Millət vəkilləri Xocalı soyqırımının qurbanlarının xatirəsini yad ediblər
24.02.2010 [09:37]
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Millət vəkilləri öncə Xocalı soyqırımının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra cari məsələlərlə bağlı çıxışlar olub.
Sosial Rifah Partiyasının sədri, millət
vəkili Xanhüseyn Kazımlı çıxışında bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli iş aparılmaqdadır. O, Rusiyaya, Belarusa və Moldovaya səfəri zamanı Ermənistanın işğalçı siyasəti haqda həmin ölkələrin mətbuatında çıxış etdiyini deyib. Millət vəkili bu mövzuda rus dilində kitab üzərində də işlədiyini diqqətə çatdırıb.
Milli Məclisin Sosial siyasət komitəsi
nin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev bildirib ki, xalqımız tarixdə dəfələrlə etnik-təmizləmə siyasətinə məruz qalıb. Belə ki, SSRİ yaranmamışdan əvvəl çar Rusiyası tərəfindən, sonra isə sovet rejimi tərəfindən bu siyasətin həyata keçirilməsi nəticəsində azərbaycanlılar öz doğma torpaqlarından didərgin salınıb: “Keçmiş SSRİ-nin rəhbərliyinin qərarı ilə 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı öz dədə-baba torpaqlarından, indiki Ermənistandan deportasiya olunub. Həmin insanların bir hissəsi deportasiya zamanı dünyasını dəyişib. Bu faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində müəyyən tədbirlər görülsə də, işlər bundan sonra da davam etdirilməlidir”.
M.Quliyev bildirib ki, həmin insanlar repressiyaya da məruz qalıb. Qarabağ hadisələri başlayan zaman Ermənistan rəhbərliyi tərəfindən azərbaycanlıların öz torpaqlarından qovulduğunu deyən millət vəkili təklif edib ki, parlament bu məsələni müzakirəyə çıxarsın və öz torpaqlarından zorla çıxarılmış insanlara repressiyaya və deportasiyaya məruz qalmaları ilə bağlı status verilsin. Eyni zamanda, Ermənistandan təzminat tələb edilsin.
Millət vəkili Aynur Quliyeva Musa Quliyevin fikrini dəstəkləyib. O, həmçinin, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində tədbirlərin intensivləşdirilməsini təqdir edib.
Millət vəkili Gülhüseyn Əhmədov isə parlamentdə “İnnovasiya haqqında” qanun layihəsinin qəbul olunmasını təklif edib. Onun sözlərinə görə, bazar iqtisadiyyatı dövründə elmi-texniki tərəqqi kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Millət vəkili qeyd edib ki, vahid innovasiya siyasətinin yürüdülməsi inkişaf prosesində vacib şərtlərdəndir.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclis sədrinin başçılığı ilə İrandan səfərdən qayıdan nümayəndə heyətinin keçirdiyi görüşlər haqqında məlumat verilməsini xahiş edib. O, İranda Azərbaycana qarşı aksiya keçirildiyini və təhqirlərə yol verildiyini deyib: “Xocalı soyqırımının törədilməsində iştirak edən Ermənistan prezidentinin hansı haqla İranda əlini sıxırlar? Millət vəkilləri olaraq bu məsələyə etirazımızı bildirməliyik”.
Spiker Oqtay Əsədov millət vəkilinin sözlərinə cavab olaraq deyib ki, səfər haqqında da lazımi məlumat veriləcək: “İran-Azərbaycan münasibətlərində fərqli yanaşmalar var. Bir var populist yanaşma, bir də var dövlətçilik yanaşması... Biz İranla münasibətlərimizi hər zaman yüksək səviyyədə qurmalıyıq. Əfsus ki, həm o tərəf, həm də bu tərəfdə bu əlaqələrə mane olanlar var”.
YAP İcra katibinin müavini, mill
ət vəkili Mübariz Qurbanlı Türkiyənin Ermənistanla imzaladığı protokollarla bağlı qətiyyətli mövqe ortaya qoyduğunu deyib. Onun sözlərinə görə, hazırda Türkiyəyə qarşı təzyiqlər artmaqdadır: “ABŞ Konqresində qondarma “erməni soyqırımı” layihəsi müzakirəyə çıxarılacaq. Bu, Azərbaycanın da maraqlarına ziddir. Azərbaycan parlamenti bu məsələnin yenidən gündəmə gətirilməsinə görə etiraz məktubu ünvanlamalıdır. Mümkün olsa, Azərbaycan parlamenti bununla bağlı ABŞ-a məxsusi deputat qrupu da göndərməlidir”.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı M.Qurbanlının təkliflərini dəstəkləyib, ABŞ Konqresinə müraciət edilməsinin zəruriliyini vurğulayıb. M.İbrahimqızı, həmçinin, qızların təhsildən yayınması və erkən nikaha daxil olması ilə bağlı ciddi narahatlığa səbəb olan faktların mövcud olduğunu deyib: “Ailə Məcəlləsi”ndə qızların aşağı nikah yaşı 17 götürülür. Beynəlxalq sənədlərdə isə bu yaş həddi 18-dir. Azərbaycanda isə istisna hal kimi, hətta 16 yaşa icazə verilir. Məncə, bu yolverilməzdir”.
“Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti genişmiqyaslı fəaliyyət göstərir. Bu prosesdə Heydər Əliyev Fondunun da gördüyü işlər xüsusi əhəmiyyətə malikdir”. Bu sözləri isə millət vəkili Elman Məmmədov deyib. E.Məmmədov bildirib ki, əsl soyqırımı ermənilər törətdiyi halda, bəzi dövlətlər uydurma “erməni soyqırımı”nı tanımaq istiqamətində addımlar atır. ABŞ Konqresinin uydurma “erməni soyqırımı”nı müzakirəyə çıxarmasını pisləyən deputat qeyd edib ki, Türkiyə bu prosesə qarşı əks addım atmalıdır.
“Əgər ABŞ Konqresi uydurma “erməni soyqırımı”nı tanısa, onda Türkiyə Xocalı soyqırımını tanımalıdır” - deyə E.Məmmədov bildirib.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Milli Məclis Xocalı soyqırımı ilə bağlı indiyədək 75 müraciət, qətnamə və qərar qəbul edib: “Beynəlxalq müstəvidə də ilk dəfə soyqırıma qiymət verilib. 56 dövləti özündə birləşdirən İslam Konfransı Təşkilatı tərəfindən hadisəyə düzgün qiymət verilib və ilk dəfə insanlığa qarşı cinayət kimi tanınıb”.
Spikerin sözlərinə görə, biz işimizi bu sənədə uyğun qura bilərik. O, qeyd edib ki, hər bir vətəndaş Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün çalışmalıdır.
Sonra İKT Parlament Assambleyası tərəfindən qəbul edilən sənəd haqqında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib. Onun sözlərinə görə, İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla xanım Əliyevanın bu istiqamətdə xidmətləri böyük olub: “İlk dəfədir, dünyanın 56 ölkəsini birləşdirilən beynəlxalq təşkilat Xocalı soyqırımına qətliam kimi qiymət verib və bu faciə insanlığa qarşı cinayət kimi tanınıb. Bu ifadə genosidi əks etdirən anlayışdır. Bu, bizim əlimizə president verir. Bu qətnaməyə istinadən başqa beynəlxalq təşkilatlar tərəfindən də Xocalı soyqırımına düzgün qiymət verilməsi, eyni zamanda, İKT üzvü olan ölkələrin parlamentlərində məsələnin müzakirəyə çıxarılması və tanınması mümkündür”.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. İclasda Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Konstitusiya Qanunu qəbul olunub. Sənəd barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, Naxçıvan MR-nın Konstitusiyasına nəzərdə tutulan dəyişikliklərin bir qismi ötən il Azərbaycan Konstitusiyasına referendum yolu ilə edilmiş dəyişikliklərlə əlaqədardır. Bundan əlavə, bir qism dəyişikliklər Muxtar Respublikanın daxili məsələləri ilə bağlıdır, digər qism isə redaktə xarakterlidir.
Komitə sədri bildirib ki, Azərbaycan Konstitusiyasına görə, Naxçıvan MR-in ali vəzifəli şəxsi həm qanunvericilik, həm də bir sıra hallarda icra hakimiyyəti funksiyalarını həyata keçirir: “Layihədə onun səlahiyyətlərinə bir sıra əlavələr nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad olunmasına dair Azərbaycan Prezidentinə təqdimat verilməsi və ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Prezidentinə təkliflər verilməsi səlahiyyətləri əlavə olunub”.
Ə.Hüseynov bildirib ki, Azərbaycan Konstitusiyasında Milli Məclisin açıq və qapalı iclaslarının keçirilməsi prosedurları mövcuddur: “Referendumla MM-in qapalı iclaslarının keçirilməsi prosedurunu həll etmişik, bu məsələ Naxçıvan Ali Məclisinin sessiyalarında da öz əksini tapıb. Əlavəyə əsasən, 31 deputatın müraciəti ilə Naxçıvan Ali Məclisinin qapalı sessiyaları keçirilə bilər”.
Komitə sədrinin sözlərinə görə, Naxçıvan Ali Məclisi deputatları icra, məhkəmə sistemlərində qulluq etdiyi, din xadimi olduğu təqdirdə onların səlahiyyətlərinə xitam verilir: “Ali Məclis deputatları yalnız elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilərlər”.
Yeni dəyişikliklərə görə, Naxçıvan MR Ali Məclisində komissiyalarla yanaşı, komitələr də olacaq. Bundan əlavə, Naxçıvan MR-in prokuroruna Ali Məclisə qanunvericilik təşəbbüsü ilə müraciət etmək hüququ veriləcək.
İclasda, həmçinin, bir sıra dövlətlərarası sazişlər də təsdiq olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40

