"Qadınlara qarşı zorakılığa yox deyək!"
03.12.2009 [09:49]
Dünən Milli Məclisdə Avropa Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dinləmələr keçirildi. Dinləmələrdə Daxili İşlər, Ədliyyə nazirlikləri, Baş Prokurorluq, beynəlxalq təşkilatlar və QHT-lərin təmsilçiləri, ombudsman Elmira Süleymanova iştirak edirdi.
Milli Məclis sədrinin müavini Bahar Muradova bildirdi ki, qadınlara qarşı zorakılıq dünyanın ən aktual problemlərindəndir. Artıq neçə illərdir QHT-lər, hökumətlər, eləcə də, beynəlxalq təşkilatlar bu problemin həlli yollarını müzakirə edirlər. Azərbaycan isə 2006-cı ildə Avropa Şurasının qadınlara qarşı zorakılığın qarşısının alınması kampaniyasına rəsmən qoşulub. Amma bundan əvvəl də ölkədə bu problemə qarşı mübarizə aparılıb, qanunvericilikdə ailə-məişət zorakılığının aradan qaldırılmasına dair müddəalar var.
B.Muradova “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanun layihəsinin də yaxın bir il müddətində Milli Məclisdə qəbul ediləcəyini bildirdi. Onun sözlərinə görə, qanun layihəsinin qəbul olunması üçün siyasi partiyaların, hüquq-mühafizə orqanlarının da parlamentə dəstək verməsi vacibdir: “Hazırkı Milli Məclisin səlahiyyətlərinin bitməsinə 1 il qalır. üzərimizə düşən vəzifələrdən biri də bu qanunun qəbul edilməsidir”.
Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek qeyd etdi ki, qadınlara qarşı zorakılıq bütün ölkələrdə mövcuddur. Bunun olmadığını demək problemə göz yummaq, özünü aldatmaq deməkdir. V.Kotek əlavə etdi ki, Avropa Şurası bu problemin aradan qaldırılmasında Azərbaycana dəstək verməyə hazırdır. Onun sözlərinə görə, Avropa Şurası qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair konvensiya da hazırlayır. Hazırda ekspertlər konvensiya layihəsi üzərində işi yekunlaşdırmaq üzrədirlər. Gələn il bu konvensiyanın qəbul ediləcəyi gözlənilir. V.Kotek bildirdi ki, Azərbaycanda da “Məişət zorakılığına qarşı mübarizə haqqında” Qanunun qəbulu bu problemin həlli üçün yaxşı qanunvericilik bazası ola bilər.
YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Heravart isə bildirdi ki, BMT bir neçə il əvvəl qadınlara qarşı zorakılığın əleyhinə kampaniyaya başlayıb. BMT-yə üzv ölkələr 2015-ci ilə qədər bu problemlə bağlı qanunvericilik bazası yaratmalı, maarifləndirmə işləri aparmalı və problemin həlli üçün proqram hazırlamalıdır. BMT təmsilçisinin fikrincə, bu problemin həllində ən yaxşı yol cəmiyyətin maariflənməsidir. M.Heravart onu da bildirdi ki, BMT son zamanlar Azərbaycanın Ailə və Əmək məcəllələrinə edilən dəyişiklikləri dəstəkləyir.
ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel də təmsil etdiyi təşkilatın qadınlara qarşı zorakılığın aradan qaldırılması ilə yaxından maraqlandığını bildirdi. Onun verdiyi məlumata görə, artıq dünyanın 60 ölkəsi məişət zorakılığının aradan qaldırılması üçün qanunvericilik bazası yaradıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da “Məişət zorakılığına qarşı mübarizə haqqında” Qanunun qəbulunun vacib olduğunu bildirdi. Onun sözlərinə görə, qanun layihəsinin məqsədi uşaq, qadın və ahıllara qarşı zorakılığın bütün növlərinin qarşısını almaqdır. “Məişət zorakılığı qanun pozuntusudur və bu, qanunvericilikdə əks olunmalıdır. Qanun qəbul edilərsə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində belə zorakılıq edənlərə qarşı sanksiyalar nəzərdə tutulmalıdır” - deyə komitə sədri vurğuladı. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin 2008-ci ildə keçirilən sorğuya görə, əhalinin 77 faizi cəmiyyətdə daha çox qadınların və uşaqların zorakılığa məruz qaldığı fikrindədir.
