Dünyada davam edən böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir
21.11.2009 [08:51]
AzərTAc-ın məlumatına görə, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonuna gəlib. Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. ölkəmizin iqtisadi potensialı artdıqca regionlarımız da abadlaşır, hərtərəfli tərəqqi dövrünə qədəm qoyur. Bu inkişaf və tərəqqi Goranboyun simasında da hiss olunur. Rayonda tikinti-quruculuq işlərinin həcmi genişlənmişdir. 2009-2013-cü illərdə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yaşayış məntəqələrində bu sahədə işlərin aparılmasına daha çox diqqət ayrılıb. Son illərdə Goranboyun iqtisadiyyatında ciddi artım əldə olunub.
Şəhərin bütün küçələrinə asfalt örtüyü salınıb, kəndlərarası yollar təmir edilib. Rayonda sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması daim diqqətdə saxlanılıb. Bu ilin 9 ayında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. Həmin müddətdə rayonda ümumi məhsul buraxılışı 5,7 milyon manat artaraq 112 milyon manata, adambaşına düşən gəlirlər isə 1157 manata çatıb. Orta aylıq əmək haqqı 185 manatdan çox, adambaşına düşən gəlirlər isə 1164 manat olub. Rayonda səhiyyə və təhsil sektorunun inkişafı diqqətdə saxlanılıb, müasir məktəb binaları və tibb ocaqları tikilib. Bu işlər uğurla davam etdirilir. Prezident İlham Əliyev şəhərin mərkəzində salınmış Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Dövlətimizin başçısı parkı gəzib, görülmüş abadlıq işləri ilə tanış olub. Burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüş olub.
Prezident İlham Əliyev Goranboydakı Heydər Əliyev Parkında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edərək deyib ki, Azərbaycanın bütün regionlarında inkişaf var, bütün regionlarda quruculuq, abadlıq işləri aparılır: “Mən istəyirəm ki, hər yerdə görülən bütün işlər yüksək səviyyədə olsun. çünki Azərbaycanın bugünkü inkişaf dinamikasını biz yaxşı bilirik. Dünyada da bunu bilirlər. Dünyada gedən proseslər də bizə bəllidir. Hətta dünya miqyasında ən ağır il olan 2009-cu ildə də Azərbaycan uğurla inkişaf edir. Demək olar ki, hər həftə Azərbaycanda hansısa çox önəmli bir məsələ öz həllini tapır”.
Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, dünyada davam edən böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir, Azərbaycanda bütün planlar yerinə yetirilir və ölkəmiz uğurlu inkişafını davam etdirir: “Bu inkişafı uzunmüddətli etmək üçün bütün regionlarda işlər sürətlə getməlidir. Regionların inkişafı əsas prioritet məsələdir. 2004-cü ildə qəbul edilmiş və uğurla icra olunmuş “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bu gün yeni mərhələyə başlayır. 2009-2013-cü illərdə bütün əsas problemlər öz həllini tapmalıdır. Bunlar infrastruktur layihələridir - yollar, elektrik stansiyaları, qaz xətləridir. Dünən “İpək yolu”nun bir hissəsi istifadəyə verildi. Mən Ucar-Yevlax yolunun açılışında iştirak etmişəm. Bu yol Gəncəyə, Gəncədən də sərhədə qədər davam edir”.
Goranboy Rayon Ağsaqqallar Şurasının sədri Məzahir Zeynalov çıxış edərək söyləyib ki, Azərbaycan inkişaf səviyyəsinə görə artıq lider ölkəyə çevrilib: “Cənab Prezident, Siz ümumxalq hörməti qazanmısınız. ümumxalq hörmətini, məhəbbətini qazanmaq isə insana verilən ən uca qiymətdir. Arzu edirəm ki, həmişə ucalardan uca olasınız”.
Prezident İlham Əliyev rayon ictimaiyyəti ilə xatirə şəkli çəkdirdikdən sonra regionların sosial iqtisadi inkişafına dövlətin bundan sonra dəstək verəcəyini bildirib.
Dövlətimizin başçısına məlumat verilib ki, yeni qəsəbədə Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi yerləşdiriləcək. Qəsəbə Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı Sərəncamla təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq salınıb. Qəsəbənin tikintisinə bu ilin iyununda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə başlanıb. Qısa müddətə tikilmiş qəsəbə üçün 120 hektar ərazi ayrılıb. Evlərin ümumi sahəsi isə 30.800, yaşayış sahəsi isə 19.445 kvadratmetrdən çoxdur. Evlərin 89-u bir, 275-i iki, 200-ü üç, 32-si isə dördotaqlıdır. Qəsəbədə bütün zəruri infrastruktur yaradılıb. Bura uşaq bağçası, ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar daxildir. Qəsəbədə fərdi elektrik stansiyası tikilib, bütün evlər təbii qazla təchiz olunub. Dövlətimizin başçısı qəsəbədə Kəlbəcər incəsənət ustalarının və Kəlbəcər aşıqlarının çıxışlarına baxıb. Prezident İlham Əliyev qəsəbənin baş planı ilə tanış olub.
