Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Qırğızıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Raimkul Attakurovun etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Qırğızıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Raimkul Attakurovun etimadnaməsini qəbul edib

16.02.2010 [16:02]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Qırğızıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Raimkul Attakurovun  etimadnaməsini qəbul edib.
Raimkul Attakurov fəxri qarovul dəstəsinin qarşısından keçib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
ölkələrimiz arasında əlaqələrin hazırda uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə də münasibətlərimizin möhkəmlənəcəyinə, əməkdaşlığımızın daha da intensiv xarakter daşıyacağına ümidvar olduğunu bildirib.
Qırğızıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Raimkul Attakurov Qırğızıstan Prezidenti Kurbanbek Bakiyevin salamlarını dövlətimizin başçısına çatdırıb. Diplomat ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə daha da  möhkəmlənməsinin zəruriliyini vurğulayıb.

Paylaş:
Baxılıb: 1039 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31