Daxili işlər nazirinin müavini Oruc Zalov bildirdi ki, 2007-ci ilin əvvəlindən 2009-cu ilin oktyabrınadək olan müddətdə Azərbaycanda qadınlara qarşı 17 min 354 cinayət hadisəsi qeydə alınıb. Qadınlara qarşı baş vermiş cinayətlərin 11 min 389-u şəxsiyyət əleyhinə olub. Şəxsiyyət əleyhinə olan cinayətlərdən 7 min 974-ü döymə, 1865-i qəsdən sağlamlığa zərərvurma, 388-i 16 yaşına çatmayanların cinsi əlaqəyə cəlb edilməsi olub. Nazir müavini dedi ki, sonuncu hal daha çox ölkənin cənub bölgəsində üstünlük təşkil edib. O.Zalov əlavə etdi ki, hesabat dövründə qadınlara qarşı 92 zorlama, 54 işgəncə faktı qeydə alınıb. Baş verən cinayətlərin 20 faizi qısqanclıq zəmində olub. Bu cinayətlərdən 45-i qadınların ölümü ilə nəticələnib, o cümlədən, 4 azyaşlı qız ölüb. Nazir müavini qadınlara qarşı baş verən cinayətlərin 90-95 faizinin üstünün açıldığını da söylədi. O.Zalov Daxili İşlər Nazirliyində qadınlara qarşı zorakılığın qarşısının alınması üzrə tədbirlər planı hazırlandığını bildirdi. O qeyd etdi ki, nazirlikdə yaradılan “102” xidmətinə hər gün 1500-2000 zəng daxil olur. Daxil olan zənglərin 30-40 faizi qadınlar tərəfindən edilir. Nazir müavini qadınlara qarşı zorakılıq sahəsinə xüsusi polis nəzarətinin olduğunu bildirdi. Onun sözlərinə görə, hesabat dövründə məişət zorakılığı ilə mübarizədə səhlənkarlıq edən xeyli polis əməkdaşı cəzalandırılıb. “ümumilikdə adambaşına düşən cinayətlərin sayına görə, Azərbaycan MDB məkanında ən yaxşı göstəricilərdən birinə sahibdir. Azərbaycanda hazırda hər 100 min əhaliyə 200-216 cinayət hadisəsi düşür. Rusiyada bu rəqəm 1600, Ukraynada 800-dən artıqdır”.
Baş prokurorun müavini Namiq Əsgərov isə dedi ki, Azərbaycanda qadınlar daha çox insan alveri və narkotik maddələrin alveri ilə bağlı cinayətlərdə təqsirli bilinirlər. Onun sözlərinə görə, ümumilikdə 2008-ci ildə qadınlar tərəfindən törədilən cinayətlərin sayı 2197 olub. Bu ilin 10 ayında isə qadınlar tərəfindən 1789 cinayət törədilib. Baş prokurorun müavini onu da bildirdi ki, Azərbaycanda qadınlara qarşı zorakılıq faktı ilə bağlı ölüm halları müşahidə edilir. 2008-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılıq faktı ilə bağlı 14 ölüm hadisəsi baş verib. Bu ilin 10 ayı ərzində isə bu rəqəm 16 olub. Qadınlara qarşı ötən il 1657, bu ilin 10 ayı ərzində isə 1312 xəsarət faktı qeydə alınıb. Baş prokurorun müavini dedi ki, 2008-də qadınların iradəsinin ziddinə olaraq oğurlanması üzrə 18, bu ilin ötən dövrü ərzində isə 15 belə fakt baş verib.
Dinləmələrin sonunda qadınlara qarşı zorakılığı pisləyən bəyanat qəbul edildi.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

