Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər edib
09.08.2016 [09:55]
Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib: “Hörmətli Vladimir Vladimiroviç.
Hörmətli qonaqlar.
Sizi yenidən Azərbaycanda salamlamağa şadam. Vladimir Vladimiroviç, son üç ildə bu, Sizin Azərbaycana üçüncü səfərinizdir. Bu, özlüyündə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Mən də tez-tez Rusiyada oluram. Bu yaxınlarda, iyun ayında Peterburqda görüşmüşdük. Tez-tez baş tutan görüşlər, əlbəttə, bizim münasibətlərimizin inkişafına yeni təkan verir. Artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər bizim həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir. Biz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayırıq, siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var, humanitar əməkdaşlıq inkişaf edir. Sentyabr ayında Bakıda Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Beynəlxalq Humanitar Forum keçiriləcək. Bütün bunlar bizim münasibətlərimizin inkişafı üçün möhkəm zəmin yaradır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiyanın rolunu xüsusi vurğulamaq istərdim. Biz bu rolu qiymətləndiririk və tənzimləmə prosesinin irəliləməsində Sizin şəxsi iştirakınız çox böyük əhəmiyyət kəsb edir. İyun ayında Sankt-Peterburqda keçirilən görüş əsasən bu problemə həsr edilmişdi və şəxsən Sizin həmin prosesdə fəal iştirakınıza görə təşəkkür edirəm.
Bu gün həm də İran, Rusiya və Azərbaycan liderlərinin ilk üçtərəfli görüşü keçiriləcək. Çox ümidverici olan bu yeni format ikitərəfli əməkdaşlıq çərçivəsində yaxşı potensiala malikdir və bu gün qarşılıqlı regional fəaliyyətin mühüm məsələləri müzakirə ediləcək. Fikrimcə, bu, həm ölkələrimizin iqtisadi inkişafına, həm də bizim regionda təhlükəsizlik sisteminin möhkəmlənməsinə şərait yaradacaq.
Sizi bir daha səmimi qəlbdən salamlayıram, xoş gəlmisiniz”.
Rusiya Prezidenti Vladimir Putin çıxış edərək deyib: “Hörmətli İlham Heydər oğlu, dəvətə görə çox sağ olun.
Bizim münasibətlərin xarakteri barədə Sizin dediklərinizlə tam razıyam. Həqiqətən, bu münasibətlər kağız üzərində deyil, əməli işdə strateji tərəfdaşlıq xarakterinə malikdir. Ən vacibi odur ki, bizim münasibətlərimiz xeyli şaxələndirilib, onlar bütün istiqamətlər üzrə inkişaf edir. Sizin dediyiniz kimi, humanitar istiqamətdə tərkib hissə formalaşıb. Humanitar Forum mütəmadi olaraq ən yüksək səviyyədə keçirilir.
Əslində bizim himayəmiz altında keçirilən bu Forumda ən yüksək səviyyədə iştirak edirik. Sonuncu tədbirdə Rusiya parlamentinin yuxarı palatasının rəhbəri Valentina Vladimirovna Matviyenko iştirak edib.
Azərbaycanda təxminən 600 Rusiya şirkəti işləyir. Birbaşa investisiyaların həcmi 1,5 milyard dollara yaxındır, daha dəqiq desək 1,4 milyard dollara çatır.
Amma diqqəti bəzi məqamlara cəlb etmək istərdim: bilirik ki, müxtəlif səbəblər üzündən, o cümlədən dünya iqtisadiyyatında, bizim iqtisadiyyatda böhran vəziyyəti, ənənəvi ixrac mallarımızın qiymətinin azalması, bununla əlaqədar məzənnə fərqləri ilə bağlı məlum problemlər dəyər ifadəsində ticarət dövriyyəsinin azalmasına gətirib çıxarıb.
Bu gün bu haqda danışmaq, bu məsələlərin həlli yollarını axtarmaq çox yerinə düşəcək. Nəzərə almaq lazımdır ki, bunun üçün həqiqətən çox yaxşı baza yaradılıb və Sizinlə tam razıyam ki, bütövlükdə fiziki həcmi qoruyub saxlayırıq.
Əlbəttə, perspektiv üçün yaxşı layihələrimiz var. Özü də bu, təkcə energetika sahəsinə aid deyil. Aydındır ki, başqa sahələrdə - maşınqayırma, yüksək texnologiyalar sahələrində də belədir. Fikrimcə bu, son dərəcə vacibdir. Xəzərdə, o cümlədən hərbi sahədə əməkdaşlığımız davam edir.
Üçtərəfli formatda görüşlərin təşkilinə görə çox sağ olun. Bu da Sizin təşəbbüsünüzdür və həqiqətən bu formatda müzakirə edilməli məsələlər var. Xəzərdə və daha geniş aspektdə yeni layihələr ola bilər - nəqliyyat, energetika, üçtərəfli ticari-iqtisadi əlaqələrimizin şaxələndirilməsini nəzərdə tuturam.
Siz Qarabağ məsələsini xatırlatdınız. Bu problem bizim hamımıza ümumi, sovet keçmişimizdən miras qalıb. Bunun Azərbaycan və Ermənistan üçün nə qədər kəskin məsələ olduğunu bilirəm. Biz bir məqsədə nail olmağa çalışacağıq: Ermənistan və Azərbaycan kompromisli, lakin hər iki tərəf üçün məqbul olan həll tapmalıdır, burada qalib gələn tərəf olmamalıdır, qalib gələn - iki ölkənin xalqları olmalıdır. Hər iki dövlət hiss etməlidir ki, onlar bu mürəkkəb məsələni bu günümüzün mənafeyi və gələcək nəsillər üçün həll ediblər.
Hörmətli İlham Heydər oğlu. Dəvətə görə sağ olun. Əminəm ki, bugünkü birgə işimiz müsbət, səmərəli olacaq və həm ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə, həm də regionda vəziyyətin yaxşılaşmasına şərait yaradacaq.
Çox sağ olun”.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

