Azərbaycan müxtəlif sahələrdə islahatları davam etdirəcək
20.10.2009 [02:39]
Azərbaycan hökumətinin makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, bölgələrdə infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin yaxşılaşdırılması, əhalinin ərzaq təminatının etibarlı şəkildə təmin edilməsi və rifah halının daha da yüksəldilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət öz mühüm nəticələrini göstərməkdədir. 2009-cu ilin ötən 9 ayı ərzində əldə olunmuş makroiqtisadi göstəricilər qeyd olunan dinamik inkişafın indikatorlarını şərtləndirmiş olur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar respublikamızın davamlı inkişafı üçün əhəmiyyətli baza yaradıb. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan öz iqtisadi siyasətini həyata keçirərkən daxili resurslarına əsaslanır və bu siyasət öz mühüm nəticələrini verməkdədir. Azərbaycan iqtisadiyyatı istənilən iqtisadi şəraitdə öz imkanlarını ortaya qoyur. Dünyanı cənginə almış maliyyə böhranı inkişaf etmiş dövlətlərin bütün iqtisadi sferalarında ciddi fəsadlar yaratmasına baxmayaraq respublikamızın iqtisadiyyatında bu cür meyillər müşahidə olunmayıb və hökumət çevik makroiqtisadi siyasəti dərinləşdirməklə iqtisadi prosesləri sürətləndirməyə, antiböhran tədbirlərini genişləndirməyə müvəffəq olub. 2009-cu ilin 9 ayı ərzində ümumi daxili məhsul 6,1 faiz artıb. Qeyri-neft sektorunda artım meyilləri daha çox nəzərə çarpır. Eyni zamanda, kənd təsərrüfatında iqtisadi artım 3 faiz təşkil edib ki, bu da hazırkı şəraitdə yüksək göstərici kimi qiymətləndirilə bilər.
2009-cu ildə uğurlu sosial siyasətin həyata keçirilməsi ötən aylarda əhalinin maddi rifah halının yaxşılaşmasına səbəb olub. Hökumət böhrana baxmayaraq, sosial problemlərin həlli və məşğulluğun artırılması üçün bütün lazımi tədbirləri görüb. Bunun nəticəsidir ki, ötən 9 ayda əhalinin pul gəlirləri 10 faiz artıb. Orta əməkhaqqı 15 faiz artıb və hazırda orta əməkhaqqı 370 dollar səviyyəsindədir. Əhalinin banklara qoyduğu əmanətlərin həcmi 11 faiz artıb ki, bu da maliyyə sabitliyinin və bank sisteminin dayanıqlılığı ilə bağlıdır. Mərkəzi Bankın həyata keçirdiyi monetar siyasət nəticəsində manatın məzənnəsi sabit vəziyyətdə saxlanılıb, digər ölkələrdən fərqli olaraq milli valyuta devalvasiyaya uğramayıb. Bu tendensiya manata olan inamı artırıb və vətəndaşların banklara əmanət qoymalarına müsbət təsir göstərib. Respublikamızın strateji valyuta ehtiyatları 19 milyard dollara çatıb. Onu da qeyd edək ki, ötən 9 ayda inflyasiya 2,1 faiz təşkil edib. Əhalinin 10 faizlik pul gəlirlərinin müqabilində istehlak qiymətləri indeksinin 2,1 faiz olması sosial baxımdan əhali üçün müsbət tendensiya kimi qeyd oluna bilər.
2009-cu ilin ötən 9 ayı ərzində artım tempinin müşahidə olunması gələn ilin makroiqtisadi vəziyyəti üçün də əlverişli iqtisadi zəmin yaradır. İqtisadi islahatların dərin xarakter alması və ölkə iqtisadiyyatının yüksək sürətli inkişafı üçün mühüm proqramların həyata keçirilməsi 2010-cu ildə artım meyillərinə baza yaradacaq. Hökumət gələn il sürətli inkişaf dinamikasının davamlı olması və respublikamızın dünya miqyasında qazanılmış nüfuz və mövqelərinin möhkəmlənməsi üçün kompleks tədbirlərə böyük diqqət ayıracaq. Dövlət başçısının vurğuladığı kimi, 2009-cu ildə nəzərdə tutulmuş bütün vəzifələrin uğurla icra olunması qarşıdakı il üçün əhəmiyyətli dərəcədə zəmin yaradır.
