Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

19.02.2010 [09:50]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Aleksandr Şçıqlo Polşa Prezidenti Lex Kaçinskinin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Görüşdə Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbərinin ölkəmizə səfərinin Azərbaycan ilə Polşa arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığı vurğulanıb, dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin və həmçinin, ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin  regional əməkdaşlıq baxımından önəmi qeyd edilib. Dövlətimizin başçısı Polşa Prezidenti Lex Kaçinskinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Polşa dövlətinin başçısına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1102 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31