Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakıda İKT-nin gəncliyin inkişafında rolu üzrə I beynəlxalq konfrans keçirilir

Bakıda İKT-nin gəncliyin inkişafında rolu üzrə I beynəlxalq konfrans keçirilir

03.11.2009 [09:08]

Leyla Əliyeva: Bakı toplantısı açıq, faydalı müzakirələrin aparılması, rəqəmsal boşluqların doldurulması üçün gənclərə hər cür şərait yaradacaq
Dünən Bakıda “Hyatt-Regency-Naxçıvan” mehmanxanasında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) Azərbaycan Repubikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil etdiyi “Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil: İKT sahəsində gənclərin biliklərinin artırılması” mövzusunda I beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirdə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak edib.
Konfransa İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərdən və Avropa ölkələrindən yüzə yaxın gənc ekspert, o cümlədən informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində ixtisaslaşmış aparıcı şirkət, elmi institut və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.
İslam Konfransı Təşkilatı Gənclər Forumunun Baş katibi Elşad İskəndərov konfransı açaraq iştirakçıları salamlayıb və bildirib ki, beynəlxalq toplantının keçirilməsindən əsas məqsəd gənclərin bu sahəyə olan marağını artırmaq, İKT sahəsində təcrübə mübadiləsini genişləndirməkdir. Bildirilib ki, Avropada İKT sahəsində əldə edilmiş təcrübənin İslam Konfransı Təşkilatı ölkələrində fəaliyyət göstərən gənc iş adamlarına ötürülməsi baxımından yeni yaranan bir prosesin təməlini qoyacaq konfransda, yeni texnologiyaların tətbiqi və gənclərin informasiya-kommunikasiya sektorunun inkişafında rolu müzakirə olunacaq. Bundan başqa, iştirakçılar tərəfindən əsasən gənclərin informasiya-kommunikasiya sektorunun formalaşmasına dair yaradıcı yanaşmalarının müzakirə ediləcəyi, onlayn gənc sahibkarlıq və marketinq mövzusunda məruzələrin dinləniləcəyi nəzərdə tutulur. Tədbir iştirakçıları tərəfindən İKT sahəsinin formalaşmasında dövlət və özəl sektorun, eləcə də universitetlərin fəaliyyəti barədə fikir mübadiləsinin aparılması da nəzərdə tutulur.
Azərbaycanın dövlət başçısı İlham Əliye
vin prioritet sahələrdən elan etdiyi informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə mühüm addımların atıldığını qeyd edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, son zamanlar İslam Konfransı Təşkilatı ölkələrində yeni texnologiyaların tətbiqi üzrə böyük hərəkat, canlanma müşahidə olunur. Belə bir hərəkatın davamlı və dayanaqlı olması üçün gənclərin fəallığı çox vacibdir. Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafında böyük mərkəzə çevrilib. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən qlobal əhəmiyyətli tədbirlər xüsusi vurğulanmalıdır. Konfransın Bakıda keçirilməsinin təsadüfi olmadığını qeyd edən nazir, Azərbaycanda İKT sahəsində çoxsaylı layihələrin həyata keçirildiyini xatırladıb, ölkəmizin yeni “Transmilli super informasiya magistralı” layihəsini həyata keçirməyə hazırlaşdığını diqqətə çatdırıb.
BMT-nin İnkişaf Proqramının xüsusi müşaviri Şəid Hüseyn, “Türk-Telekom”un icraçı direkroru Paul Doani çıxışlarında İKT-nin təhsilin inkişafındakı rolundan bəhs ediblər. Qeyd olunub ki, gələcək təhsili kompyutersiz və internetsiz təsəvvür etmək mümkün deyildir.
çıxışlarda internet resurslarından səmərəli istifadə üçün gənclərin arzu və istəklərinə uyğun təhsil proqramlarının işlənməsinin vacibliyi vurğulanıb. Gənclər və idman naziri Azad Rəhimov ölkədə gənclər arasında həyata keçirilən dövlət proqram və layihələrinin əhəmiyyətindən danışıb. O, gənclərlə iş sahəsində müasir İKT-dən səmərəli istifadənin əhəmiyyətini xüsusi vurğulayıb.
Qətərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, gənclərlə bağlı xüsusi layihənin rəhbəri Məhəmməd Abdul Rəhman əl-Thani yaxşı yaşayış üçün iqtisadi inkişafın zəruriliyini vurğulayıb. Qeyd edib ki, bunun üçün faydalı təşəbbüslərin irəli sürülməsi əsas şərtdir. Bu gün dünyadakı müsəlmanların 65 faizinin 35 yaşınadək gənclərdən ibarət olduğunu bildirən natiq, inkişaf üçün onlara İKT sahəsində dəstək verilməsinin vacibliyini qeyd edib.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Bakı toplantısının açıq, faydalı müzakirələrin aparılması, rəqəmsal boşluqların doldurulması üçün gənclərə hər cür şərait yaradacağını bildirib. O, öz çıxışında müasir qloballaşan dünyada müxtəlif ölkələrdən olan gənclərin bu sahədə təcrübə və biliklərinin mübadiləsinin vacibliyini qeyd edib və Bakıda keçirilən tədbirin bu prosesə səmərəli töhfə verəcəyinə ümid etdiyini söyləyib. İslamda elmə, zəkaya verilən böyük önəmdən danışan Leyla Əliyeva əmin olduğunu bildirib ki, konfrans ərzində gənclərin aparacağı səmərəli müzakirələr vacib məsələlərin həlli yollarını tapmağa kömək edəcəkdir. Bu gün informasiya-kommunikasiya texnologiyalarının daha sürətlə inkişaf etdiyini vurğulayan natiq, gəncliyin bu texnologiyanın öyrənilməsində maraqlı olduğunu qeyd edib. Leyla Əliyeva bu toplantının daha bir mühüm əhəmiyyətini dünyanın müxtəlif ölkələrindən olan gənclərin bir araya gəlməsi ilə əlaqələndirib. Vurğulayıb ki, rəqəmsal boşluqların aradan qaldırılması sivilizasiyaların inkişafına xidmət edəcək.
Leyla Əliyeva onun təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” kampaniyasından danışarkən belə təşəbbüslərin dünyadakı ədalətsizliyi aradan qaldırmaqla, bəşəriyyətə sülh, əmin-amanlıq gətirdiyini vurğulayaraq deyib: “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik. ümid edirəm ki, bu konfrans yeni mərhələnin başlanğıcı olacaqdır. İş birliyimiz nəzərdə tutulan bütün məqsədlərimizə nail olmağımıza yardım göstərəcəkdir. Başlıcası bir-birimizə inanmağımızdır. İdeyalarımızı açıq şəkildə müzakirə etməyimiz olduqca vacib məsələdir. Əminəm ki, müzakirələr məsələlərin həllinə və müsbət nəticələrə gətirib çıxaracaqdır”.
Toplantının açılış mərasimindən sonra Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən gənclər proqramlarının inkişafındakı müstəsna xidmətlərinə, İKT üzvü olan ölkələr və müxtəlif mədəniyyətləri təmsil edən gənclər arasında dialoqun yaradılmasına verdiyi dəyərli töhfələrə görə Leyla Əliyevaya təşkilatın yüksək mükafatı təqdim edilib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova, gənclər və idman naziri Azad Rəhimova, “Türk-Telekom”un icraçı direktoru Paul Doaniyə və BMT-nin İnkişaf Proqramının xüsusi müşaviri Şəid Hüseynə də İslam Konfransı Təşkilatı Gənclər Forumunun xüsusi mükafatları təqdim olunub.
Geniş müzakirə və təqdimatlarla işini davam etdirən konfransa Albaniyanın Təhsil Nazirliyinin nümayəndəsi Hidayət Kopani sədrlik edib.
İslam Konfransı Təşkilatı Gənclər Forumunun Baş katibi Elşad İskəndərovun sədrliyi ilə keçən konfransın növbəti bölmə iclasında “Beynəlxalq kampaniyaların inkişafında gənclər və informasiya texnologiyalarının rolu” mövzusunda təqdimatlar keçirilib. Banqladeşin Proqram və İnformasiya Xidmətləri Assosiasiyasının prezidenti Həbibulla N.Kərim, Qlobal Gənc Yaşıllar Hazırlıq Komitəsinin əlaqələndiricisi Sanka çandima, Niderlanddan olan müstəqil jurnalist Qert Van Dam, Montana Universitetinin professoru Tomas Qoltz İKT-nin beynəlxalq kampaniyaların təşkili və keçirilməsində rolunu xüsusi vurğulayıblar. İclasda bu ilin fevralında DƏİKGF-in mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” kampaniyasının təqdimatı keçirilib. Bu iclasda kampaniya üzrə dünyanın 20-dən çox ölkəsindən gəlmiş milli əlaqələndirici iştirak edib.
Qeyd edək ki, iki gün davam edəcək toplantıda “İKT sahəsində gəncliyin inkişafı” üzrə Bakı bəyannaməsi qəbul olunacaq. Tövsiyə xarakterli sənəd Qara dəniz Hövzəsi ölkələri və İslam Konfransı Təşkilatı ölkələri nazirlərinin toplantısına göndəriləcək.

Paylaş:
Baxılıb: 1110 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31