Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 2009-cu il Azərbaycanın idman şöhrətinin ucaldılması işində çox mühüm il olub

2009-cu il Azərbaycanın idman şöhrətinin ucaldılması işində çox mühüm il olub

26.12.2009 [10:08]

Prezident İlham Əliyev: Azərbaycanda dövlət tərəfindən idmana göstərilən qayğı çox yüksək səviyyədədir
Dünən Milli Olimpiya Komitəsi (MOK) 2009-cu ilə yekun vurub, idmançılara, məşqçilərə və idman veteranlarına, mütəxəssislərinə mükafatlar təqdim olunub.
AzərTAc-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı əvvəlcə MOK-un inzibati binasının foyesində Azərbaycanın idman həyatına, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrə, ölkəmizdə idmana dövlət qayğısına həsr olunmuş sərgiyə baxıb.
Sonra mərasim keçirilib. MOK-un İcraiyyə Komitəsinin iclas salonuna toplaşanlar dövlətimizin başçısını alqışlarla qarşılayıblar. Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, 2009-cu ildə idmançılarımız çox gözəl nəticələr göstəriblər: “Bütün beynəlxalq yarışlarda 600-dən çox medal qazanılmışdır ki, onların təxminən yarısı qızıl medallardır. Dörd idmançımız Olimpiya idman növləri üzrə dünya çempionatlarında birinci yerləri tuta bilmişlər. Bu da çox böyük göstəricidir. Bizim güləş komandamız dünya çempionatında, dünya miqyasında komanda hesabı ilə birinci olmuşdur. Bu da tarixi qələbədir və böyük nailiyyətdir. Nəzərə alsaq ki, dünyada güləş çox populyar idman növüdür və yarışlarda 100-dən artıq ölkəni təmsil edən idmançılar iştirak edirlər, bu, həqiqətən də böyük və tarixi qələbədir. Gənc şahmatçılarımız Avropa çempionatında birinci yeri tuta bilmişlər. Bu, Azərbaycanın intellektual potensialını göstərir və o da çox əlamətdar haldır ki, şahmatçılarımızın hamısı gənclərdir. Onlar vətəndaş və idmançı kimi müstəqillik dövründə formalaşıblar. Digər idman növlərində - avarçəkmədə tarixi qələbələr qazanılmışdır. İlk dəfə olaraq Azərbaycanda avarçəkmə idman növü üzrə dünya çempionumuz vardır və bu idman növünün Azərbaycanda inkişafı üçün çox böyük işlər görülür. Kür Beynəlxalq Olimpiya Bazası tikilməkdədir və yəqin ki, biz gələn il o böyük, nəhəng obyektin açılışında iştirak edəcəyik”.
Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan idmançılarının uğurlarına diqqət çəkərək vurğulayıb ki, idman Azərbaycanda ənənəvi olaraq diqqət mərkəzindədir: “Eyni zamanda, Azərbaycanda idman həyatımızın ayrılmaz hissəsidir, ictimai həyatın önəmli amilidir. Əminəm ki, gələcək illərdə idmana, idmançılara daim diqqət və qayğı göstəriləcəkdir. Həm dövlət tərəfindən, həm də idman cəmiyyətləri, klublar, federasiyalar tərəfindən. Azərbaycanda bütün idman qurumları öz fəaliyyətlərini əlaqəli şəkildə qurublar və hesab edirəm ki, uğurlarımızın əsas səbəbi məhz ondadır”.
“2009-cu il Azərbaycanın idman şöhrətinin ucaldılması işində çox mühüm il olmuşdur”, - deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 2009-cu ildə gənclərimiz də bizi sevindiriblər: “Mən xüsusilə gənc cüdoçularımızı qeyd etmək istəyirəm. Onlar çox ağır psixoloji şəraitdə cüdo üzrə Avropa çempionatından Vətənə böyük qələbə ilə qayıtmışlar. Xüsusilə nəzərə alsaq ki, bu yarış İrəvanda keçirilirdi, əlbəttə, başa düşmək çətin deyil ki, idmançılarımızın çiyinlərinə böyük və məsuliyyətli yük düşmüşdü. O, adi yarış deyildi, Azərbaycan idmançıları ilk dəfə olaraq Ermənistanda yarışlarda iştirak edirdilər və çox uğurla iştirak etdilər. Azərbaycan Avropa çempionatında 5 idmançı ilə iştirak edirdi və beşi də Vətənə medal gətirdi, beşi də Azərbaycanın dövlət bayrağını İrəvanda ucaltdı. Eyni zamanda, bir dəfə Azərbaycanın dövlət himni İrəvanda səsləndi. Bu, böyük qəhrəmanlıqdır, böyük tarixi nailiyyətdir. Bu Azərbaycan idmanının, Azərbaycan gəncliyinin, Azərbaycan dövlətinin zəfəri, təntənəsi idi. Bu, onu göstərir ki, Azərbaycanda idmanın inkişafı çox düşünülmüş qaydada davam etdirilir. Həm böyüklər arasında çıxış edən idmançılar öz peşəkarlığını artırırlar və həm də uğurlarımızın ildən-ilə sayı artır. Eyni zamanda, Azərbaycanda çox güclü və