Altıncı Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib
16.03.2018 [10:34]
Martın 15-də VI Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.
AZƏRTAC xəbər verir ki, ziyafətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Bir sıra ölkələrin dövlət və hökumət başçılarının, eləcə də sabiq dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin iştirak etdikləri ziyafətdə Prezident İlham Əliyev çıxış edərək deyib: “Forumun açılış sessiyasında və panel iclasları zamanı mənə müzakirələrin çox maraqlı və məhsuldar keçməsi barədə məlumat verildi. Əminəm ki, sizin təmaslarınız və qeydlərinizdən yaranan ideyalar bizim gələcək fəaliyyətimiz, onların xidmət etdiyi məqsədlər üçün çox dəyərli olacaqdır.
Mən bütün qonaqlarımızı Azərbaycanda görməkdən çox şadam. Mən çoxlu köhnə dostlarımı, həm fəaliyyətdə olan dövlət və hökumət başçılarını, həm də sabiq dövlət və hökumət başçılarını, uzun illər birlikdə işlədiyim rəhbərləri görürəm. Mən sizin ölkələrinizə səfərlərimi, sizin bizim ölkəmizə səfərlərinizi xatırlayıram. Bizim həqiqətən də çox yaxşı işçi münasibətlərimiz var idi və bu münasibətlər Azərbaycan və sizin ölkələriniz arasında daha sıx əlaqələrin qurulmasına çox kömək göstərib.
Bizimlə birlikdə olduğunuz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə verdiyiniz töhfə və dəstəyiniz üçün sizə təşəkkür edirəm. Əlbəttə ki, mən bir daha xanım Prezident Vike-Freyberqaya və cənab Serageldinə bizim ümumi amalımız üçün möhtəşəm, - fikrimcə, onların fəaliyyətinə belə qiymət vermək düzgün olardı, - töhfələrinə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun”.
Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa çıxış edərək deyib: “Cənab Prezident.
Xanım Birinci vitse-prezident.
Əziz dostlar və həmkarlar.
Mən bizə göstərdikləri davamlı dəstəyə görə Prezidentə və Birinci vitse-prezidentə təşəkkürümü ifadə etmək üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrinə qoşuluram. Ümid edirəm ki, VI Qlobal Foruma toplaşmış köhnə və yeni dostlarımız mənimlə razılaşarlar ki, bu, görüşlərin keçirilməsi, fikir mübadiləsi, dinlənilmək və digərlərini dinləmək üçün nadir bir məkandır. Fürsətdən istifadə edərək, mən, həmçinin bu Forumun ərsəyə gəlməsində çalışmış gənclərə də təşəkkürümü bildirmək istəyirəm. Bunun necə də böyük iş olduğunu təsəvvürünüzə gətirə bilərsiniz. Mən bizimlə öz təcrübələrinə başlayan, çox dəyərli təcrübəni əldə etmiş istedadlı gənclərə minnətdarlığımı bildirmək istəyirəm. Ümid edirəm, siz bu təcrübənin bəhrəsini görəcəksiniz.
Cənab Prezident, bizim burada çox nadir bir təşkilatımız olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi var. Bu, elə bir məkandır ki, burada bütün dünya ölkələrini təmsil edən müxtəlif hökumət rəsmiləri və burada adətən bir masa ətrafında təmsil olunmayan ölkələrin nümayəndələri dostluq ab-havasında görüşmək üçün bir araya gəlirlər. Bizə göstərdiyiniz yüksək qonaqpərvərliyə, xoş münasibətə və dəstəyinizə görə Sizə səmimi qəlbdən təşəkkürümüzü bildiririk.
Xanımlar və cənablar, gəlin cənab Prezidenti alqışlayaq”.
Altıncı Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq altıncı dəfədir baş tutur və budəfəki Forumda beynəlxalq münasibətlərin gələcəyi, münaqişələrin qarşısının alınmasında dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması və digər mühüm məsələlər müzakirə edilir.
Qlobal Bakı Forumu artıq ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

