/ / Bakı Metropoliteninin yeni xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları istismara verilib
Bakı Metropoliteninin yeni xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları istismara verilib
20.04.2016 [10:20]
Azərbaycan Prezidenti İlham Əliyev stansiyaların açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının açılışında iştirak edib.
“Avtovağzal” stansiyasının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə metro xəttinin çəkilməsi ilə bağlı tapşırığı Prezident İlham Əliyev 2008-ci ildə metronun “Nəsimi” stansiyasının açılışı zamanı vermişdi.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov dövlətimizin başçısına Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi barədə məlumat verib. Konseptual inkişaf sxemi Bakı Metropoliteninin mövcud infrastrukturunun 2030-cu ilədək mərhələlərlə genişləndirilməsini və nəhəng yeraltı nəqliyyat şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Bu da Bakı Metropoliteninin gələcəkdə 2-si mövcud və 3-ü əlavə olmaqla 5 xətdən, 76 stansiyadan və 119 kilometr uzunluğunda yeraltı yollardan ibarət ümumi şəbəkəsinin yaradılması deməkdir. 2030-cu ilədək 53 yeni stansiya inşa ediləcək.
Dövlətimizin başçısı “Avtovağzal” stansiyasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə yaxından tanış olub.
Tikintisinə 2009-cu ilin sentyabrında başlanılan stansiyanın layihə işləri “Bakımetrolayihə” İnstitutu tərəfindən yerinə yetirilib. Layihəyə əsasən, “Avtovağzal” stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır. Yeni xətdə yaradılan həm “Avtovağzal”, həm də “Memar Əcəmi” stansiyalarının platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün burada lift quraşdırılıb.
Biləcəri qəsəbəsində yaşayan sakinlərin rahatlığını təmin etmək üçün Bakı-Sumqayıt avtomobil yolunun altından keçid inşa edilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə isə iki keçid quraşdırılıb. Digər beş çıxış isə “Avtovağzal” stansiyası kompleksinin ərazisində yerləşir.
Sonra Prezident İlham Əliyev qatarla “Avtovağzal” stansiyasından “Memar Əcəmi” stansiyasına gəlib.
“Avtovağzal”-”Memar Əcəmi” mənzil tunellərinin və “Memar Əcəmi” stansiyasının layihə işləri dünyanın aparıcı şirkətləri tərəfindən həyata keçirilib. Tunellərin inşası üçün hazırlıq işlərinə 2011-ci ilin fevralında, tikintisinə isə həmin ilin sentyabrında başlanılıb. Podratçı təşkilat tərəfindən tunellərin tikintisi ilə yanası, tunellərarası 8 təxliyyə keçidi və 2 havalandırma şaxtası inşa edilib.
Dövlətimizin başçısına məlumat verilib ki, burada təmir-tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib, stansiya ən müasir tələblərə cavab verir. “Memar Əcəmi” stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Burada üç çıxış yaradılıb. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan stansiyada və çıxışlarda 17 eskalator quraşdırılıb. Burada, həmçinin fiziki imkanları məhdud insanlar üçün də liftlər var. Hər iki stansiyanın inşası zamanı əsasən yerli xammaldan istifadə olunub. Şəhər əhalisi üçün mühüm əhəmiyyət daşıyan metropolitenin genişləndirilməsi, yeni stansiyaların açılması, qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər son illər ardıcıl olaraq həyata keçirilir ki, bu da metro nəqliyyatında keyfiyyətin yüksəldilməsi ilə nəticələnib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

