Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclar silinib
30.12.2009 [10:09]
Müasir dünyada enerji təhlükəsizliyi məsələsi hər bir dövlət üçün prioritet məsələ olaraq qəbul edilir. çünki, hazırda sənaye sahələrinin normal fəaliyyət göstərməsi və yüksək keyfiyyətli məhsullar istehsal etməsi, insanların yanacaq və elektrik enerjisi ilə təmin olunması kimi amillər bilavasitə dövlətlərin stabil və dinamik inkişaf etməsinə təsir edir. Bu baxımdan da, bu gün dünyanın həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrinin qarşısında duran vacib məsələ enerji təhlükəsizliyinin təminatıdır.
Enerji məsələsi ətrafında qurulan qlobal oyunlara toxunmadan birbaşa enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycanın bu sahədəki fəaliyyətinə toxunmaq istərdik.
Hələ 1969-cu ildən Azərbaycana rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev ölkənin enerji təhlükəsizliyinin təmin olunması üçün yeni elektrik stansiyaları inşa etdirmiş, qaz olmayan rayonlara, kəndlərə kəmərlər çəkdirmişdi.
Lakin, 1990-cı illərin əvvəllərində Azərbaycan dünyada neft və qaz ölkəsi kimi tanınsa da, respublika rayonlarının böyük əksəriyyəti elektrik enerjisi və ya təbii qazdan məhrum oldular. Azərbaycanın müharibəyə cəlb olunması, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunması, eyni zamanda, AXC-Müsavat cütlüyünün səriştəsiz siyasəti bu sahədə də xaosun yaranmasına gətirib çıxarmışdı.
Amma 1993-cü ildən sonra hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ölkənin enerji təhlükəsizliyinin tam təminatı istiqamətində siyasət həyata keçirdi. Görülən tədbirlər nəticəsində Azərbaycanın bir çox bölgələrinin enerji ilə təminatında irəliləyişlər oldu. Bu gün isə həmin siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
Azərbaycanın enerji təhlükəsizliyi
tam təmin edilib
Xüsusilə qeyd edilməlidir ki, son illər ərzində Azərbaycanda əhalinin elektrik enerjisi, təbii qaz ilə təchizatı sahəsində mühüm tədbirlər həyata keçirilib, infrastrukturun yenidən qurulmasında ciddi irəliləyişlər baş verib. Prezident İlham Əliyevin şəxsi nəzarəti və göstərişləri sayəsində ölkədə modul tipli elektrik stansiyalarının quraşdırılması, istismarda olan elektrik stansiyalarında yenidənqurma işlərinin həyata keçirilməsi, ötürücü stansiyaların, paylayıcı şəbəkələrin, elektrik xətlərinin əsaslı təmiri və s. insanların fasiləsiz elektrik enerjisi ilə təminatına yol açıb.
2006-2009-cu illərdə Azərbaycanda 10 yeni elektrik stansiyası tikilib. Azərbaycanda ümumi stansiyaların sayı isə 19-dur. Tikilmiş 10 stansiyanın enerji potensialı 2100 meqavatdır. Azərbaycanın ümumi enerji potensialı isə 6400 meqavatdır. Bu o deməkdir ki, son 4 il ərzində Azərbaycanın enerji potensialı 30-40 faiz artıb. Dövlətimizin başçısı İlham Əliyev Sumqayıtda sakinlərlə görüşərkən Azərbaycanın enerji təhlükəsizliyi məsələsinə toxunaraq vurğulayıb ki, gələcəkdə də yeni elektrik stansiyalarının tikintisi nəzərdə tutulub: “Beləliklə, biz Azərbaycanı bundan sonra uzun illər ərzində dayanıqlı enerji mənbələri ilə təmin edəcəyik”.
Eyni sözləri qaz sahəsi haqqında da söyləmək olar. ötən müddət ərzində qaz təchizatı infrastrukturunun müasir tələblərə uyğun yenidən qurulması, əvvəllər təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması, mənzillərin, idarə və müəssisələrin tam sayğaclaşdırılması və s. kimi tədbirlər ölkədə enerji təhlükəsizliyi siyasətinin kompleks şəkildə həyata keçirilməsindən xəbər verir. Qazdan və elektrik enerjisindən istifadəyə dair qanunvericiliyin möhkəmləndirilməsi isə bu siyasətin səmərəliliyinin növbəti akkordu kimi dəyərləndirilir.
Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcları silinib
Bir sözlə, dövlət əhalinin fasiləsiz olaraq qaz və elektrik enerjisi ilə təchizatında müasir standartların tətbiq olunması, insanlara yüksək səviyyəli xidmətin göstərilməsi amillərini vacib prinsiplər kimi qəbul edib. ümumiyyətlə, dövlətin bu sahədə atdığı addımlar hər zaman ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına hesablanıb.
Bu dəfə də Prezident İlham Əliyev əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə Fərman imzalamaqla dövlətin həmin prinsiplərə sadiq qaldığını bir daha nümayiş etdirib.
Qeyd edək ki, Fərmana əsasən istehlak edilmiş təbii qaza görə əhalinin 2009-cu il oktyabrın 1-nə “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327 milyon manat məbləğində borcları silinib.
Bir daha xatırladaq ki, son illər əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində vacib tədbirlərin həyata keçirilməsi, qaz infrastrukturunun yenidən qurulmasında xeyli irəliləyişlərin baş verməsi, əvvəllər təbii qazla təchiz olunmayan şəhər və rayonlara qaz kəmərlərinin çəkilməsi, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədi ilə sayğaclaşma işlərinin əsasən başa çatdırılması əhali tərəfindən təbii qazın dəyərinin tam ödənilməsinə şərait yaradıb.
Amma sayğaclaşdırma başa çatan dövrədək, yəni, 2000-2009-cu illərdə təbii qazın istifadəsinə görə, iri miqdarda borclar yığıldı, əhalinin bir qismi bu borcları ödəməkdə çətinlik çəkirdi. Mövcud vəziyyət əhalinin təbii qazla müntəzəm təmin edilməsinə, qazpaylayıcı şəbəkələrin zəruri təhlükəsizlik və texnoloji normalara uyğun istismar edilməsinə imkan vermirdi və təbii qaz təchizatı sisteminin inkişaf imkanlarını məhdudlaşdırırdı. Sonda da borc məsələsi böyük problemlərə yol açırdı...
Prezident İlham Əliyevin bu addımı isə borc məsələsini birdəfəlik həll etmiş oldu. Dövlət başçısının imzaladığı Fərmana əsasən, təbii qaza görə borcların silinməsi əhalinin sosial müdafiəsini gücləndirmək və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyəti tənzimləmək məqsədi daşıyır.
Fərman əhalinin kommunal xidmətlərə görə ödəniş sahəsinə yenilik gətirərək, onun müasir standartlara uyğun tənzimlənməsini nəzərdə tutur. Əhali istehlak etdiyi təbii qazın pulunu vaxtlı-vaxtında və tam həcmdə ödəyir, dövlət isə əhalinin fasiləsiz olaraq keyfiyyətli təbii qazla təchizatı sahəsində üzərinə düşən vəzifələri yerinə yetirir. Sənəddə, həmçinin, qeyd olunur ki, Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir.
Bir sözlə, əhali, ekspertlər Azərbaycan Prezidentinin Fərmanını yüksək qiymətləndirir, onun xalqa əsl Yeni il hədiyyəsi, dövlətin vətəndaşlara diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirirlər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

