/ / Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri ilə görüş olub
Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri ilə görüş olub
15.02.2020 [11:32]
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms və assosiasiyanın Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.
Prezident İlham Əliyev: Sabahınız xeyir.
Mixael Harms: Cənab Prezident, Sizinlə burada - Münxen Təhlükəsizlik Konfransında görüşmək bizim üçün böyük şərəfdir. Mən son beş-altı ildə konfransda iştirak etmişəm və hər dəfə Sizin çıxışlarınız, baxışlarınız mənə çox müsbət təsir bağışlayıb.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Mixael Harms: Yəni, ikitərəfli münasibətlərlə yanaşı, region və beynəlxalq düzənlə bağlı baxışlarınızı nəzərdə tuturam. Bizim assosiasiyanın nümayəndələri ilə görüşməyinizi çox yüksək qiymətləndiririk. Cənab Reşmayer bizim assosiasiyada Cənubi Qafqaz üzrə sözçüdür, mən baş icraçı direktoram.
Prezident İlham Əliyev: Xoş sözlərinizə görə çox sağ olun. Mənim üçün də konfransda iştirak etmək mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə mən Münxenə neçə ildir ki, səfər edirəm. Bu, auditoriya qarşısında çıxış etmək üçün hər zaman yaxşı fürsətdir. Çünki dünyada, regionumuzda vəziyyət dəyişir. Biz indi Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyuruq. Buna görə də bu mühüm məsələlərin müzakirəsi çox önəmlidir. Xüsusilə səfərimin ikitərəfli formatı da çox əhəmiyyətlidir. Çoxsaylı görüşlər var. Xatırlayıram ki, əksər hallarda bəzi ilkin fikir mübadilələri bir sıra çox nəzərəçarpan nəticələrə gətirib çıxarıb. Buradakı təmaslar nəticəsində çoxlu sayda ticarət müqavilələri imzalanıb. Həmçinin zəruri olan regional təhlükəsizlik, regional əməkdaşlıq, enerji siyasəti dünya üçün daha çox əhəmiyyət kəsb edir. Mən də sizi görməyə çox şadam. Çünki bildiyiniz kimi, bizim alman şirkətləri ilə çox dərin əməkdaşlığımız var. Onlar uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkəmiz üçün çox mühüm olan müxtəlif infrastruktur, enerji istehsalı və tikinti ilə bağlı layihələr həyata keçiriblər. Düşünürəm ki, qarşıdakı illərdə daha çox imkanlar olacaq, çünki daha böyük potensiala malik Azərbaycanın imkanları artır.
Mixael Harms: Biz bilirik ki, Siz iqtisadiyyatın şaxələndirilməsi strategiyasını təqdim etmisiniz. Mən Azərbaycanın gücünü nəzərdə tuturam və biz bunu ikitərəfli ticarətdə, əsasən də neft və qaz sahəsində müşahidə edirik. Bu, çox böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu, Sizin ölkənizin rəqabətliliyini təmin edən üstünlükdür, eləcə də infrastruktur sahəsində gördüyünüz işlər. Məsələn, mən Bakı limanına baş çəkdim, bu, çox dərin təəssürat yaradan layihədir. Bir neçə həftə əvvəl “Yaşıl həftə” sərgisində sizin Kənd Təsərrüfatı nazirinizlə görüş keçirdik. Bu da böyük maraq kəsb edir. Rəqəmsallaşma “Giesecke+Devrient” şirkətinin fəaliyyətinin əsas sahəsidir. Siz də “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmusunuz və İpək Yolunun qovşağındasınız.
Prezident İlham Əliyev: Bəli, doğrudur.
* * *
Görüşdə Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. İqtisadiyyatın rəqəmsallaşdırılmasının və Davos Forumu ilə Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılmasının əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı Azərbaycanın 2020-2024-cü illəri əhatə edən regionların inkişafı planından, ölkəmizdə sənayenin inkişafı istiqamətində görülən işlərdən bəhs edilib, bu prosesdə alman şirkətlərinin daha da fəal iştirak etməsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin ölkəmizdə xarici investorlar üçün cəlbedici sərmayə mühitinin olduğu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın Şimal-Qərb, Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə nəqliyyat dəhlizlərindəki əsas rolundan bəhs olunub, Azərbaycanın öz coğrafi yerləşmə potensialını fürsətlərə çevirdiyi bildirilib.
Görüşdə Azərbaycan və Almaniya biznes dairələrini bir araya gətirən biznes forumların keçirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanda peşə təhsili sahəsində Almaniya ilə birlikdə əməkdaşlığın önəmi qeyd olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

