Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək
09.02.2010 [11:07]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən öncül strateji vəzifələrdən biri və birincisidir. İstər Ulu öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyevin tərəfindən dəfələrlə bəyan edilib ki, Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək və təcavüzkar qüvvələr işğal olunmuş Azərbaycan ərazisindən çıxarılacaq. Məhz bu cür qətiyyətli və prinsipial mövqeyin fonunda Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli naminə bütün resurslarından səmərəli istifadə etməkdə və aktiv, hücumçu diplomatiya həyata keçirməkdədir. Bunun qanunauyğun nəticəsidir ki, artıq Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə atılan addımlar və aparılan danışıqlar olduqca intensiv xarakter alıb. Və dünyanın, demək olar ki, bütün dövlətləri birmənalı qaydada ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Amma Azərbaycan hələlik problemin həlli yönündə sülh danışıqlarına, diplomatik vasitələrə üstünlük verir. Bu isə ona dəlalət edir ki, xarici siyasi fəaliyyətində daim beynəlxalq hüquq normalarını əsas götürən ölkəmiz dinc vasitələri hələlik optimal və effektiv mexanizm kimi görməkdə davam edir...
“Euronews” telekanalına müsahibə verən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarına böyük ümidlər bəsləyir: “çünki artıq neçə illərdir ki, davam edən proses məhz sülh vasitəsilə həllə gətirilməlidir. Lakin əlbəttə ki, bu, Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməyə və öz qoşunlarını Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarından çıxarmağa hazır olub-olmamasından asılı olacaq. Yalnız o halda sülhə nail olmaq olar”.
Qeyd etdiyimiz kimi, Azərbaycan münaqişənin həllinə sülh yolu ilə, diplomatik vasitələrlə nail olmağa çalışır. Amma bu, o demək deyil ki, danışıqlar prosesi istənilən nəticəni verməyəcəyi təqdirdə, Azərbaycan digər bir metoda, hərbi güc tətbiqinə baş vurmayacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin 15 il daha dondurulmuş vəziyyətdə qalmasına imkan verə bilmərik: “Buna son qoyulmalıdır. Biz buna sülh yolu ilə son qoymaq istəyirik və bu istiqamətdə də işləyirik. Lakin eyni zamanda, bizim səbrimizin həddi var. ümid edirəm ki, artıq əldə olunmuş baza razılaşmaları və bu il razılaşdırmağı planlaşdırdığımız məqamlar münaqişəyə son qoyacaq və Qafqaza sülh gələcək”.
Göründüyü kimi, Azərbaycanın mübarizəsi haqq işidir və özündə beynəlxalq hüquq normalarına əsaslanan prinsipləri və dəyərləri ehtiva edir. Bu mübarizənin məntiqi və qanunauyğun sonluğa çatması-ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün Azərbaycan dövləti hər bir vasitə və metoda baş vuracaq. Bu, ölkəmizin beynəlxalq hüquq normalarına əsasən təsbit olunmuş ali hüququdur. Silahlı müdafiə metodu və mexanizminə istinad da Azərbaycanın qarşısında duran hüquqi alternativdir. ölkəmizin bu hüququ 1975-ci ildə qəbul edilmiş ATƏT-in Helsinki Yekun Aktında da beynəlxalq hüquq normaları və prinsipləri ilə tanınır və təsdiqlənir. Helsinki Yekun Aktında məsələyə məhz bu cür yanaşılır: “Ərazi bütövlüyü beynəlxalq hüququn başlıca norma və prinsiplərinin əsasını təşkil edir. Hər hansı bir dövlətə, onun ərazi bütövlüyünə qarşı xarici təcavüzkarlıq aktı baş verərsə, bu zaman təcavüzə məruz qalmış dövlət öz təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrdən istifadə edə bilər...”
Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Elə bu prosesə paralel olaraq ATƏT-in Minsk qrupu da münaqişənin həlli yönündə öz fəaliyyətinin səmərəlilik səviyyəsini artırmaqdadır. Prezident İlham Əliyevin bildirdiyi kimi, ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, erməni qoşunlarının bütün işğal olunmuş ərazilərdən çıxarılması, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması və bütün kommunikasiya xətlərinin açılmasına əsaslanır.
Qısası, Azərbaycan özünün ərazi bütövlüyünün təmin olunması yolunda olduqca prinsipial fəaliyyət göstərməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və realist strateji kurs Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll ediləcəyinə dair ümidləri son dərəcə artırıb. Şübhə yoxdur ki, işğalçı Ermənistanın təcavüzkar siyasəti əvvəl-axır özünə qarşı kəskin “bumeranq zərbəsi” endirəcəkdir. Nəticə etibarilə belə bir proqnoz vermək olar ki, Azərbaycanın praqmatik diplomatiyasının və uğurlu siyasətinin fonunda mütləq mənada ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

