Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Respublika Klinik Uroloji Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olub

Respublika Klinik Uroloji Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olub

22.01.2010 [14:03]

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər
Dünən Bakıda Respublika Klinik Uroloji Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mehriban xanıma gül dəstəsi təqdim edilib.
Prezident İlham Əliyev və xanımı səhiyyə müəssisəsində yaradılmış şəraitlə tanış olublar.
Respublika Klinik Uroloji Xəstəxanası keçmiş Sovet İttifaqında ilk ixtisaslaşmış uroloji klinikalardan biri olmaqla, 1966-cı ildə akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə yaradılıb. Xəstəxanada 1969-cu ildə hemodializ və süni böyrək laboratoriyası açılıb, 1971-ci ildə Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə uğurlu böyrəkköçürmə əməliyyatı aparılıb.
Praktik fəaliyyətlə yanaşı, bu xəstəxananın respublikada urologiya və nefrologiya elminin inkişafında böyük rolu olub. Təsadüfi deyil ki, 1972-ci ildə uroloqların I ümumittifaq Qurultayı məhz Bakıda, Respublika Klinik Uroloji Xəstəxanasında keçirilib. O zaman qurultay nümayəndələri ümummilli lider Heydər Əliyev tərəfindən yüksək səviyyədə qəbul edilib.
ümumiyyətlə, bu klinikada 1983-cü ilədək 30 böyrəkköçürmə əməliyyatı aparılıb. Lakin maddi-texniki bazanın və donor orqan təchizatının zəifləməsi nəticəsində klinikanın böyrəkköçürmə sahəsində fəaliyyəti dayandırılıb.
Prezident İlham Əliyevin 2007-ci ilin sentyabrında klinikanın əsaslı təmir və təchizatı, onun nəzdində böyrəkköçürmə mərkəzinin yaradılması haqqında imzaladığı Sərəncama uyğun olaraq Prezidentin Ehtiyat Fondundan, habelə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait hesabına xəstəxanada yenidənqurma işləri aparılıb. Nəticədə klinika ən müasir standartlara cavab verən tibb ocağına çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xəstəxana ilə tanış olublar.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, xəstəxananın hər üç korpusu əsaslı təmir olunub. ümumi sahəsi 6,7 min kvadratmetr olan xəstəxanada 167 otaq, o cümlədən 47 palata, 7 otaqdan ibarət iki əməliyyat bloku, mətbəx və s. əsaslı təmir edilib, yeni qazanxana tikilib, tibb ocağını fasiləsiz elektrik enerjisi ilə təmin edən generator, mərkəzləşdirilmiş havalandırma sistemi qurulub. 120 çarpayılıq klinikada uroloji və nefroloji xəstələrə yüksək səviyyədə tibbi yardım göstərmək imkanı olan qəbul, xroniki böyrək çatışmazlığı, uşaq uroloji, hemodializ, böyrəkköçürmə, reanimasiya və anesteziologiya, şüa diaqnostikası şöbələri, immunoloji laboratoriya var. Xəstəxananın fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyev səhiyyə ocağının tibb heyəti ilə görüşüb, onları təbrik edərək deyib: “ürəkdən təbrik edirəm. Bu gün uroloji xəstəxana əsaslı təmirdən sonra açılmışdır. çox şadam ki, bütün təmir-quraşdırma işləri yüksək səviyyədə aparılmışdır. Yəqin ki, siz bilirsiniz, iki il bundan əvvəl görkəmli alim, akademik Mirməmməd Cavadzadə mənə bu xəstəxananın təmiri ilə bağlı müraciət etmişdi. O müraciəti Mirməmməd müəllim mən onu “İstiqlal” ordeni ilə təltif etdiyim zaman etmişdir. Azərbaycanın dövlət büdcəsində bu məsələlər üçün vəsait nəzərdə tutulmamasına baxmayaraq, mən qərar qəbul