/ / Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələləri paralel həll edilməlidir
Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələləri paralel həll edilməlidir
17.02.2010 [09:49]
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət nəticəsində uzun illərdir ki, ölkəmizin ərazi bütövlüyü pozulub. Azərbaycanın tarixi əraziləri olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal edilib. Problemin həlli istiqamətində istər Azərbaycan, istərsə də, beynəlxalq aləm tərəfindən atılan addımlar, göstərilən səylər isə Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından nəticəsiz qalır. Ermənistanın işğalçılıq siyasəti həm sözügedən münaqişənin həllinə, həm də Cənubi Qafqaz regionunda sülhün yaranmasına mane olur.
1993-cü ildə Türkiyə Respublikasının Ermənistanla bütün diplomatik əlaqələri kəsərək, sərhədlərini bağlamasının kökündə də rəsmi Yerevanın işğalçılıq siyasəti dayanır. Daha dəqiq desək, Türkiyə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətinə etirazını bildirərək bu ölkəni BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etməyə çağırdı. Təəssüf ki, bütün beynəlxalq konvensiyaları pozaraq işğal etdiyi əraziləri tərk etməyən, Azərbaycanın ərazi bütövlüyünü zorla dəyişdirmək arzusunda olan Ermənistan bu gün də işğalçı siyasətdən əl çəkmir.
Məlum olduğu kimi, arxada qoyduğumuz 2009-cu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların dinamikliyi ilə yadda qaldı. ötən il eyni zamanda Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması yönündə aparılan işlər də beynəlxalq aləmin diqqət mərkəzində oldu. Bununla belə, nəticə dəyişmədi və bir daha bəyan edildi ki, Türkiyə-Ermənistan sərhəddinin açılması məsələsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə paralel şəkildə reallaşdırıla bilər. Bir sözlə, bu gün Cənubi Qafqaz regionunda sülhə nail olmaq üçün Dağlıq Qarabağ probleminin həlli əsas şərt sayılır. öz növbəsində qonşuları ilə hər zaman normal münasibətləri inkişaf etdirmək istəyini önə çəkən Türkiyə hökumətinin rəsmiləri də Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin yaranmasının Dağlıq Qarabağ probleminin həllindən keçdiyini dönə-dönə vurğulayıblar. Türkiyənin prezidenti, baş naziri və xarici işlər naziri bu ölkə ilə Ermənistan arasında münasibətlərin yaranması üçün vasitəçilik missiyasını həyata keçirən dövlətlərin başçıları ilə görüşlərində də bu məqamı önə çəkiblər. Qeyd edək ki, qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya son səfəri zamanı Türkiyə-Ermənistan sərhədlərinin Dağlıq Qarabağın işğalından sonra bağlandığını və işğal ortadan qalxmayınca sərhədlərin açılmayacağını qətiyyətlə vurğulamışdı. Daha sonra isə Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər razılaşmaya dair protokolların Türkiyə parlamentindən keçməyəcəyinə əminliyini ifadə edib.
Bu proseslərin paralel inkişafının vacibliyinə Azərbaycan Prezidenti İlham Əliyev “Evronews” kanalına verdiyi müsahibəsində də toxunub. ölkə başçısı bildirib ki, Azərbaycan hər zaman region ölkələri arasında müsbət münasibətlərin olmasının tərəfdarıdır: “çünki bu, regionda daha yaxşı mühit və ab-hava yarada bilər. Lakin, əvvəlcə qeyd etdiyim kimi, biz yaddan çıxarmalı deyilik ki, regionda ən böyük problem Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalıdır. Buna görə, fikrimizcə, Türkiyənin prezidenti və Baş naziri, eləcə də, digər rəsmilərin verdiyi bəyanatlardan irəli gələrək, bu ölkənin məsələ ilə bağlı mövqeyi çox aydındır. Bu proseslər paralel şəkildə həll olunmalıdır. Onlar bir-birini tamamlamalıdır. Bu proseslər paralel şəkildə getməli və eyni vaxtda həll olunmalıdır. Bu halda regionda hərtərəfli sülh bərqərar ola bilər”.
Bununla yanaşı, Prezident İlham Əliyev bilidirb ki, Azərbaycan heç vaxt iki suveren ölkənin arasındakı münasibətlərə müdaxilə etmək fikrində deyil: “Hesab edirəm ki, dünyada heç bir ölkə iki suveren ölkə arasındakı münasibətlərə müdaxilə etməli deyildir. Biz heç vaxt bu prosesə müdaxilə etməmişik, baxmayaraq ki, məsələ ilə bağlı öz mövqeyimiz vardır. Bu, məlum olan mövqedir və biz bunu gizlətmirik. Lakin, zənnimcə, əgər bu proseslərə kənardan müdaxilə edilməsə və ya təzyiq göstərməyə cəhdlər edilməsə, daha yaxşı olar. İki ölkə arasında olan münasibətlər elə iki ölkə arasında olan münasibətlər kimi də qalmalıdır. Nə etmək, necə etmək və nə vaxt etmək qərarını Türkiyə ilə Ermənistan özləri verməlidirlər”.
Prezident İlham Əliyev müsahibəsində bildirib ki, beynəlxalq hüquq normalarına riayət edərək, Ermənistanı öz qoşunlarını çıxarmağa vadar etməyin əsas yollarından biri onun təcrid edilməsidir. Ermənistanın nə Azərbaycan, nə Türkiyə ilə açıq sərhədləri vardır. Eyni zamanda, Ermənistanda böyük iqtisadi problemlər yaşanır: “ötən il onların iqtisadiyyatı təxminən iyirmi faiz azalmışdır. Sərhədlərin açılması bu ölkənin iqtisadiyyatına təkan verəcəkdir. Biz narahatıq ki, əgər bu, Dağlıq Qarabağ probleminin həllində hər hansı irəliləyişdən asılı olmayaraq, baş verərsə, həmin sahədə sülh perspektivləri çox zəif olacaqdır. Sonra nə olacaq? Əgər biz görsək ki, sülh perspektivləri tükənib, onda hansı variantlar qalacaq? Oturub, növbəti on beş ili gözləməliyik və ya öz ərazi bütövlüyümüzü bərpa etmək üçün imkanlarımızdan istifadə etməliyik. Buna görə də, barışıq prosesinə kənardan kömək etməyə çalışan və hətta nə Türkiyə, nə də ki, Ermənistanla ümumi sərhədə malik olmayan ölkələrdə ola bilsin regionun tarixi və bu gün baş verən hadisələr haqqında kifayət qədər məlumat yoxdur. Yaxşı olardı ki, bu hadisənin mümkün ola biləcək mənfi nəticələri qiymətləndirilsin. Bizim fikrimizcə, bu, regionda əlavə çətinliklər yaradacaqdır. Buna görə, hesab edirəm ki, indi bəlkə də nadir fürsət yaranıb: bir tərəfdən, Türkiyə-Ermənistan prosesi gedir, digər tərəfdən isə, biz Ermənistan ilə Azərbaycan arasında danışıqların yekun mərhələsinə çatmışıq. Bu iki prosesin gücünü birləşdirmək lazımdır ki, regionun heç bir ölkəsi özünü təklənmiş və onun milli maraqlarına məhəl qoyulmadığını hiss etməsin”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

