Azərbaycan-Türkiyə əlaqələri ən yüksək zirvədədir
07.04.2010 [10:07]
Dərin tarixi köklərə malik Azərbaycan-Türkiyə əlaqələrini beynəlxalq münasibətlər sistemi üçün bir nümunə adlandırmaq olar. Bunun başlıca səbəbi isə, həmin əlaqələrin mərkəzində dayanan xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmasıdır. çünki bizim xalqlarımızın dostluğu, qardaşlığı böyük sınaqlardan çıxıb və tarixi yol keçib. Bu gün nəinki Türkiyə, ümumilikdə Türk dünyası üçün qəhrəmanlıq savaşı kimi xarakterizə edilən çanaqqaladakı savaşlarda türk qardaşları ilə birgə şəhid olan azərbaycanlıların qəbirləri, 1918-ci ildə Bakını bolşevik-daşnak birləşmələrinin işğalından azad edərkən şəhid olan türk mehmetciklərinin anıtları, həmçinin, digər bu kimi məqamlar deyilənlərin əyani sübutudur.
ötən əsrin əvvəllərindən inkişaf mərhələsinə qədəm qoyan bu əlaqələr 70 illik sovet işğalı zamanı dondurulsa da, XX əsrin 90-cı illərinin əvvəllərində yenidən bərpa olundu. Daha doğrusu, XX əsrdə ikinci dəfə tarixi şərait yarandıqdan və Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamından güc alan rəsmi Ankara Azərbaycan Respublikasının tanınmasına dair qərar verdi. Onu da qeyd etmək yerinə düşər ki, məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə reallaşdırılan siyasət qardaş dövlətlərin münasibətlərində “Bir millət iki dövlət” mərhələsinin əsasını qoydu. Həmin mərhələdən etibarən, iki qardaş ölkənin iştirakı və öncüllüyü ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrin təkcə regionun deyil, ümumilikdə dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığını da unutmaq mümkün deyil.
Eyni zamanda, qeyd etmək yerinə düşər ki, ötən hər il ərzində yeni çalarlar əlavə edilən bu əlaqələrin inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir. 2008-ci ilin sentyabrında Azərbaycana səfər edən Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Güllə görüşü zamanı iki ölkə arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev onu da bəyan edib ki, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri, çox fəal əlaqələrimiz, əlbəttə ki, bölgədə gedən proseslərə operativ reaksiya vermək imkanlarını da genişləndirir: “İkitərəfli müstəvidə birgə çoxlu layihələr icra olunur. Türkiyə və Azərbaycanı birləşdirən enerji və nəqliyyat dəhlizləri çox uğurla fəaliyyət göstərir. Bütün bunlar bizim birgə səylərimiz nəticəsində baş vermiş uğurlu hadisələrdir. Bir sözlə, bu gün hörmətli Prezidentlə ikitərəfli məsələləri müzakirə edərkən, bölgədə yaranmış vəziyyəti və baş vermiş hadisələri müzakirə edərkən, bir daha görürük ki, bizim mövqeyimiz birdir, maraqlarımız birdir və bu hadisələrə baxışlarımızda da fərq yoxdur. Bu, çox önəmlidir. çünki bu, həm iki ölkə arasında olan ənənəvi dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirir, digər tərəfdən, sirr deyil ki, Türkiyə və Azərbaycanın bölgədəki rolu və təsir imkanları böyüyür”.
Biz həqiqətən bir millətik
Beləliklə, tarixi köklərə, həmçinin, hər iki ölkənin xalqlarının və dövlət rəhbərlərinin iradəsinə əsaslanan Türkiyə-Azərbaycan əlaqələri ötən hər gün ərzində daha da inkişaf etməkdədir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin ötən həftə Türkiyəyə baş tutan rəsmi səfəri isə bu əlaqələrə növbəti təkan verib. Məlum olduğu kimi, martın 31-də Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyinə əklil qoyulması ilə başlanan səfər zamanı Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Milli Təhlükəsizlik Şurasında, Türkiyə Böyük Millət Məclisində və Ankara Qazi Universitetində yaddaqalan görüşlər keçirib. Nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Murad Mərcanla görüşü zamanı Ramiz Mehdiyev “bu gün mən öz Vətənimə gəlmişəm və burada öz qardaşlarımla görüşürəm. Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamının arxasında dərin mahiyyət dayanır. Bu, ilk növbədə, türk xalqlarının tarixi keçmişi ilə bağlıdır. Biz həqiqətən bir millətik. Sadəcə, tarixi proseslər iki dövlətin yaranmasına səbəb olmuşdur. Bu gün dövlətlərimiz arasında əlaqələr ən yüksək zirvədədir. Burada qardaşlarımla fikir mübadiləsi aparmaq, söhbət etmək mənə çox xoşdur” sözləri xüsusi maraqla qarşılanıb.
