/ / Azərbaycan və Xorvatiya prezidentlərinin Münxen görüşündə əlaqələrin inkişafı məsələləri müzakirə olunub
Azərbaycan və Xorvatiya prezidentlərinin Münxen görüşündə əlaqələrin inkişafı məsələləri müzakirə olunub
18.02.2017 [09:57]
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçin görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycana rəsmi səfərini məmnunluq hissi ilə xatırlayıb, keçirilən görüşlərdə səmərəli fikir mübadiləsinin aparıldığını vurğulayıb. Səfər çərçivəsində keçirilən Azərbaycan-Xorvatiya biznes forumunun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə xidmət etdiyini deyən Xorvatiya Prezidenti hökumətlərarası komissiyanın iqtisadi əməkdaşlığımızı daha da genişləndirəcəyini diqqətə çatdırıb. Xorvatiyanın enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoru, o cümlədən informasiya texnologiyaları, gəmiqayırma, kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə də Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu deyən Kolinda Qrabar-Kitaroviç ölkəsinin həyata keçirdiyi enerji layihələrində Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.
Kolinda Qrabar-Kitaroviç Prezident İlham Əliyevin Avropa İttifaqına səfərinin uğurlu keçdiyini bildirib, Azərbaycanın Avropa İttifaqı ilə yeni sənəd üzərində işlədiyini deyib, bu prosesin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişafına xidmət edəcəyini bildirib. Xorvatiya Prezidenti dövlətimizin başçısını ölkəsinə səfərə dəvət edib.
Prezident İlham Əliyev Azərbaycan-Xorvatiya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Azərbaycan Prezidenti hökumətlərarası komissiyanın öz işini praktiki məsələlər üzərində cəmləşdirməsinin vacibliyini vurğulayıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm roluna toxunan dövlətimizin başçısı ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu layihələrdə Xorvatiyanın da iştirak edə biləcəyini diqqətə çatdırıb.
Avropa İttifaqı ilə əlaqələrdən danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Avropa Komissiyası ilə fəal əməkdaşlıq edir. Azərbaycan Prezidenti ikitərəfli əlaqələrimizin həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqı ilə siyasi dialoq, təhlükəsizlik, texnologiyalar, enerji, multikulturalizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi niyyətində olduğunu deyib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunulub. Xorvatiya Prezidenti münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

