Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

26.03.2010 [16:44]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Azərbaycan ilə Sinqapur arasında münasibətləri daha da inkişaf etdirmək üçün qarşılıqlı marağın və yaxşı potensialın olduğunu vurğulayıb. Prezident İlham Əliyev əməkdaşlığımızın perspektivlərini müzakirə etmək üçün Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun Azərbaycana səfərinin yaxşı imkan yaratdığını qeyd edib və əminliklə bildirib ki, bu səfər ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdirilməsi işinə xidmət edəcək. Azərbaycana səfər edən ilk sinqapurlu nazir olduğunu deyən Corc Yonq-Bun Yeo ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, Sinqapur Prezidenti Sellapan Rama Natananın Azərbaycan Prezidenti İlham Əliyevi Sinqapura dövlət səfərinə dəvət edən rəsmi məktubunu dövlətimizin başçısına təqdim edib.
Paylaş:
Baxılıb: 1004 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31