Xalqla iqtidar arasında sıx vəhdət ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək
18.02.2010 [21:48]
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasət birbaşa xalqın maddi rifah halının və sosial həyat şəraitinin davamlı şəkildə yaxşılaşmasına xidmət edir. Respublikamızda iqtisadi və sosial infrastrukturun yenidən qurulması, sosial proqramların davamlı olaraq həyata keçirilməsi, bölgələrdə insanların məşğulluğunun təmin edilməsi və işsizliyin səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılması ümumilikdə, ölkə vətəndaşlarının həyat şəraitinin yüksəlməsinə səbəb olub.
Prezident İlham Əliyev tərəfindən çevik və məharətlə həyata keçirilən düşünülmüş sosial proqramlar makroiqtisadi siyasətin nəticələrinə pozitiv təsir etməklə bütün sosial-iqtisadi sferalar üçün dəyişikliklərə yol açıb. 2003-cü ildən etibarən iqtisadiyyatın strukturunda keyfiyyət və kəmiyyət dəyişikliklərinin baş verməsi islahatların həlledici mərhələyə qədəm qoymasına və Azərbaycanın dünyada inkişaf tempinə görə birinci yerə çıxmasına səbəb olub. 2003-2009-cu illər ərzində Azərbaycan iqtisadiyyatında artım tempinin, ümumilikdə 2,8 dəfədən çox olması, ümumi Daxili Məhsulun adambaşına düşən həcminin region dövlətləri ilə müqayisədə yüksək artımı və digər sosial-iqtisadi göstəricilər Azərbaycanın MDB və Avropa dövlətlərinin əksəriyyətini inkişaf meyillərinə görə, bir neçə dəfə üstələməsinə imkan verib. Son 6 ildə ölkəmizin iqtisadiyyatında artım tempi dünya iqtisadiyyatındakı artım tempi ilə nisbətdə 4 dəfəyə yaxın yüksəlib. ümumiyyətlə, postsovet və keçmiş sosialist dövlətlərin sosial sferasını nəzərdən keçirdikdə, onların heç birində Azərbaycanın büdcə-fiskal sahələrindəki kimi artım qeydə alınmadığını görmək olar. Məsələn, respublikamızda əmək haqlarının, pensiyaların və pul gəlirlərinin artım tempi son 6 ildə digər ölkələrdəki kimi 30-40 faizlə deyil, 300-400 faizlik artımla yadda qalıb.
Azərbaycanın maliyyə imkanları yaxşılaşdıqca, ölkə başçısı milli gəlirləri, ilk növbədə, əhalinin maddi rifah halının yaxşılaşmasına və sosial infrastrukturun yenidən qurulmasına yönəldir. Prezident dəfələrlə bəyan edib ki, ölkəmizin gəlirləri əsas olaraq sosial sahələrə yönəldilməlidir. Büdcə vəsaitləri ən əvvəl sosial məsələlərin həlli və infrastruktur layihələrinin icrası üçün nəzərdə tutulmalıdır. Qeyd olunan sahələrə dövlətin ilbəil qayğısının artması insanların sosial həyatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına, infrastrukturun yeniləşməsinə səbəb olub. Əhalinin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsinə ayrılan büdcə vəsaitlərinin həcmi 2004-cü illə müqayisədə 5 dəfədən çox artıb. Son 6 ildə minimum pensiyanın məbləği 4 dəfədən çox, minimum əməkhaqqının məbləği isə 8 dəfə artırılıb. Əhalinin gəlirləri 3 dəfə, onun adambaşına düşən həcmi isə 3,1 dəfə artıb. Hazırda ölkəmizdə orta aylıq əməkhaqqı 298 manat təşkil edir. Bundan başqa, əhalinin banklardakı əmanətlərinin həcmi 12 faiz artaraq 2,2 milyard manata yüksəlib. 2009-cu ildə yoxsulluq səviyyəsi 13,2 faizdən 11 faizə düşüb.
