Azərbaycanda mətbuatın inkişafı və söz azadlığının təmin edilməsi daim dövlətin diqqətindədir
22.07.2009 [09:47]
Xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə həqiqi azadlığını qazanmış və yeni mərhələyə qədəm qoymuş Azərbaycan mətbuatı bu gün Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin birbaşa diqqəti və qayğısı nəticəsində ən yüksək inkişaf dövrünü yaşamaqdadır. Təbii ki, bütün bunlar son illərdə ölkəmizdə görülmüş tədbirlərin məntiqi nəticəsi kimi xarakterizə olunmalıdır. ümumiyyətlə, Prezident İlham Əliyevin bu posta seçilməsindən sonra KİV-in inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi üçün bir sıra mühüm məqsədyönlü addımlar atılıb. Bunlar sırasında, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət televiziyası olan AzTV-1-in “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə çevrilməsi, beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanmış “İctimai televiziya və radio yayımı haqqında” Qanuna uyğun olaraq, həmin il “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin fəaliyyətə başlaması, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədi ilə vacib qanunvericilik aktlarının qəbul edilməsi, beynəlxalq və yerli ekspertlərin iştirakı ilə hazırlanmış “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2005-ci ildə qəbul olunması və s. tədbirlərin adını çəkmək olar. Bu qərarlar hər kəsin sərbəst, maneəsiz, hamı üçün bərabər şərtlərlə informasiya əldə etməsinə hüquqi təminat yaradıb.
Qəzetlər vergi ödəməkdən azad edilib
Son illər, həmçinin, kütləvi informasiya vasitələrinin müstəqilliyinin dəstəklənməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə bir sıra tədbirlər görülüb. Belə ki, dövlət başçısının müxtəlif dövrlərdə imzaladığı sərəncam və fərmanlarla mətbuat orqanları, yalnız reklam gəlirləri istisna olmaqla, bütün vergilərdən azad olunub, qəzetlərin vergi yükü azaldılıb, redaksiyaların maddi - texniki bazasının möhkəmləndirilməsi üçün qəzetlərə güzəştli kreditlər ayrılıb, onlara birbaşa maddi yardımlar olunub. Qəzetlərin iqtisadi vəziyyətinin qənaətbəxş olmadığını nəzərə alan Prezident İlham Əliyev onların nəşriyyata olan borclarının dövlət vəsaiti hesabına silinməsi haqqında qərar verib. Bununla yanaşı, müxtəlif bayram günlərində Azərbaycan mətbuatında imzaları tanınan peşəkar qələm sahiblərinə mükafatlar, fəxri adlar verilib.
Mətbuat orqanlarının qeydiyyatı prosesi o qədər sadələşdirilib ki, hazırda istənilən Azərbaycan vətəndaşı heç bir əlavə əziyyət çəkmədən və vaxt itirmədən qəzet yarada bilər. Naşir olmaq istəyənlər üçün nəzərdə tutulan bütün prosedurlar son dərəcə sadələşdirilib və asanlaşdırılıb. Bunun özü ölkədə söz və mətbuat azadlığı üçün yaradılmış şəraitin bariz nümunəsidir.
Konstitusiya islahatları hüquqi bazanı daha da möhkəmləndirdi
Cəmiyyətdə təsbit edilən azadlıqların içərisində ən yüksək dəyərə malik mənəvi saflıq, insan şəxsiyyətinə hörmət, düşünmək və vicdan azadlığıdır. Azərbaycan qanunvericiliyində insan ləyaqətinin alçaldılması və təhqirə görə cinayət məsuliyyətini nəzərdə tutan maddə mövcuddur. Şəxsiyyəti təhqir edənlər haqqında konkret addımlar atılanda bu, azad mətbuatın boğulması, mətbuata qarşı təzyiq kimi qeyd edilir. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan hüquqi dövlətdir. Cəmiyyət qanunlar əsasında idarə olunur. Kimliyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs bu qanunlara hörmətlə yanaşmalıdır. Yəni hər bir Azərbaycan vətəndaşı qanun qarşısında məsuliyyət daşıyır. Hər hansı bir şəxs bu və ya digər mətbuat orqanı tərəfindən təhqir edildiyini, şərəf və ləyaqətinə toxunulduğunu görərsə, hüquqlarını qanunlar çərçivəsində müdafiə etmək haqqına sahibdir. İnsan şəxsiyyətinə yönələn hərəkətə haqq qazandırmaq isə mümkün deyil. Ən sivil, demokratik mübarizə odur ki, bütün problemlər qanun çərçivəsində həll olunsun. Məhz bir neçə ay öncə - martın 18-də Azərbaycan Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərdə də problemlərin məhz qanun çərçivəsində həllinin daha da təkmilləşdirilməsi nəzərdə tutur. Yeni dəyişikliklərə əsasən, istənilən şəxsin razılığı olmadan onun haqqında məlumat toplamaq, video çəkilişi aparmaq qadağan olunur. Bu, dövlətin vətəndaşının ən ali hüquqlarının qorunması yönündəki qətiyyətinin göstəricisidir.
