Prezident İlham Əliyev Ekvadorun xarici işlər nazirini qəbul edib
04.04.2018 [10:06]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Ekvador Respublikasının xarici işlər naziri xanım Maria Fernanda Espinosa Qarsesi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Maria Fernanda Espinosa Qarses Ekvador Respublikasının Prezidenti Lenin Morenonun salamlarını Prezident İlham Əliyevə çatdırıb və Bakıda keçirilən Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakından məmnunluğunu ifadə edib. Qonaq Azərbaycanın misli görünməmiş dərəcədə inkişafa nail olduğunu qeyd edərək, ölkəmizin beynəlxalq aləmdə çox mühüm bir mövqeyə malik olmasının önəmini vurğulayıb. O qeyd edib ki, Ekvador Azərbaycan ilə ikitərəfli münasibətləri möhkəmləndirməkdə maraqlıdır. İqtisadi əməkdaşlıqdan danışan Maria Fernanda Espinosa Qarses Ekvadorun da neft ixrac edən ölkə olduğunu vurğulayaraq bir çox sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Dövlətimizin başçısı Ekvador Respublikasının xarici işlər naziri Maria Fernanda Espinosa Qarsesin Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının önəmini qeyd edərək, bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzvlüyə səsvermə zamanı Ekvadorun ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Söhbət zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Ekvador Respublikasının Prezidenti Lenin Morenonun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Ekvador Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

