Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / "Edisson" şirkətinin baş icraçı direktoru ilə görüş olub

"Edisson" şirkətinin baş icraçı direktoru ilə görüş olub

28.01.2010 [11:28]

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Edisson” şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşüb. Görüşdə Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə, xüsusən də enerji sahəsində yaxşı əməkdaşlığın olduğu vurğulanıb.
Umberto Kuadrino “Edisson” şirkətinin bu əməkdaşlıq çərçivəsində yeni bir layihənin - İtaliya hökumətinin də dəstəklədiyi Türkiyə-Yunanıstan-İtaliya qaz boru kəmərinin həyata keçirilməsində maraq göstərdiyini bildirib və bunun üçün yaxşı perspektivlərin olduğunu deyib.
Azərbaycan tərəfinin həmin layihəni dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu, enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi baxımından mühüm layihədir.

Paylaş:
Baxılıb: 1010 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31