Milli mətbuatımızın inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
17.07.2009 [10:33]
Dünya mətbuatında özünəməxsus yeri, tarixi, inkişaf tendensiyası olan Azərbaycan mətbuatı da ötən 134 ildə böyük, mütərəqqi bir yol keçib. 1875-ci ildə “Əkinçi” ilə başlanan bu yol illər ötdükcə daha da təkmilləşərək, peşəkarlaşaraq müasir simasını qazanıb.
1875-ci il iyulun 22-də ilk nömrəsi nəşr olunan “Əkinçi” qəzeti ölkəmizdə jurnalistikanın əsasını qoydu. Hələ o dövrlərdə Həsən bəy Zərdabi “Əkinçi”də yazırdı ki, türk millətinin yaşamasını, qabağa getməsini, elm və mərifət sahibi olmasını istəyirsinizsə, ona dil verin: “Türklər öz dillərini itiriblər. Sizin sözünüzü onlar anlamırlar. Onların dilini tapıb verin ki, yaşasınlar. Vaxt keçməmiş elmi kitablar gətirin, məktəblər bina edin, öz dilimizdə təhsillə, elmlə məşğul olun ki, müsəlmanlıqda qayım olasınız. Mıx bərk vurulduqca onu çıxarmaq çətin olur”.
Atılan bu möhkəm təməl üzərində sonradan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, Məmməd Ağa Şahtaxtinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi Rus”, “Həyat”, “İrşad”, “Füyuzat” kimi mübariz mətbu orqanlar formalaşdı. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyilə Bakıda rus dilində “Kaspi” qəzeti, C.Məmmədquluzadənin redaktorluğu ilə bütün müsəlman dünyasında məşhur olan “Molla Nəsrəddin” jurnalı nəşrə başladı. 1918-ci ilin iyununda o dövrün görkəmli ziyalılarından sayılan Şəfi bəy Rüstəmbəylinin və Ceyhun bəy Hacıbəylinin redaktorluğu ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövlət qəzeti-”Azərbaycan” işıq üzü gördü. Sonradan dahi bəstəkar, istedadlı jurnalist üzeyir Hacıbəyovun rəhbərliyi altında Bakıda Azərbaycan və rus dillərində öz fəaliyyətini davam etdirən “Azərbaycan” qəzeti və digər mətbu orqanlarımız müstəqilliyimizin ilk illərində qaranlıq mühitimizin maarif ziyası ilə işıqlandırılmasında, millətin qəflət yuxusundan oyanıb əsl dirçəliş və özünüdərk yoluna qədəm qoymasında, onun vətənpərvərlik və milli həmrəylik ruhunun artmasında müstəsna rol oynadı.
Sovet dövründə totalitar rejimin senzura maşını milli mətbuatın inkişafını ləngitsə də, peşəkarlıq baxımından müəyyən bir yol qət edildi. 1969-cu ilin 14 iyulunda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük təkan verdi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atılmasına nail oldu. Artıq Azərbaycanda nəşr olunan çap mətbuatı ittifaq miqyasında peşəkarlıq və digər parametrləri ilə müsbət mənada seçilməyə başladı. Məhz həmin illərdən etibarən Azərbaycan mətbuatında milli adət-ənənələrimiz, tariximiz, mədəniyyətimiz, dilimiz haqqında geniş yazılar yazıldı. Məhz Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan əlaçı tələbələr Moskva Dövlət Universitetində oxumağa göndərildilər. Bu isə Azərbaycan jurnalistika məktəbinin formalaşmasında müstəsna rol oynadı.
XX əsrin sonunda Sovet İttifaqının dağılması ilə müstəqillik əldə edən Azərbaycan Respublikasında milli mətbuatın formalaşdırılması prosesinə ehtiyac duyulurdu. Demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən olan söz azadlığının təminatı ölkə vətəndaşına verilə biləcək ən yüksək hüquqlardan biri sayılmalı idi. 1991-1993-cü illərdə ölkədə hökm sürən qeyri-sabit ictimai-siyasi vəziyyət, silahlı dəstələrə arxalanan müxtəlif siyasi qrupların öz iddialarını gerçəkləşdirmək üçün qeyri-qanuni cəhdlər göstərməsi, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum söz və məlumat azadlığının təmin edilməsinə, bu sahədə dövlət və vətəndaşların mənafelərinin qorunmasına maneələr yaradırdı. ölkəyə başçılıq edən şəxslər nəinki vətəndaşların söz azadlığı hüququnu tanıyır, əksinə, imperiya dövründəki basqıların, senzuranın daha da gücləndirilməsinə şərait yaradırdılar. 1992-ci ildə hərbi senzuranın yaradılması, 1993-cü ildə senzuranın tətbiqinin miqyasının genişləndirilərək, bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncamlar yuxarıda qeyd etdiyimiz fikirləri bir daha təsdiqləyir. Dövlət məmurlarının, hətta nazir səviyyəsində mətbuat işçilərinə qarşı təhqiramiz, qeyri-insani rəftarı milli mətbuatın gələcəyini təhlükə qarşısına qoymuşdu. ölkəyə rəhbərlik edən naşı insanların gördüyü bu “tədbirlər” söz və məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı. Söz, fikir və məlumat azadlığının təmin olunmasına mane olan amillər sırasında həm də kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının zəifliyi, jurnalistlərin peşə hazırlığı səviyyəsinin və məsuliyyət hissinin dövrün tələblərindən geri qalması kimi cəhətləri də qeyd etmək olar.