Prezident İlham Əliyev məktəblə tanışlıqdan sonra Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edərək deyib ki, 2004-cü ildə məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı qəbul edilib və icra olunur: “Proqram demək olar ki, tam şəkildə həyata keçirildi və 2007-ci ildə biz Proqrama əlavələr etdik. Bax bugünkü bu gözəl qəsəbə bu əlavələr hesabına yaradıldı. Bu, birinci qəsəbə deyildir. Artıq ölkəmizin müxtəlif yerlərində belə gözəl qəsəbələr tikilibdir. Xüsusilə Ağdam və Füzuli rayonlarının işğaldan azad edilmiş ərazilərində böyük qəsəbələr tikilib. Ağdam və Füzuli rayonlarının əhalisinin demək olar ki, 50 faizdən çoxu artıq o yerlərdə yerləşibdir. Düzdür, onların kəndləri deyildir, amma öz rayonlarının ərazilərində yaşayırlar. Bakıda böyük işlər görülür. Bu həftənin əvvəlində Bakıda doqquzmərtəbəli altı binanın açılışında iştirak edirdik. Orada da 400-ə yaxın ailə yaxşı şəraitlə təmin edildi”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı İlham Əliyev söyləyib ki, həm danışıqlar prosesində gedən işlər, həm iqtisadi imkanlarımızın gücləndirilməsi, ordu quruculuğunda aparılan işlər Azərbaycanı gücləndirir: “Biz güclü olmasaq, Dağlıq Qarabağ məsələsini həll edə bilmərik. çünki beynəlxalq müdaxilələr heç bir nəticə vermir. Əslində, bu müdaxilələr ancaq siyasi xarakter daşıyır. Bu həftənin əvvəlində mən qeyd etdim ki, bəzən başqa yerlərdə, başqa ölkələrdə işğalçı beynəlxalq qüvvələr tərəfindən dərhal yerinə oturdulur. Biz bu hadisələri tarixdən görmüşük. Ancaq Azərbaycan torpaqları işğal altına düşəndə beynəlxalq birlik bu qətiyyəti nümayiş etdirmədi. Ona görə, biz öz gücümüzə arxalanmalıyıq, güclü olmalıyıq ki, məsələni ədalətli, Azərbaycanın milli maraqlarına uyğun və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edək. Mən şübhə etmirəm ki, buna nail olacağıq. Biz bütün səylərimizi səfərbər etmişik, həm siyasi müstəvidə, həm beynəlxalq təşkilatlarda, həm iqtisadi sahədə. Biz ordu quruculuğu sahəsində böyük uğurlar əldə etmişik. Bu, yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Artıq danışıqlar prosesində müsbət dəyişikliklər vardır. Ancaq Ermənistan tərəfi son addımı atmalıdır. O da ondan ibarətdir ki, qoşunlarını işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxarmalıdır. Belə olmasa, bölgədə vəziyyət gərginləşə bilər”.
Kəlbəcər rayonundan olan məcburi köçkün müəllimə Şəbnəm Quliyeva dövlətimizin başçısına qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Dövlətimizin başçısına məlumat verilib ki, bu istehsal sahəsi Yevlax “Lalə-Tekstil” MMC-nin filialıdır. Müəssisənin tikintisinə bu ilin əvvəlində başlanılıb. İstehsal sahəsinin ümumi ərazisi 3,5 hektardır. Burada əsasən yataq dəstləri istehsal olunur. Müəssisənin aylıq istehsal gücü 3000-3500, günlük istehsal gücü isə 500-600 dəstdir. Xammal Türkiyədən alınır. Hazırda məhsullar ölkə daxilində satılmaqla yanaşı, xaricə də ixrac olunur. Müəssisədə quraşdırılan tikiş maşınları ən son texnologiya ilə hazırlanan Almaniya və Yaponiya istehsalıdır. Müəssisədə yüksək keyfiyyətli məhsul istehsalı üçün bütün şərait var. Prezidentə məlumat verilib ki, müəssisənin işi ikinövbəlidir. Hazırda filialda 200 nəfər işlə təmin olunub. İşçilərin istirahəti diqqətdə saxlanılır, onlar iş vaxtı pulsuz yeməklə təmin olunurlar. Tikişçilərin orta aylıq əmək haqqı 300 manatdır. Gələcəkdə işçilərin sayının artırılması nəzərdə tutulur. Burada hazır məhsulların saxlanılması üçün anbar da var. Ərazisi 200 kvadratmetr olan sex 24 saat su, işıq və istiliklə təmin edilib.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, gələcəkdə MMC-nin yeni istehsal sahəsi işə düşəcək. Bunun sayəsində 5 mindən çox yeni iş yeri açılacaq.
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

