Azərbaycan Prezidenti Administrasiyasının nümayəndə heyəti Ankarada görüşlər keçirib
02.04.2010 [09:30]
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə paytaxtına rəsmi səfərə gedib. Aprelin 1-də - səfərin ikinci günü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ramiz Mehdiyevin və nümayəndə heyətinin şərəfinə ziyafət təşkil edib. Türkiyə xarici siyasət idarəsinin başçısı Ankaranın xarici siyasət kursundan ətraflı bəhs edib, Türkiyənin hər zaman qardaş Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyini vurğulayıb. Səmimi qəbula görə təşəkkürünü bildirən Ramiz Mehdiyev dünyanın güclü və aparıcı ölkələrindən biri olan qardaş Türkiyənin məruz qaldığı ikili standartlara qarşı mübarizədə Azərbaycanın hər zaman onun yanında olacağını söyləyib.
Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti daha sonra Ankaradakı Heydər Əliyev Parkına gəlib. Xalqımızın ümummili lideri Heydər Əliyevin burada ucaldılmış abidəsinin önünə tər çiçəklər qoyulub. Nümayəndə heyəti parkı gəzib, buradakı abadlıq işlərindən məmnun qalıb.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb, Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Türkiyə hökumətinin başçısına çatdırıb. Rəcəb Tayyib Ərdoğan da onun səmimi salamlarını Azərbaycan dövlətinin başçısı İlham Əliyevə çatdırmağı xahiş edib.
Görüşdə qardaş ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu, Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin bu münasibətlərin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb. Tərəflər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Sonra Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahinlə görüşüb.
Məhmət Əli Şahin bildirib ki, qardaş ölkələrimizin parlamentləri arasında təkcə sədrlər səviyyəsində deyil, müxtəlif səviyyələrdə faydalı əməkdaşlıq mövcuddur. Deputatlarımız beynəlxalq konfranslarda və tədbirlərdə ölkələrimizin maraqlarını birgə müdafiə edirlər. Türkiyə parlamentinin sədri Azərbaycanın sürətli inkişafına və beynəlxalq aləmdə getdikcə güclənməsinə diqqət çəkib.
Ramiz Mehdiyev bildirib ki, Türkiyə dünya və bölgə siyasətində mühüm rolu olan böyük dövlətdir. Son illər qardaş dövlətimizin beynəlxalq nüfuzu getdikcə artır. Bu fikirlər Rəcəb Tayyib Ərdoğanla görüşdə də səslənib. Bizim dövlət və hökumət nümayəndələrimiz daha tez-tez görüşməlidirlər.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri ölkəmizin işğal olunmuş torpaqları azad edilməyənə qədər Ermənistanla imzalanmış protokolların ratifikasiya olunmayacağına dair Türkiyənin parlament rəhbərliyinin bəyanatlarından məmnunluğunu ifadə edib. Bu qəti mövqe üçün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə rəhbərliyinə təşəkkürünü çatdırıb.
Görüşlərdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov da iştirak edib.
ötən gün Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Ankaradan İstanbula yola düşüb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

