Plevnelievin görüşü

11.03.2016 [10:25]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstan Prezidenti Rosen Plevneliev ilə görüşüb.
Görüşdə ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən, son illərdə ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq ifadə edilib. Sərmayə qoyuluşu, enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafından məmnunluq bildirilib və Bolqarıstanın bu münasibətlərin daha da genişləndirilməsinə öz töhfəsini verməyə hazır olduğu vurğulanıb.
Görüşdə IV Qlobal Bakı Forumunun əhəmiyyəti xüsusi qeyd edilib, səmərəli müzakirələrin aparılması üçün tədbirin yaxşı imkan yaratdığı bildirilib. Diqqətə çatdırılıb ki, Forumun gündəliyində duran məsələlər aktualdır və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.

Paylaş:
Baxılıb: 953 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31