Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanda mövcud olan tolerantlıq mühiti bütün dövlətlər üçün gözəl örnək təşkil edir

Azərbaycanda mövcud olan tolerantlıq mühiti bütün dövlətlər üçün gözəl örnək təşkil edir

06.01.2010 [08:54]

Milli-mənəvi dəyərlər müasirliklə keçmiş irsin vəhdətini yaradır
Müasir dünya sivilizasiyası nə qədər inkişaf etsə, nə qədər böyük elmi kəşflərə imza atsa da, mənəvi dünyanın əsas lokomotivi hər zaman dini-mənəvi dəyərlər sayılıb. Dini dəyərlərlə müasirliyin tendensiyası bəşəri tərəqqinin ən əsas ünsürlərindən biri hesab edilir. Bu vəhdət cəmiyyətin siyasi, sosial və mədəni inkişafında, münasibətlərin formalaşmasında böyük əhəmiyyət daşıyır.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn, məhv olmaqda, parçalanmaqda olan Azərbaycanı yenidən dirçəltmək missiyası kimi böyük bir yükü çiyinlərinə götürən ümummilli liderimiz Heydər Əliyev xalqın dini-mənəvi dəyərlərinin yenidən bərpası istiqamətində böyük və çox önəmli işlər gördü. Dövrün çağırışlarına cavab verən uğurlu, düşünülmüş, uzaqgörən siyasi strategiya müəyyənləşdirməklə yanaşı, ümummilli liderimiz Heydər Əliyev xalqın sahib olduğu milli-mənəvi dəyərlərin qiymətləndirilməsinə, bu irsin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə zəmin yaratdı.
Müstəqillik əldə olunan zaman ölkəmizdə 20-yə yaxın məscid var idi. Ulu öndər Azərbaycanın müqəddəs məkanlarına, İslam dininə inancı və ehtiramı özündə ehtiva edən ocaqlara dövlət qayğısını sərgiləməklə, Azərbaycanın İslam dininə münasibətini nümayiş etdirdi. Milli-mənəvi dəyərlərin təbliğ olunması, milli ənənələrimizə qayıdış prosesi Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə gəlişindən sonra yenidən vüsət aldı. Ulu öndərin səyləri nəticəsində ölkədə sabitlik yarandı, quruculuq, inkişaf dövrü başladı.
Azərbaycan Respublikası hər zaman fərqli dinlərin nümayəndələrin qardaşlıq zəminində yaşadığı ölkə sayılıb. Müxtəlif dini, siyasi, etnik qarşıdurmalarla müşayiət olunan XXI əsrdə Azərbaycanda bu cür gözəl bir ab-havanın hökm sürməsi, bütün dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etməsinə şəraitin yaradılması Ulu öndərimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində mümkün olub. Respublikamızda yaşayan katolik, provoslav, yəhudi icmaları hər zaman dövlət qayğısını öz üzərlərində hiss edir.
Gənc nəsli tolerantlıq ruhunda tərbiyə etmək lazımdır
ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu tolerantlıq siyasəti bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bir müsəlman ölkəsi olması hər zaman ölkə başçısı tərəfindən xüsusi olaraq vurğulanır. Bu gün Prezident İlham Əliyev dini bayramların qeyd olunması, məscidlərin bərpası və tikintisi, o cümlədən, bu sahədə qarşıya çıxan bütün problemlərin aradan qaldırılması istiqamətində bir sıra mühüm addımlar atıb. Bu mənada Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da xidmətləri yüksək qiymətləndirilməlidir. ötən il keçirilən “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans, “İslam və gənclik: təhsil, elm və maariflənmə” mövzusunda beynəlxalq konfrans və digər beynəlxalq tədbirlər ölkəmizdə olan tolerantlıq nümunəsinin dünyaya çatdırılmasına imkan verib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizdə reallaşan tədbirlərdə çıxış edən Mehriban xanım Əliyeva dəfələrlə vurğulayıb ki,  bu gün, biz ənənələrə sadiq qalaraq, gənc nəsli tolerantlıq ruhunda tərbiyə etsək, sabah onlar sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa daha hazır olacaqlar.
Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunmasındakı
fəaliyyəti təqdirəlayiqdir
