Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini qəbul edib
13.06.2019 [09:40]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisinin yüksək səviyyədə təşkil olunmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirib və 50-dən artıq ölkənin, eləcə də özəl və ictimai sektorun nümayəndələrinin burada bir araya gəlməsini tədbirlərin önəminin göstəricisi kimi dəyərləndirib. Qonaq Bakının mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini vurğulayaraq, ölkəmizdə göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirib. Kunio Mikuriya, eyni zamanda, Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa regionu üzrə rəhbər seçilməsi münasibətilə təbriklərini çatdırıb və qeyd edib ki, Azərbaycan bu sahədə təkcə gələcəkdə Avropada deyil, daha geniş məkanda mühüm rol oynaya bilər. O, ölkəmizin informasiya texnologiyaları sahəsində uğurlu beynəlxalq əməkdaşlıq həyata keçirdiyini qeyd edib.
Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisinin önəminə toxunaraq, paytaxtımızda mühüm beynəlxalq tədbirlərin keçirilməsinin artıq ənənə xarakteri daşıdığını qeyd edib və bunun ölkəmizin inkişafına öz töhfəsini verdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanda informasiya texnologiyaları sahəsinin sürətlə inkişaf etdiyini, buraya böyük investisiyaların qoyulduğunu və bu sahənin geniş potensiala malik olduğunu vurğulayıb.
Görüşdə ölkəmizin Ümumdünya Gömrük Təşkilatı ilə uğurlu əməkdaşlıq həyata keçirdiyi bildirilib, əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