2010-cu ildə bütün sosial və iqtisadi sahələrdə kompleks tədbirlər həyata keçiriləcək. Prezident İlham Əliyev bəyan edib ki, pensiyaların artırılması, ünvanlı sosial yardım proqramının uğurla icra edilməsi, yoxsulluğun səviyyəsinin daha da aşağı salınması ilə bağlı tədbirlər qarşıdakı illərin başlıca istiqamətlərindən olacaq. ünvanlı sosial yardım proqramının icrasının həyata keçirilməsi davamlı xarakter daşıyacaq. Bu siyasət yoxsulluq şəraitində yaşayan vətəndaşların bütün problemləri həll edilənədək həyata keçiriləcək. Eyni zamanda, bölgələrdə infrastruktur layihələrinin həyata keçirilməsi əsas məsələlərdən olacaq. Yolların, su, qaz və elektrik xətlərinin, elektrik stansiyalarının, su anbarlarının tikintisinə qoyulan investisiyalar davam etdiriləcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, gələn il müxtəlif sahələrdə islahatların davam etdirilməsi gözlənilir: “Bu islahatlar həm bizim iqtisadi vəziyyətimizi yaxşılaşdıracaq, eyni zamanda, əhalinin sosial məsələlərinin həllinə də xidmət göstərəcəkdir. Apardığımız iqtisadi siyasətin xüsusiyyəti ondan ibarətdir ki, hətta ən ciddi islahatları biz elə aparırıq ki, insanlar bu islahatlardan əziyyət çəkməsinlər”.
Prezident İlham Əliyev bölgələrin inkişafına təkan vermək və layihələrin maliyyələşdirilməsində operativliyin təmin edilməsi məqsədilə kreditləşmənin müddətinin daha da tezləşdirilməsini tövsiyə edib. Hökumət özəl bölmənin iqtisadiyyatın lokomotivi olmasını nəzərə alaraq, 2010-cu ildə bu sahəyə dəstəyi həm artıracaq, həm də güzəştlər tətbiq edəcək, eyni zamanda, maliyyə resurslarının axınını çoxaldacaq. Dövlət başçısı Sahibkarlığa Kömək Milli Fondunda nəzərdə tutulan güzəştli kreditlərin verilməsinin ilin sonuna kimi deyil, ilk 6 ayda başa çatdırılmasını vacib hesab etdiyini bildirib. Artıq 2010-cu ildən etibarən kreditlərin ilin birinci yarısına kimi verilməsi nəzərdə tutulur. Bu strategiya yeni iqtisadi-sosial tədbir olmaqla bölgələrdə çalışan sahibkarların maliyyə vəziyyətini tam şəkildə yaxşılaşdırmaqla onların orta və iri layihələrin həyata keçirilməsinə marağını stimullaşdıracaq.
Belə ki, sahibkarlar ilk 6 ayda lazım olan maliyyə vəsaitləri ilə təmin olunduqdan sonra qarşıdakı aylar üçün də özlərinə maddi təminat yaratmış olacaqlar. Bu, onların növbəti ilin ilk günündən başlayaraq istehsal, emal, xidmət və digər sahələr üzrə fəaliyyətlərinə imkanlar açacaq. Beləliklə, özəl bölmənin payı iqtisadiyyatda daha da yüksələcək. Hazırda 85 faiz paya malik olan özəl sektorun rolunun artması iqtisadiyyatın diversifikasiyanın daha da dərinləşməsinə impuls verəcək. Bu siyasətin məntiqi nəticəsi olaraq iş yerlərinin sayı artacaq. Xatırladaq ki, 2003-cü ildən indiyədək Azərbaycanda 824 min yeni iş yerləri yaradılıb.
Azərbaycan hökuməti 2010-cu ildə fiskal siyasəti gücləndirərək makroiqtisadi sabitliyin təmin olunması, maliyyə və bank sektorunda likvidlik imkanlarının artırılması, qlobal risklərin iqtisadi aktivliyə və məşğulluğa neqativ təsirlərinin məhdudlaşdırılması, bank sistemi vasitəsilə real sektorun inkişafının dəstəklənməsi və digər prioritet məsələləri də diqqətdə saxlayacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