etdim ki, Prezidentin Ehtiyat Fondundan ilkin vəsait ayrılsın və biz təmir işlərini aparaq. Birinci fikir belə idi ki, ancaq bir mərtəbə təmir olunsun və burada müasir böyrəkköçürmə mərkəzi yaradılsın. Ancaq sonra qərara gəldik ki, ümumiyyətlə bütün xəstəxana təmir edilsin, faktik olaraq yenidən qurulsun. Həm təmir işləri görülüb, həm də müasir avadanlıq quraşdırılıb. Yəni, bu gün bu xəstəxana ən yüksək standartlara cavab verir və burada ən gözəl, müasir avadanlıq quraşdırılıb. Mən çox şadam ki, bu gün biz bu xəstəxananın elə bil yeni həyatını birlikdə qeyd edirik. Mən hesab edirəm ki, bu xəstəxanaya Mirməmməd Cavadzadənin adının verilməsi düzgün olardı. çünki bu xəstəxananın yaradılmasının təşəbbüskarı məhz o olmuşdur və 40 ildən çox müddət ərzində xəstəxanaya rəhbərlik etmişdir. Bu münasibətlə bütün lazımi qərarlar verilməlidir və Mirməmməd müəllimin adı əbədiləşdirilməlidir. ümumiyyətlə, Azərbaycanda son illər ərzində səhiyyə sahəsində çox uğurlu işlər görülür. Yeni xəstəxanaların açılışı çox geniş vüsət almışdır, həm Bakıda, həm ölkəmizin müxtəlif rayonlarında. Bölgələrdə 10 müalicə-diaqnostika mərkəzi tikilib, 6-sı tikilməkdədir. Demək olar ki, bütün rayonlarda mərkəzi xəstəxanalar, uşaq xəstəxanaları təmir edilir, yeniləri tikilir. Bakıda çox böyük elmi-tədqiqat institutlarının əsaslı təmir işləri başa çatır və bəziləri - Oftalmologiya, Onkologiya, Talassemiya mərkəzləri artıq istismara verilibdir. Bu gün Uroloji Xəstəxananın açılışını qeyd edirik. Dövlət Tibb Universitetinin iki korpusu - terapevtik və cərrahiyyə korpusları. Orada da işlər gedir. Hərbi hospital, Daxili İşlər Nazirliyinin hospitalı, Gömrük Komitəsinin hospitalı - bütün bunlar Azərbaycanın səhiyyə sisteminin müasirləşməsinə xidmət göstərir. çox vacibdir ki, bu gözəl şəraitdə insanlara yüksək tibbi xidmət göstərilsin. İndi bunu etmək üçün bütün imkanlar vardır. Gözəl şərait, ən müasir avadanlıq. Əsas odur ki, bu tibb müəssisələrində çalışan həkimlər və bütün işçilər insanlara, xəstələrə ən yüksək tibbi xidmət göstərsinlər. Əminəm ki, belə də olacaqdır. Bu xəstəxanalarda işləmək üçün bütün şərait, xəstələrin müalicəsi, diaqnostika üçün bütün imkanlar vardır. Beləliklə, biz Azərbaycanda müasir səhiyyə sisteminin yaradılması işində növbəti vacib addımı atırıq. Əminəm ki, gələcək illərdə bizim bütün planlarımız həyata keçiriləcəkdir. Təkcə keçən il, -  böhranlı il olmasına baxmayaraq, - Azərbaycanda 59 yeni səhiyyə müəssisəsi yaradılıb, yaxud da ki, əsaslı təmir edilibdir. Bu il də bu proses davam edəcəkdir. Biz elə etməliyik ki, həm Bakıda, həm bütün bölgələrdə hər bir vətəndaş yüksək tibbi xidmət almaq üçün imkanlara malik olsun. Mən sizi bu gözəl xəstəxananın yenidən fəaliyyətə başlaması münasibətilə bir daha təbrik edirəm. Sizə işlərinizdə uğurlar arzulayıram”.
Xəstəxananın kollektivi adından Prezident İlham Əliyevə minnətdarlıq edən tibb bacısı Vəzifə Quliyeva deyib: “Hörmətli Prezident və hörmətli Mehriban xanım! Bugünkü sevinci bizə bəxş etdiyiniz üçün klinikanın rəhbərliyi və kollektivi adından çox dərin təşəkkürümüzü bildiririk. Biz tibb işçisi olaraq Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirik. çox sağ olun!”.
Sonda xatirə şəkli çəkdirilib.
Paylaş:
Baxılıb: 1274 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31