1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin ölkə Prezidenti seçilməsi ilə milli mətbuatımız yenidən qayğı ilə əhatə olundu, milli mətbuatın inkişafında yeni era başlandı. ölkənin ictimai-siyasi həyatında yaranan sabitlik, vətəndaşların təhlükəsizliyinin və qanunçuluğun təmini, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması kütləvi informasiya vasitələrinin fəaliyyətinə, söz, fikir və məlumat azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Məhz həmin dövrdən etibarən Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşuldu. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradıldı. Bu hüquqi baza kütləvi informasiyanın azadlığına təminat verən, mətbuat da daxid olmaqla bütün kütləvi informasiya vasitələrində dövlət senzurasının aradan götürülməsi prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir. Bununla yanaşı ümummilli liderimiz Heydər Əliyevin şah əsəri sayılan Azərbaycan Respublikasının Konstitusiyasında fikir, söz və vicdan azadlığına geniş təminat verildi: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Bu Fərmanın Azərbaycan tarixindəki yeri həddindən artıq böyükdür. Belə ki, həmin Fərman ilə Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli Fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli Sərəncam qüvvədən düşmüş hesab olundu.
Ulu öndər Heydər Əliyev milli mətbuatın, azad sözün inkişafının qarşısını alan maneələri dəf etməklə yanaşı hələ yeni-yeni formalaşan mətbuatın gələcəyinin təminatı ilə bağlı da addımlar atdı. 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu müasir Azərbaycan reallıqlarını daha dolğun əks etdirən, kütləvi informasiya vasitələri istehsalı və yayımının bütün məsələlərini demokratik şəkildə tənzimləyən, beynəlxalq standartlara cavab verən hüquqi sənədin meydana gəlməsinə şərait yaratdı. Bu sənədlə Azərbaycanda mətbuatın dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası xeyli asanlaşdırıldı. Bu addımlar davamlı xarakter aldı. 2000-ci ilin martında ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, beynəlxalq təcrübəyə əsaslanaraq, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi-təşkilati əsaslarının möhkəmləndirilməsi məqsədi ilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.
Daim mətbuata, jurnalistlərə böyük qayğı ilə yanaşan Ulu öndər Heydər Əliyev bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurdu. Bu borclar sonradan ləğv edildi. Atılan addım milli mətbuatın inkişafına əsl dəstək idi. 2003-cü ildə ümummilli liderimiz Heydər Əliyevin çingiz Mustafayev Fondu tərəfindən “Jurnalistlərin dostu” adına layiq görülməsi bir daha təsdiq etdi ki, Ulu öndər milli mənəviyyatın keşiyində dayanan, ölkənin ictimai-siyasi həyatının tənzimlənməsində, ideoloji təbliğatda mühüm yer tutan KİV-in dünya standartları çərçivəsində inkişafında maraqlıdır.
2001-ci il dekabrın 18-də ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu öndər Heydər Əliyev demişdir: “Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”.
2003-cü il iyulun 22-də -Milli mətbuatımızın yaranmasının 127-ci ildönümü ərəfəsində mətbuat işçilərinə müraciət ünvanlayan ümummilli liderimiz Heydər Əliyev Azərbaycan mətbuatının tarixi boyu daim mütərəqqi ictimai idealların carçısı kimi çıxış etdiyini, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verdiyini, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynadığını bildirmişdi. Jurnalistlərin peşə fəaliyyətinə xüsusi ehtiramla yanaşan Ulu öndər bu peşənin yüksək intellektlə yanaşı, hünər və cəsarət tələb etdiyini də önə çəkmişdi: “Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri obyektiv dəyərləndirmək və prosesləri düzgün analiz etmək bacarığı tələb edən sənətdir. Azərbaycan prezidenti kimi mən mətbuat işçilərinin ağır və məsuliyyətli əməyini daim yüksək qiymətləndirmiş, mətbuatın inkişafı yolunda qarşıya çıxan problemlərin həll edilməsi üçün müntəzəm qayğı göstərmişəm və bundan sonra da göstərəcəyəm”.
Bu gün əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli mətbuata dəstək və qayğını özündə ehtiva edən siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə mətbuatla bağlı bir sıra fərman və sərəncamların imzalanması, KİV-in inkişafına dair konsepsiyanın qəbulu, Prezident yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun yaradılması bir daha sübut edir ki, Azərbaycan mətbuatı hər zaman dövlətin qayğısını öz üzərində hiss edir. Ulu öndər Heydər Əliyevin siyasi kursu milli mətbuatımızın xalqın maariflənməsində, ümumbəşəri ideyaların təbliğində, vətəndaş cəmiyyəti quruculuğunda mühüm rol almasında maraqlıdır. Kütləvi informasiya vasitələri həm də təmsil etdiyi dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutmalı, dövlətçilik mövqeyini ön plana çəkməlidir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