Söz və fikir azadlığının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədidir
Azərbaycan iqtisadi cəhətdən lider ölkəyə çevrilib. “İqtisadi tərəqqi bütün sahələrin inkişafı üçün əsasdır” söyləyən Prezident İlham Əliyev daim azad mətbuatın inkişafını diqqətdə saxlayır, bu istiqamətdə atdığı addımlar beynəlxalq birlik tərəfindən də təqdir olunur. Humanizmin təntənəsi kimi dəyərləndirilən əfv fərmanları əsasında həbsdə olan jurnalistlərin azadlığa buraxılması da bu sahəyə göstərilən diqqətin bariz nümunələrindəndir. ölkə Prezidenti kütləvi informasiya vasitələri nümayəndələrinin əfv edilməsi ilə bağlı xüsusi vurğulayıb ki, insan hüquq və azadlıqlarının, o cümlədən, fikir azadlığının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.
Azərbaycan demokratik dəyərlərə sadiq ölkə kimi, daim bu sahədə həyata keçirdiyi islahatlarla dünyanın diqqətindədir. Bu gün ölkəmizlə demokratik dəyərlərin inkişafı istiqamətində fəaliyyət göstərən Avropa Şurası arasında əməkdaşlığın yüksələn xətlə inkişafı da deyilənlərə əyani sübutdur. ölkəmiz qurum tərəfindən qeyd olunan tövsiyələri yüksək səviyyədə yerinə yetirir. Təbii ki, Azərbaycanın bu və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının əsasında bir məqsəd dayanır: dünyanın aparıcı dövlətlərinin təcrübəsindən bəhrələnmək, dəyərlərimizi həmin ölkələrdə mövcud olan mütərəqqi meyarlara uyğunlaşdırmaq.
Avropaya inteqrasiya siyasəti həyata keçirən Azərbaycanın bu sahədə qazandığı uğurlar yüksək qiymətləndirilir.
Peşəkarlıq səviyyəsinin artırılması vacibdir
Şübhəsiz ki, görülən işlər nəticəsində ölkəmizdə azad fikrin, sözün möhkəmləndirilməsi, mətbuat orqanlarının inkişafı istiqamətində böyük nailiyyətlər əldə olunub. Bununla yanaşı, bəzi problemlər hələ də qalmaqdadır. İstər ictimaiyyət, istərsə də dövlət təmsilçilərinin əsas düşüncəsi bundan ibarətdir ki, hazırda Azərbaycan mətbuatının başlıca problemlərindən biri mətbuatın inkişafında əvəzsiz rol oynayan jurnalistlərin peşəkarlıq səviyyəsinin yetərli səviyyədə olmamasıdır. Təəssüflər olsun ki, müstəqillik dövründə KİV-lərin sayının artması ilə paralel olaraq qeyri-peşəkar jurnalistlərin də sayı artıb. Müstəqilliyin ilk illərində dövlət idarəçiliyindəki boşluqlar, ağır iqtisadi durum mətbuata qeyri-peşəkarların axınına rəvac verib. Bu hal isə ən çox elə mətbuatın özünə ziyan vurub. Ən azından, qəzetlərə ictimai etimad tam arzuolunan səviyyədə deyil.
Neçə illərdir görülən işlərdən sonra bu problem qismən aradan qalxsa da, hələ tam həllini gözləyir. Hökumətin atdığı addımların effektivliyi isə onu deməyə əsas verir ki, yaxın zamanlarda mətbuatımız bu problemdən də tam xilas ola biləcək.
Mətbuatın iqtisadi azadlığının təmin olunması əsas hədəflərdəndir
Azərbaycan mətbuatının qarşısında duran ikinci mühüm problem isə onun maddi-texniki bazasının zəifliyidir. Faktdır ki, yazılı mətbuat, o cümlədən, informasiya xidməti fəaliyyətləri yüzdə-yüz iqtisadi cəhətdən özünü təmin edə bilmir. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Fərmanı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması və Prezidentin 03 aprel 2009-cu il tarixli Fərmanı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu sahədə də qısa müddət ərzində böyük irəliləyişlərin şahidi olacağımızdan xəbər verir. Sənəddə də göstərilir ki, Konsepsiya kütləvi informasiya vasitələrinin inkişafına dəstək verməklə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin artırılmasına, Konstitusiyaya və qanunlara, dövlət rəmzlərinə hörmətin dərinləşməsinə, jurnalistikanın keyfiyyətcə yeni texnoloji səviyyəyə yüksəlməsinə, jurnalist peşəkarlığının və məsuliyyətinin artmasına, kütləvi informasiya vasitələrinin xarici təcrübədən faydalanmasına, beynəlxalq əlaqələrinin genişlənməsinə, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların həyata keçirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın möhkəmlənməsinə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə və müstəqil mətbuatın inkişafına şərait yaradacaq.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxGündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38