Sosial infrastrukturun yenidən qurulması da son illərdə geniş vüsət alıb. Bütün rayonlarda sənaye və sosial infrastruktur obyektləri, elektrik stansiyaları, magistral yollar, körpülər, məktəblər, səhiyyə müəssisələri, olimpiya idman kompleksləri, mədəniyyət ocaqları, xidmət obyektləri, diaqnostika mərkəzləri istifadəyə verilib. Regionlarda istifadəyə verilən yüzlərlə yeni müəssisələr əhalinin iş yerləri ilə təmin olunmasına imkan verib. Respublikamızda son 6 ildə 850 mindən çox insan yeni iş yerləri ilə təmin olunub. Nəhəng sənaye obyektlərinin və istehsal müəssislərinin bünövrəsinin qoyulması isə yaxın illərdə ölkəmizin mənzərəsinin tamamilə dəyişməsinə və insanların zəngin həyat şəraitinin təmin olunmasına zəmin yaradır.
Bu gün istər paytaxtın qəsəbə və kəndlərinin, istərsə də ucqar kənd rayonlarının infrastruktur təminatının yaxşılaşdırılması, əhalinin kommunal xidmət növləri ilə fasiləsiz və etibarlı şəkildə təmin edilməsi sosial problemlərin həll edilməsinə səbəb olmaqdadır. İnsanlar bir neçə il əvvəl qarşılaşdıqları müəyyən sosial problemlərin aradan qaldırılmasına görə, dövlət başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Prezident İlham Əliyev rayonlara davamlı xarakter daşıyan bütün səfərləri zamanı daim insanlarla görüşərək onların qayğıları və sosial şəraiti ilə maraqlanır, vətəndaşları narahat edən məsələlərin həll olunması üçün müvafiq tapşırıqlarını verir. Bu isə təbii ki, ölkə vətəndaşlarının dərin rəğbətinə səbəb olur. ötən ilin mart ayında ölkə Konstitusiyasına edilmiş əsas əlavə və dəyişikliklərdən bir çoxu da məhz vətəndaşların sosial yaşayış şəraitinin daha da yüksəldilməsinə və respublikamızın iqtisadi dividentlərinin onların sosial həyatının zənginləşməsinə yönəldilməsi ilə bağlı maddələrdən ibarətdir.
Qeyd etdiyimiz faktorlar son illər Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin ümumi sayının xeyli azalmasına, üstəlik daxil olan müraciətlərin böyük əksəriyyətinin məzmununun müsbət xarakterli olmasına səbəb olub. 2009-cu ildə Prezident Administrasiyasına vətəndaşlar tərəfindən daxil olan müraciətlərin sayı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Artıq vətəndaşlardan daxil olan müraciətlərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasət, respublikamızda aparılan genişmiqyaslı quruculuq işləri və digər ölkə əhəmiyyətli tədbirlər barədə minnətdarlıq öz əksini tapmaqdadır. ölkə vətəndaşları öz müraciətlərində Azərbaycan Prezidentinin gördüyü işləri bəyəndiklərini və dövlət başçısını hər zaman dəstəkləyəcəklərini bildirirlər.
Göründüyü kimi, xalqın iqtidara olan dərin inamı ilbəil daha da möhkəmlənir və vətəndaşlar iqtidarın həyata keçirdiyi siyasətin mühüm bəhrələrini öz həyatlarında hiss etdiklərindən minnətdarlıq və razılıq hisslərini ifadə edirlər. Xalqla iqtidar arasında olan sıx vəhdət isə siyasi və iqtisadi islahatların daha geniş vüsət almasına zəmin yaratmış olur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqla iqtidar arasında sıx birlik ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək: “ölkə qarşısında duran bütün vəzifələri həll etmək üçün Azərbaycanda hər şey vardır - həm siyasi iradə, düşünülmüş siyasət, səfərbərlik, eyni zamanda, xalqla iqtidar arasında birlik və bizim təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi. Əgər bu olmasa idi, heç bir məsələni həll etmək mümkün olmazdı”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