Heydər Əliyev Fondu ölkəmizdə tolerantlığın inkişaf etdirilməsi, dini məkanların, məscidlərin tikilməsi və bərpa olunması istiqamətində fəaliyyətini davam etdirir. ötən ay Bakının Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Cümə məscidi əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Tədbirdə qeyd olunub ki, milli-mənəvi dəyərlərin yüksək səviyyədə qorunduğu Azərbaycanda bu sahədə ardıcıl tədbirlərin görülməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Son illər Bakıda və regionlarda dini ziyarətgahların, ibadət yerlərinin tikintisi və mövcud olanların yenidən qurulması prosesi uğurla davam etdirilir. İslam aləminin müqəddəs ziyarətgahlarından olan Bibiheybət məscid-kompleksinin tikilərək dindarların istifadəsinə verilməsi, bununla yanaşı, Təzəpir məscid-kompleksində yenidənqurma işlərinin aparılması bu siyasətin məntiqi davamıdır.
Son illərdə Heydər Əliyev Fondu da milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulub. Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan türbələri yüksək səviyyədə bərpa edilib. Hazırda Şamaxıda Cümə məscidinin bərpası davam edir. Bu sırada paytaxtın Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi də xüsusi əhəmiyyət kəsb edir.
İnşasına 1896-cı ildə başlanmış Buzovna Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalıb. 1918-ci ildə tikinti işlərinə yenidən başlanılsa da, Azərbaycanda sovet hakimiyyətinin qurulması bu məscidin binasından başqa məqsədlər üçün istifadə olunması ilə nəticələnib. Sovet dövründə məsciddən anbar və dükan kimi istifadə olunub. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidinin binasında bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapıb. Həmin ilin fevralında başlanan yenidənqurma işləri artıq sona çatıb.
Qeyd etmək lazımdır ki, bu, Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi ilk belə layihə deyil. Fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilib. Heydər Əliyev Fondu Buzovnadakı Cümə məscidinin yenidən qurulmasını, Bakı şəhərində pravoslav kilsəsində əsaslı bərpa və yenidənqurma işlərini, katolik kilsəsində vitrajların və pannoların quraşdırılmasını başa çatdırıb. Hazırda yəhudi uşaqlar üçün təhsil mərkəzinin yaradılması ilə bağlı layihənin icrası davam edir.
Məscidin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə yaradılan tolerantlıq mühitinin bütün dünya üçün nümunə sayıldığını qeyd edib. ölkə başçısı bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işləri də yüksək qiymətləndirib: “Məscidin əsaslı təmirdən sonra fəaliyyətə başlaması böyük hadisədir, gözəl hadisədir. Mən çox şadam ki, Heydər Əliyev Fondunun təşəbbüsü artıq reallaşıbdır. Bir neçə il bundan əvvəl Buzovna sakinləri Heydər Əliyev Fonduna müraciət etmişdilər ki, bu qədim məscid bərpa olunsun, amma əslində, yenidən tikilsin. çünki məscid kimi tikilməsi nəzərdə tutulmuş bu bina heç vaxt məscid kimi fəaliyyət göstərməmişdir, yarıdağılmış vəziyyətdə idi. Heydər Əliyev Fondu həmişə olduğu kimi, sakinlərin bütün müraciətlərinə müsbət baxmaqla qısa müddət ərzində gözəl əsər yaratdı”.
Bəli, bü gün ölkəmizdə dini inanc yerlərinin bərpası ilə bağlı işlər böyük vüsət alıb və Heydər Əliyev Fondunun bu mənada gördüyü işlər həqiqətən təqdirəlayiqdir. Buzovna məscidi ilə yanaşı Heydər Əliyev Fondu Binə qəsəbəsində qədim məscidin tamamilə yenidən qurulması, Pirhəsən ziyarətgahının yenidən qurulması istiqamətində əhəmiyyətli addımlar atıb. Prezident İlham Əliyev öz çıxışında bildirib ki, bu istiqamətdə işlər gələcəkdə də davam etdirilməlidir: “Azərbaycanda quruculuq, abadlıq işləri geniş vüsət alıb. Bununla bərabər, milli-mənəvi dəyərlərimizin, tarixi, dini abidələrin qorunması, bərpası bizim üçün əsas məsələdir. Son illər ərzində Bakının və Azərbaycanın müxtəlif yerlərində tarixi, dini abidələrimiz bərpa olundu, yenidən quruldu və ən möhtəşəm vəziyyətə gətirildi. Təzəpir məscidi, Bibiheybət məscidi. İndi Əjdərbəy məscidində təmir işləri gedir, sürətlənməlidir. Digər bölgələrdə, şəhər və rayonlarımızda bu işlər gedir”.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1054 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31