Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın sürətli iqtisadi artımı və uğurlu sosial proqramların icrası yoxsulluğun əhəmiyyətli dərəcədə azalmasına səbəb olub

Azərbaycanın sürətli iqtisadi artımı və uğurlu sosial proqramların icrası yoxsulluğun əhəmiyyətli dərəcədə azalmasına səbəb olub

10.04.2010 [13:18]

Lire Ersado: MDB və Avropanın bir sıra ölkələrində iqtisadiyyat dağılma həddinə yaxınlaşdığı halda, Azərbaycanda əvvəlki kimi, iqtisadi inkişaf dinamizmi qorunub saxlanmaqdadır
Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət maliyyə və makroiqtisadi sabitliyin təmin olunmasına, iqtisadi inkişafın davamlılığına və digər makroiqtisadi indikatorlar üzrə artım meyillərinin yaranmasına səbəb olub. İqtisadi strategiyanın başlıca hədəflərindən birinə çevrilmiş sosial siyasətin ilbəil dərinləşməsi isə əhalinin aztəminatlı hissəsinin yaşayış tərzinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına və yoxsulluğun səviyyəsinin aşağı düşməsinə zəmin yaradıb. Son 8 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi hər il orta hesabla 3 faiz aşağı düşüb və böhran dövründə belə, yoxsulluğun səviyyəsi artmayıb, əksinə, azalıb. Azərbaycanda son illərdə 2,5 milyon insan yoxsulluqdan xilas olunaraq orta gəlirli təbəqəyə qoşulub. Bu müsbət qiymətləndirmə Dünya Bankının (DB) ölkəmizlə bağlı hazırladığı yeni hesabatda öz əksini tapıb.
DB-nin “Azərbaycan: Həyat Şəraitinin Qiymətləndirilməsi Hesabatı”nda qeyd olunur ki, son illərdə Azərbaycanın sürətli iqtisadi artımı və uğurlu sosial proqramların icrası yoxsulluğun azaldılması sahəsində ciddi nailiyyətlərə yol açıb. Dünya Bankının baş iqtisadçısı Lire Ersadonun sözlərinə görə, 2001-2008-ci illərdə ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 13-dək azalıb. Azərbaycan hökumətinin həyata keçirdiyi sosial proqramlar, xüsusilə də 2006-cı ildən tətbiqinə başlanılan ünvanlı sosial yardım mexanizmi çox yüksək effekt verib. DB-nin iqtisadçılarının qənaətinə görə, sosial bölmə ilə yanaşı, bütün makroiqtisadi sektorlarda mühüm dinamizm meyilləri müşayiət edilib. ötən il iqtisadiyyatın digər sahələrində ciddi artımlar nəzərə çarpıb. Məsələn, nəqliyyat, rabitə, informasiya-kommunikasiya texnologiyaları, turizm, sənaye bölmələrində artım templəri müşahidə edilib. ümumilikdə, son 8 ildə Azərbaycan iqtisadiyyatı orta hesabla 20 faizdən çox artıb. Bunun əsasında neft bumu və hökumətin investisiya layihələrinə yönəltdiyi irihəcmli xərclər və düşünülmüş düzgün siyasət dayanır. Yeri gəlmişkən, DB 2010-cu ildə də yoxsulluğun azalma tempinin aşağı düşəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, Dünya Bankı ölkəmizdə həyat şəraitinin qiymətləndirilməsi metodologiyasını həyata keçirərkən qlobal iqtisadi böhran fonunda digər beynəlxalq maliyyə institutlarının, tədqiqat mərkəzlərinin araşdırmalarına da yer verib. Böhranın ayrı-ayrı ölkələrə, regionlara hansı səviyyədə təsir göstərməsi tədqiq olunub. Aparılan araşdırmalar və nüfuzlu maliyyə qurumları tərəfindən yayılan hesabatlar göstərir ki, dünyanın bir çox dövlətlərindən fərqli olaraq, Azərbaycan böhranın təsirlərindən ən effektiv şəkildə qorunan dövlətlər sırasında yer alıb. Cənab Ersadonun fikrincə, böhran dövründə Azərbaycan hökuməti güclü iradə nümayiş etdirərək müvafiq qabaqlayıcı tədbirlər görüb. Nəticədə Azərbaycan böhrandan ən az zərər görən dövlət olub. MDB və Avropanın bir sıra ölkələrində iqtisadiyyat dağılma həddinə yaxınlaşdığı halda Azərbaycanda əvvəlki kimi, iqtisadi inkişaf dinamizmi qorunub saxlanmaqdadır.
