/ / Prezident İlham Əliyev Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub
Prezident İlham Əliyev Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub
31.01.2018 [10:01]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevə “Şahdağ” qış-yay turizm kompleksinin hazırkı vəziyyəti və burada bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verib. Qeyd edilib ki, burada dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək və 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək. Bu, ən uzun zolaq olmaqla yanaşı, mürəkkəbliyinə görə də qırmızı dərəcəli zolaq olacaq.
Həmçinin dövlətimizin başçısına məlumat verilib ki, bu il kompleksin əsas meydanında əyləncə infrastrukturunun qurulması da planlaşdırılır. Burada “Boulinq”, tennis və digər stolüstü oyunlar zalı, kinoteatr, musiqi mərkəzi, həmçinin suvenir mağazaları, iaşə və xidmət obyektləri inşa ediləcək.
Kompleksin yay mövsümündə də xidmət göstərməsi üçün burada göl yaradılacaq. Yay mövsümündə turistlər bu göldə həm üzəcək, həm də qayıqlarla səyahət edəcəklər. Qış mövsümündə isə bu göldən qaryaratma üçün ehtiyat mənbəyi kimi istifadə olunacaq.
İkinci mərhələdə görülməsi planlaşdırılan işlərə bu ilin yaz aylarından başlanılacaq. Bunun üçün indidən hazırlıq işləri görülür.
Dövlətimizin başçısına kompleksin yol infrastrukturu barədə də ətraflı məlumat verilib. Bildirilib ki, kompleksin ərazisindən keçən Qusar-Ləzə yolu onun kənarından inşa olunacaq. Bu da imkan verəcək ki, yuxarı kəndlərin sakinləri kompleksin ərazisinə daxil olmadan hərəkət etsinlər. Hazırda bu yolun yarısının torpaq yatağı hazırlanıb. Qalan işlərin ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Bu yeni yoldan kompleks ərazisinə iki giriş nəzərdə tutulub. Kompleksin girişində böyük avtomobil dayanacağının da istifadəyə verilməsi planlaşdırılır.
Məlumat verilib ki, kompleksin üçüncü mərhələsi ilə bağlı layihələndirmə işləri aparılır.
Kompleksin əsas meydanının ərazisi ilə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.
* * *
Sonra Prezident İlham Əliyev “Şahdağ” qış-yay turizm kompleksində xizək sürüb.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