peşəkar gənc nəsil yetişir. Gənclər arasında müxtəlif beynəlxalq yarışlarda idmançılarımız böyük qələbələr qazanırlar. Bu, onu göstərir ki, Azərbaycanda idmanın inkişafı və təlim-məşq toplanışları, bütün idmanın inkişafı ilə bağlı məsələlər düzgün istiqamətdə inkişaf edir. Əgər belə olmasaydı, gənclər arasında uğurlarımız o qədər böyük olmazdı. Bununla bərabər, Azərbaycanda veteran idmançılara çox böyük qayğı göstərilir. İdmançı bilir ki, əgər idmanla məşğul olan zaman böyük nəticələr əldə etsə, gələcəkdə o, veteran kimi də dövlət tərəfindən həmişə qayğı və diqqətlə əhatə olunacaqdır. Bu da çox önəmlidir. çünki idmançılarn idman həyatı o qədər də uzun deyildir. Onlar öz bacarıqlarını, öz imkanlarını Azərbaycanın idman şöhrətinin qaldırılmasına yönəldirlər və artıq idmandan gedəndən sonra da biz onlara daim qayğı göstərməliyik.
Mən bu gün qaliblərimizi qeyd etdim, gəncləri qeyd etdim, veteranları da qeyd etmək istəyirəm. Bu il, eyni zamanda, bizim görkəmli idmançımız Namiq Abdullayevin idmanla vidalaşma ili olmuşdur. İdmançı kimi onun Azərbaycanın idman şöhrətinə verdiyi töhfələr çox dəyərlidir, çox əzizdir.
Biz hamımız xatırlayırıq ki, Sidney Olimpiya oyunlarında Namiq və Zemfira Azərbaycana iki qızıl medal gətirmişdilər. O vaxt və hətta bu gün Olimpiya oyunlarında iki qızıl medal qazanmaq böyük qələbədir. özü də xüsusilə o illərdə ki, hələ Azərbaycanda idmanın inkişafı, əsaslı inkişafı demək olar, ibtidai vəziyyətdə idi. O qələbələr Azərbaycanın idman imkanlarının genişlənməsinə çox böyük təsir göstərmişdir”.
ölkə Prezidenti eyni zamanda bildirib ki, Azərbaycanda idmanla məşğul olmaq üçün gözəl şəraitin yaradılması prosesi davam edir: “Bu gün səhər mən Şağan qəsəbəsində yeni Olimpiya-İdman Kompleksinin açılışında iştirak edirdim. Bu, artıq gözəl ənənədir, 20-dən çox, haradasa 30-a yaxın Olimpiya kompleksi Azərbaycanda artıq fəaliyyətdədir. Bu il beş Olimpiya-İdman kompleksi istismara verildi. Gələn il ən azı 5 Olimpiya Kompleksi istismara veriləcəkdir”.
“İdman sağlamlıqdır, sağlam həyat tərzidir, ölkələrin şöhrətidir, ölkələrin ümumi inkişafını göstərir”, - deyən dövlət başçısı İlham Əliyev söyləyib ki, beynəlxalq idman yarışlarında əksər hallarda inkişaf etmiş ölkələrin idmançıları, - o ölkələrin ki, orada idman dövlət tərəfindən dəstəklənir, -  uğurlar əldə edirlər: “Azərbaycan da inkişaf etmiş ölkə olacaqdır. Biz bu yola  başlamışıq və bu yolla gedirik. Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi üçün bütün tədbirlər görülür. Azərbaycanda dövlət tərəfindən idmana göstərilən qayğı çox yüksək səviyyədədir. Bunu idmançılar da görürlər. Beynəlxalq idman qurumları da bunu bəyan edirlər və Azərbaycanın təcrübəsini bir çox hallarda nümunə kimi göstərirlər. Əminəm ki, idmanın Azərbaycanın ictimai həyatında oynadığı rol ancaq və ancaq artacaqdır”.
İdmançılar adından Prezident İlham Əliyevə hədiyyələr təqdim olunub.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan alpinistlərinin dünyanın müxtəlif bölgələrində fəth etdikləri zirvələrə vurduqları barelyefinin nümunəsi dövlətimizin başçısına təqdim edilib. Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan “Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova idman ictimaiyyəti adından Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
Beynəlxalq Universal Döyüş Federasiyasının təsis etdiyi bir nömrəli xüsusi qızıl medal dövlətimizin başçısına təqdim olunub.
Sonra 2009-cu ilin yekunlarına görə idmançılara mükafatlar təqdim edilib.
Qeyri-olimpiya idman növlərinin inkişafında xüsusi xidmətləri olan idmançılara Milli Olimpiya Komitəsinin bu il təsis edilmiş xüsusi Fəxri fərmanları verilib.
Dövlətimizin başçısı Seul Olimpiya oyunlarının qalibi İlqar Məmmədova MOK-un “Olimpiya” ordenini təqdim edib.
Mərasimdə bir qrup idmançıya və məşqçiyə yeni mənzillərin orderləri təqdim olunub.
Prezident İlham Əliyev idmançıları bir daha təbrik edib, onlara uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 1058 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31