Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İnkişafı şərtləndirən pozitiv indikatorlar...

İnkişafı şərtləndirən pozitiv indikatorlar...

13.10.2009 [09:44]

Beynəlxalq maliyyə institutlarının Azərbaycanla bağlı 2010-cu ilə dair proqnozları yüksək iqtisadi artımın qeydə alınacağından xəbər verir
Məlum olduğu kimi, ötən ay Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının, eləcə də Dünya İqtisadi Forumunun açıqladığı hesabatlarda Azərbaycan iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətlərdən biri kimi qiymətləndirilib. Bu nüfuzlu təşkilatlar respublikamızı biznes mühitinin vəziyyəti, sahibkarlıq sektorunda rəqabət qabiliyyətinin təmin olunması, ticarət qaydalarının və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, tikinti üçün icazələrin verilməsi, əmlakın qeydiyyatının aparılması, investorların hüquq və maraqlarının qorunması, gömrük rəsmiləşdirilməsi və digər makroiqtisadi göstəricilər üzrə islahatçı ölkələr qrupuna aid edib.
Adıçəkilən beynəxalq maliyyə qurumlarından sonra digər nüfuzlu təşkilatların da dünya ölkələrinin 2010-cu ildə iqtisadi vəziyyətinə dair hesabatları, eyni zamanda proqnozları açıqlanıb. Bu günlərdə isə Asiya İnkişaf Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK), “Fitç İbka” reytinq agentliyi 2010-cu ildə dünya iqtisadiyyatının vəziyyətinə dair öz proqnozlarını bəyan edib. Həmin proqnozlarda, eləcə də qiymətləndirmələrdə Azərbaycan maliyyə və makroiqtisadi sabitlik, iqtisadi inkişaf və digər indikatorlar baxımından təqdir olunur. ümumilikdə, Azərbaycanın inkişaf etmiş ölkə statusuna malik olması qeyd olunan beynəlxalq təşkilatların rəylərində başlıca yer tutur, ölkəmizdə davam edən bu dinamik inkişafın 2010-cu ildə müşahidə ediləcəyinə əminlik ifadə olunur.
Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2010-cu ildə inkişaf dinamikasına görə Avropa miqyasında aparıcı dövlətlərdən biri Azərbaycan olacaq. BVF hesab edir ki, gələn il ölkəmizdə iqtisadi artım tempi 7,5 faiz olacaq. Fondun iqtisadçıları da hesab edirlər ki, 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsulun artım tempi 5 faizdən çox olacaq ki, bu da ümumilikdə Avropa iqtisadiyyatının inkişaf göstəricisindən 2-3 dəfə artıq deməkdir. BVF artım meyillərində qeyri-neft bölməsinin xüsusi çəkisinin yüksələcəyini güman edir. Belə ki, neft sektorundakı 10 faizlik artıma qarşı qeyri-neft sektorunda iqtisadi artım tempi 5-6 faiz arasında olacaq. BVF-nin proqnozlarına istinad etsək, ölkəmizdə gələn il qeyri-neft bölməsinin iqtisadiyyatda daha çox fəallaşan sahə olduğunu təsdiqləyə bilərik. Belə ki, əgər əvvəlki illərdə qeyri-neft sektoru ilə neft sektoru arasında inkişaf dinamikasının fərqi 4-5 dəfəyə bərabər olurdusa, gələn ildən bu fərq 2 dəfədən çox olmayacaq. Bu, neft sektorunun iqtisadiyyatda payının aşağı düşməsi tendensiyası demək deyil, qeyri-neft bölməsinin davamlı inkişafının yüksək həddə çatması deməkdir. Yəni neftdən kənar sahələrdən əldə olunan məhsul və milli gəlir bir neçə dəfə artaraq iqtisadiyyatda və üDM-də mühüm yer tutmağa başlayır. Bu isə respublikamızda perspektiv inkişaf baxımından əlverişli iqtisadi zəminin formalaşmasını şərtləndirmiş olur.
