/ / Prezident İlham Əliyev Türkmənistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Türkmənistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14.07.2017 [09:44]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Mekan İşanquliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.
Mekan İşanquliyev etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı qardaş türkmən və Azərbaycan xalqlarının əsrlərdən bəri dostluq və əməkdaşlıq etdiklərini vurğulayıb. Prezident İlham Əliyev bu gün müstəqil Azərbaycanın və Türkmənistanın dövlətlərarası əlaqələri fəal şəkildə möhkəmləndirdiklərini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan tərəfi əlaqələrimizin siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə möhkəmləndirilməsində maraqlıdır. Hazırda ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir və nümunəvi xarakter daşıyır.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb və ümidvar olduğunu bildirib ki, Mekan İşanquliyev diplomatik fəaliyyəti dövründə ölkələrimizin bir-birinə daha da yaxınlaşması və əlaqələrin bütün istiqamətlərdə inkişafı işinə öz töhfəsini verəcək.
Səfir Mekan İşanquliyev Prezident İlham Əliyevə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını çatdırıb. O, səfir təyin olunduğu vəzifədə qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Xalqlarımız arasında tarixən mehriban qonşuluq əlaqələrinin mövcud olduğunu deyən Mekan İşanquliyev siyasi, iqtisadi, diplomatik, ticarət və mədəni sahələrdə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün bütün lazımi potensialın olduğunu vurğulayıb. Səfir qeyd edib ki, nəqliyyat sahəsi əməkdaşlığımızın əsas istiqamətidir. Ölkələrimizin coğrafi yerləşməsinin bu işə xidmət etdiyini deyən səfir bildirdi ki, tarixən ticarət yolları bizim ölkələrimizdən keçib. Mekan İşanquliyev ölkələrimizin müvafiq qurumları arasında beynəlxalq əməkdaşlıq məsələlərinin fəal müzakirə olunduğunu bildirib. Səfir vurğulayıb ki, əməkdaşlığın fəallaşdırılması üçün əsas amil Türkmənistan və Azərbaycan prezidentləri arasında keçirilən görüşlərdir. Sentyabrın 17-də Türkmənistanda Asiya Oyunlarının açılacağını deyən səfir Türkmənistan Prezidentinin və xalqının Azərbaycan Prezidenti İlham Əliyevin həmin tədbirdə iştirakını səbirsizliklə gözlədiklərini deyib.
Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin fəal inkişaf etdiyini deyərək, yüksək səviyyədə görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində önəmini qeyd edib və bildirib ki, ölkələrimizin müvafiq qurumları, o cümlədən dövlət və özəl şirkətlər arasında da əməkdaşlıq əlaqələrin bu səviyyəsinə uyğun olmalıdır. Dövlətimizin başçısı Türkmənistanda Asiya Oyunlarının keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Dövlətimizin başçısı Türkmənistan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