Azərbaycanın xarici siyasətində Türkiyənin xüsusi yeri var
Prezident Administrasiyasının rəhbərinin səfər çərçivəsində, Ankaradakı Qazi Universitetinin konfrans zalında “Azərbaycanın müasir vəziyyəti və Azərbaycan-Türkiyə əlaqələri” mövzusundakı məruzəsi də xüsusi maraq kəsb edib. Müstəqil Azərbaycanın dövlət quruculuğunun 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlandığını deyən natiq əlavə edib ki, iqtisadi yüksəlişin təməlini qoyan “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi güclənib. Prezident Administrasiyasının rəhbəri bildirib ki, Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bütün varlığı ilə öz xalqına xidmət göstərir. Dövlətimizin başçısı bütün ölkə həyatının modernləşməsi, iqtisadi və siyasi sistemin Avropa standartları səviyyəsinə qaldırılması, rəqabətədavamlı innovasiyalı cəmiyyət quruculuğunu prioritet sahələr elan edib. Azərbaycan Cənubi Qafqazın ən dinamik inkişaf edən ölkəsidir və ümumi daxili məhsulun artım həcminə görə dünyada da liderdir. Xarici siyasət isə balanslaşdırılmış təməldə aparılır. Bu siyasətdə qardaş Türkiyənin xüsusi yeri var. Bizim münasibətlərimizin regionda və dünyada analoqu yoxdur. Müstəqilliyinin ilk günlərindən Türkiyənin dəstəyini hiss edən Azərbaycan indi güclənib və Türkiyəyə də dəstək olub.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə keçirilən görüşdə Türkiyənin hər zaman qardaş Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyi vurğulanıb. Eyni zamanda, dünyanın güclü və aparıcı ölkələrindən biri olan qardaş Türkiyənin məruz qaldığı ikili standartlara qarşı mübarizədə Azərbaycanın hər zaman onun yanında olacağı bəyan edilib.
Əksər analitiklərin də vurğuladıqları kimi, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla və Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahinlə görüşü səfərin ən yaddaqalan məqamlarından biri olub. Sözügedən görüşlərdə qardaş ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu, Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin bu münasibətlərin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb. Eyni zamanda, qardaş ölkələrin parlamentləri arasında təkcə sədrlər səviyyəsində deyil, müxtəlif səviyyələrdə faydalı əməkdaşlığın mövcud olduğu bəyan edilib. Qeyd olunub ki, deputatlarımız beynəlxalq konfranslarda və tədbirlərdə ölkələrimizin maraqlarını birgə müdafiə edirlər. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri ölkəmizin işğal olunmuş torpaqları azad edilməyənə qədər Ermənistanla imzalanmış protokolların ratifikasiya olunmayacağına dair Türkiyənin parlament rəhbərliyinin bəyanatlarından məmnunluğunu ifadə edib.
Azərbaycan Türkiyə əleyhinə erməni lobbisinin fəaliyyətinə qarşı mübarizədə qardaş ölkəni dəstəkləyir
Yeri gəlmişkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi səfər çərçivəsində Ramiz Mehdiyevin İstanbuldakı “çırağan” sarayında Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşündə də əsas müzakirə mövzusu olub. “Hürriyyət”, “Sabah”, “Star” “Haber-türk” “Zaman” və digər nüfuzlu mətbuat orqanlarının Azərbaycanla bağlı suallarına cavab verən Ramiz Mehdiyev deyib ki, Türkiyə rəhbərliyinin Azərbaycan torpaqları işğaldan azad olunmayınca Ermənistanla protokolların təsdiq olunmayacağı barədə bəyanatları xalqımızı məmnun edir. Unutmaq lazım deyil ki, Ermənistan təkcə Azərbaycan torpaqlarına deyil, Türkiyənin ərazilərinə də göz dikib. Rəsmi İrəvan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və Madrid prinsipləri ilə razılaşmadığını bəyan edir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri deyib ki, doğrudur, bu prinsiplər Azərbaycanı qane etməsə də, biz bunu bir mərhələ kimi qiymətləndiririk. Təəssüf ki, 20 ildir münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupu işğalçı Ermənistandan təcavüzə son qoymağı tələb etmir. Azərbaycan indi hərbi sənayesini inkişaf etdirir və güclü ordu qurub. Biz, torpaqlarımızı işğaldan istənilən şəkildə azad etmək hüququna malikik. Eyni zamanda, Azərbaycan Türkiyə əleyhinə erməni lobbisi və onların havadarlarının fəaliyyətinə qarşı mübarizədə qardaş ölkəni dəstəkləyir. Prezident İlham Əliyev ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” qərarından sonra bəyanat verərək, qardaş Türkiyənin yanında olduğunu bildirib. Son zamanlar Rusiya və Türkiyənin Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərinin güclənməsi də Azərbaycanda məmnunluqla qarşılanır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24

