/ / Prezident İlham Əliyev Cibutinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Cibutinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
27.10.2016 [09:57]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Cibuti Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli Kamilin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Məhəmməd Əli Kamil fəxri qarovul dəstəsinin qarşısından keçib.
Məhəmməd Əli Kamil etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasında ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirib. Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Cibutinin dost ölkələr olduğunu deyib. Dövlətimizin başçısı ölkələrimizin xüsusilə beynəlxalq təşkilatlarda həmrəylik göstərərək uğurlu əməkdaşlıq etmələrinin və bir-birilərinə daim dəstək vermələrinin önəmini qeyd edib. Siyasi əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu deyən dövlətimizin başçısı bu əlaqələri digər sahələrdə də genişləndirməyin vacibliyini bildirib. İkitərəfli əlaqələrin inkişafında səfirlərin rolunu qeyd edən Prezident İlham Əliyev səfir Məhəmməd Əli Kamilin Azərbaycanın müvafiq qurumları ilə iqtisadi sahədə əməkdaşlıq imkanlarının araşdırılması üçün müzakirələr aparacağına ümidvar olduğunu bildirib.
Səfir Məhəmməd Əli Kamil Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Celinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Bakıya səfər edərkən ölkəsinin Prezidenti ilə görüşdüyünü vurğulayan Məhəmməd Əli Kamil deyib: “Cənab Prezident, mən Bakıya gələrkən cənab İsmayıl Ömər Celi ilə görüşdüm. O, mənə şəxsən bildirdi ki, Azərbaycan bizim üçün böyük əhəmiyyət kəsb edən mühüm ölkədir”.
Dövlətimizin başçısı Prezident İsmayıl Ömər Celinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Cibuti dövlətinin başçısına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20