Onu da nəzərə almaq lazımdır ki, ölkəmizdə həyata keçirilən islahatlar çoxşaxəli olduğundan qeyri-neft bölmələri üçün daha geniş şəkildə artım meyillərinin yaranmasına səbəb olur. Yəni qeyri-neft sektoru birbaşa özəl bölmənin tabeçiliyində olduğundan bu sahələrin inkişafında dövlətlə yanaşı, onlar da maraqlıdırlar. Eləcə də, hökumətin yönəltdiyi sərmayələrin strukturunda qeyri-neft bölməsi daha böyük üstünlüyə malikdir. Son dövrlərdə iqtisadiyyatın diversifikasiyası ilə bağlı dərinləşən siyasət isə bu sektorun inkişafına daha geniş imkanlar açır.
Beynəlxalq Valyuta Fondu iqtisadi artımın ölkəmiz üçün perspektivlərinə toxunarkən, enerji resurslarının ixracını daha mühüm faktor kimi dəyərləndirir. Fondun mütəxəssislərinin qənaətinə görə, böhrandan sonra dünya iqtisadiyyatında müşahidə olunan canlanma enerji bazarına böyük təsir göstərəcək ki, bu da yanacaq resurslarının tədarükçüsü olan ölkələr, o cümlədən, Azərbaycan üçün mühüm fayda vermiş olacaq.
Digər bir nüfuzlu maliyyə institutu - Avropa Yenidənqurma və İnkişaf Bankı 2010-cu ildə respublikamızda inkişaf tempinin davamlılığına diqqət çəkərək makroiqtisadi sabitlik göstəriciləri üzrə yüksək nəticələr əldə edilməsini, maliyyə sabitliyinin və uzunmüddətli inkişaf strategiyasının təmin olunmasını hökumətin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurlarının təzahürü kimi dəyərləndirir. Onu da xatırladaq ki, AYİB gələn ilin əvvəllərində respublikamızla bağlı yeni əməkdaşlıq strategiyasını hazırlayacağını bəyan edib.
Bir neçə gün əvvəl dünyanın ən məşhur reytinq təşkilatı olan “Fitç İbka” agentliyinin 2010-cu ildə dünya ölkələrinin makroiqtisadi vəziyyəti və reytinq durumu ilə bağlı açıqladığı proqnoz göstəricilərində də ölkəmiz islahatçı dövlətlər qrupunda yer alıb. Bu qurum Azərbaycanda sabit maliyyə meyillərinin müşahidə olunduğunu qeyd edərək gələn il proqnozlaşdırılan inkişaf dinamikasının respublikamızın reytinqinin yüksəlməsi üçün əlverişli zəmin yaradacağını əmin edir. Qeyd edək ki, “Fitç İbka” 2009-cu ilə dair reytinq cədvəlində maliyyə böhranı ilə bağlı olaraq bir sıra dövlətlərin reytinq göstəricilərini aşağı salsa da ölkəmizlə bağlı yekun rəy müsbət olmuşdu. Avropanın bir neçə inkişaf etmiş ölkəsinin və Azərbaycanın reytinqi sabit saxlanılmışdı. “Fitç İbka”nın mütəxəssisləri hesab edirlər ki, gələn il ölkəmizdə maliyyə sabitliyi möhkəm olmaqla ümumilikdə makroiqtisadi vəziyyətə mühüm təsir göstərmiş olacaq. 2010-cu ildə Azərbaycanın xarici tərəfdaşları ilə ticarət münasibətləri aktiv şəkildə davam edəcək və respublikamızın tədiyyə balansı müsbət saldo ilə nəticələnəcək. Tədiyyə balansının müsbət saldosu ümumi Daxili Məhsulun 14 faiz nisbətində olacaq.
Asiya İnkişaf Bankı da Azərbaycanın iqtisadi perspektivləri ilə bağlı müsbət proqnozlarla çıxış edib. ümumilikdə, bütün beynəlxalq maliyyə təşkilatlarının yekun rəyi ölkəmiz barəsində bu qənaəti formalaşdırır: Azərbaycan islahatçı ölkə kimi iqtisadi-sosial proqramları davam etdirir. Makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernizasiyasının təmin olunmasına dəstək verən siyasətin dərinləşdirilməsi, inflyasiyanın aşağı salınması, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluq səviyyəsinin artırılması, çevik makroiqtisadi idarəetmənin həyata keçirilməsi hökumətin uğurlarını təmin edən başlıca elementlərdir.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1173 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31