Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-İsveçrə əlaqələri çoxşaxəlidir və müxtəlif sahələr üzrə irəliləyişlər var

Azərbaycan-İsveçrə əlaqələri çoxşaxəlidir və müxtəlif sahələr üzrə irəliləyişlər var

20.10.2009 [02:39]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrəyə rəsmi səfərə gedib
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrəyə rəsmi səfərə yola düşüb. Sürix şəhərinin beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı İsveçrənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
İsveçrədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Alain Berset ilə görüşüb.
Azərbaycan ilə əlaqələrin əhəmiyyətinə toxunan Alain Berset deyib ki, İsveçrə parlamentində Azərbaycan üzrə parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Bu qrupun fəaliyyəti əlaqələrimizin intensivləşdiyindən xəbər verir. Parlamentlərarası münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən Alain Berset hökumətlərarası və dövlətlərarası münasibətlərin də inkişaf etdiyini bildirib.
İsveçrədə keçirilən Azərbaycan Mədəniyyət Günlərinin əhəmiyyətinə toxunan Kantonlar Şurasının sədri deyib ki, bu cür tədbirlər bir-birimiz haqqında məlumatları genişləndirir.
Prezident İlham Əliyev deyib ki, əlaqələrimiz çoxşaxəlidir və müxtəlif sahələr üzrə irəliləyişlər var. Azərbaycan Milli Məclisində də İsveçrə üzrə dostluq qrupu fəaliyyət göstərir və ölkəmiz parlamentlərarası əlaqələrə böyük əhəmiyyət verir.
Dövlətimizin başçısı bildirib ki, hökumətlərarası münasibətlər yaxşı səviyyədədir. Keçən il İsveçrə Prezidentinin Azərbaycana, indi isə Azərbaycan Prezidentinin İsveçrəyə səfəri əlaqələrimizi daha da möhkəmləndirir. Son illərdə münasibətlərimizin inkişafında sürətli dinamika var ki, bu da hər iki tərəfin maraqlarına cavab verir. Azərbaycan Prezidenti iqtisadi münasibətlərin inkişaf etdiyini, bu sahədə qarşılıqlı maraqlar əsasında yeni layihələrin həyata keçirildiyini qeyd edib və ikitərəfli münasibətlərimizi yüksək qiymətləndirib.
Prezident İlham Əliyev İsveçrədə keçirilən Azərbaycan Mədəniyyət Günlərinin əhəmiyyətini qeyd edib və bildirib ki, ölkələrimiz haqqında məlumatlar daha da çox olmalıdır. Görüşdən sonra Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Dünən İsveçrədə rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Mertsin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Prezident Hans-Rudolf Merts bildirib ki, həm dövlət başçıları səviyyəsində, həm də digər səviyyələrdə intensiv əlaqələrimiz var. Parlamentlərarası qruplar əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir. İsveçrədə keçirilən Azərbaycan Mədəniyyət Günlərinin əhəmiyyətinə toxunan Hans-Rudolf Merts deyib ki, bu cür tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. İqtisadi sahədə əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdıran İsveçrə Prezidenti bildirib ki, energetika sahəsində əməkdaşlığımız genişlənir, qeyri-enerji sektorunda da layihələrimiz var. İsveçrə dövlətinin başçısı alternativ enerji sahəsində də əməkdaşlığın inkişafının əhəmiyyətinə toxunub, ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını bildirib. Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, onun İsveçrəyə rəsmi səfəri əlaqələrimizin genişlənməsinə xidmət edir. ölkələrimiz arasında iqtisadi əməkdaşlığın sürətlə inkişaf etdiyini, bu sahədə geniş potensialın olduğunu deyən Prezident İlham Əliyev güclü siyasi əlaqələrimizin mövcudluğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib ki, enerji sahəsində əməkdaşlığımız uğurla gedir, qeyri-enerji sahəsində yaxşı imkanlar var və bunu inkişaf etdirmək lazımdır. Prezident İlham Əliyev İsveçrədə Azərbaycan Mədəniyyət Günlərinin əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı ikitərəfli və regional məsələlərlə bağlı siyasi məsləhətləşmələrin bundan sonra da davam etdirilməsinin əhəmiyyətinə toxunub. Görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Merts rəsmi nahar ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Mertsin mətbuat konfransı olub. İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dünən Bern şəhər meriyasında olublar. Şəhərin meri Aleksander çeppet İsveçrənin paytaxtı Bernin tarixi və bu günü haqqında ətraflı məlumat verib. Bildirilib ki, Bern İsveçrənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayır. Meriyada Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim olunub. Azərbaycan Prezidenti və xanımı Bern şəhər meriyasının fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bern şəhərinin meri Aleksander çeppetin müşayiəti ilə şəhəri gəziblər. İsveçrə paytaxtının tarixi memarlıq abidələri ilə zəngin hissəsinə gələn Azərbaycan Prezidenti və xanımı “Münster” kilsəsində olublar. Bildirilib ki, XVI əsrdə inşa olunan bu tarixi abidə dövlət tərəfindən memarlıq incisi kimi qorunur. Bu, İsveçrədə mövcud olan ən böyük kilsələrdən biridir. Daha sonra Azərbaycan Prezidenti və xanımı Albert Eynşteynin ev-muzeyi ilə tanış olublar. ömrünün bir hissəsini bu mənzildə keçirən məşhur alim, nisbilik nəzəriyyəsinin banisi Eynşteynin şəxsi əşyaları burada etibarla qorunur. Şəhərlə tanışlıq zamanı dövlətimizin başçısı və xanımı paytaxtdakı saat qülləsinin önünə gəliblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada xatirə şəkli çəkdiriblər. Qüllə ilə tanışlıq zamanı bildirilib ki, Bernə xüsusi yaraşıq verən bu tarixi abidə XVI əsrin birinci yarısında inşa olunub. İsveçrə paytaxtına gələn turistlərin diqqətini daha çox çəkən bu tarixi məkan qədim Bernin rəmzlərindən biridir. Dünən İsveçrənin paytaxtı Berndə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, İsveçrə Prezidenti Hans-Rudolf Merts və xanımı iştirak ediblər.
Konsertdən sonra Azərbaycan Mədəniyyət Günlərinin açılışı münasibətilə qəbul təşkil edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, İsveçrə Prezidenti Hans-Rudolf Merts və xanımı qəbulda olublar.

Paylaş:
Baxılıb: 1082 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31