DB iqtisadi artımın ölkəmiz üçün perspek
tivlərinə toxunarkən, enerji resurslarının ixracını daha mühüm faktor kimi dəyərləndirir. Fondun mütəxəssislərinin qənaətinə görə, böhrandan sonra dünya iqtisadiyyatında müşahidə olunan canlanma enerji bazarına böyük təsir göstərəcək ki, bu da yanacaq resurslarının tədarükçüsü olan, o cümlədən, Azərbaycan üçün mühüm fayda vermiş olacaq. Hökumətin enerji ehtiyatlarının satışından əldə etdiyi gəlirlərdən səmərəli istifadəsi, həyata keçirilən uğurlu iqtisadi siyasət və digər bu kimi amillər ölkə iqtisadiyyatının dayanıqlığını və davamlı inkişafını bundan sonra da təmin edəcək. L.Ersado ölkəmizin gələcək iqtisadi inkişafının daha da yüksəlməsində neft sektorundan əldə olunan gəlirlərin iqtisadiyyatın qeyri-neft bölmələrinə yönəldilməsinin mühüm rol oynayacağına inandığını söyləyib. ümumiyyətlə, hökumətin iqtisadiyyatın diversifikasiyası ilə bağlı siyasəti dərinləşdirməsi yaxın illərdə Azərbaycanın yüksək gəlirli ölkələr sırasına daxil olmasına imkan verəcək.
DB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qriqori Yedjeyçak isə hesab edir ki, 2010-cu ildə və qarşıdakı illərdə Azərbaycanda makroiqtisadi göstəricilər nikbin ssenarilər üzrə müşayiət ediləcək və ümumilikdə iqtisadi artım tempi davamlı xarakter daşıyacaq. 2010-cu ildə ölkəmizdə üDM-in artım tempi 6,6 faiz proqnozlaşdırır. ümumiyyətlə, bu il dünya üzrə iqtisadi artım 2 faizdən çox olmayacaq. Avropa və Mərkəzi Asiya regionunda ümumi daxili məhsulun artım tempi 1,6 faiz proqnozlaşdırılır. Azərbaycanda isə inkişaf dinamikası 6 faizdən aşağı olmayacaq, bu isə ümumdünya inkişaf göstəricisindən 4 dəfə çox deməkdir. Bankın iqtisadçılarının proqnozlarına görə, 2010-cu ildə inkişaf dinamikasına görə Avropa miqyasında aparıcı dövlətlərdən biri Azərbaycan olacaq. Qriqori Yedjeyçakın qənaətinə görə, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernizasiyasının təmin olunmasına dəstək verən siyasətin dərinləşdirilməsi, inflyasiyanın aşağı salınması, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluq səviyyəsinin artırılması, çevik makroiqtisadi idarəetmənin həyata keçirilməsi hökumətin uğurlarını təmin edən başlıca elementlərdir.
DB Azərbaycan hökuməti ilə qarşıdakı illərdə strateji əməkdaşlıq proqramı çərçivəsində respublikamıza veriləcək kredit tranşlarının məbləğini artırmaq niyyətində olduğunu da açıqlayıb. Dünya Bankı Azərbaycanda avtomobil yollarının yenidən qurulması və infrastruktur layihələrinin maliyyələşdirilməsinə bu il 250 milyon dollardan artıq vəsait yönəltməyi nəzərdə tutur. Yeri gəlmişkən, 2010-cu ilin yanvar-fevral aylarında bank tərəfindən ölkəmizə yönəldilmiş investisiyaların həcmi 27 milyon 752,9 min manat təşkil edib. Bu isə ötən illə müqayisədə 3,7 dəfə artım deməkdir. DB 2011-2014-cü illərdə ölkəmizə 1 milyard dollar məbləğində kredit ayırmağı planlaşdırır. Xatırladaq ki, DB ölkəmizə əməkdaşlıq strategiyası çərçivəsində indiyədək 2 milyard dollardan artıq kredit verib.
Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1047 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31