Şirvan şəhərində böyük sənaye potensialı yaradılıb
14.04.2010 [09:27]
Azərbaycan iqtisadiyyatının bütün sahələri hazırda inkişafın yüksək mərhələsindədir. Buna son illər Respublikamızda aparılan sistemli və məqsədyönlü siyasət sayəsində nail olunub. Bildiyimiz kimi, ölkə iqtisadiyyatının inkişafının əsas istiqamətlərindən birini də sənayenin inkişafı təşkil edir. Əsas məqsəd elmtutumlu, rəqabətədavamlı, yüksək texnologiyalı sənaye məhsullarının istehsalını təmin etməkdir. Məlum olduğu kimi, respublikamızın əsas sənaye mərkəzi Bakı və ümumilikdə Abşeron yarımadası hesab olunur. Lakin həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində yaxın gələcəkdə Şirvan şəhərinin sənaye əhəmiyyətinə görə Bakı ilə eyni pilləyə yüksələ biləcəyini söyləmək olar.
Bu məqsədlə, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq nəzərdə tutulan tədbirlər Şirvanda da uğurla icra olunur. Burada son illər görülən işlər nəticəsində şəhərin iqtisadi göstəriciləri xeyli yaxşılaşıb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, şəhərin məhsul buraxılışının həcmi 2008-ci illə müqayisədə keçən il artaraq 221 milyon manatdan çox olub, sənaye məhsulunun həcmi isə 186 milyon manata yüksəlib. Bununla yanaşı, istehsal olunan sənaye məhsulunun 506 min tonunu xam neft, 21 milyon kubmetr həcmində qaz və 2 milyard 657 milyon kilovat-saat elektrik enerjisi təşkil edib. Bölgənin iqtisadi inkişafında diqqəti cəlb edən daha bir xüsusiyyət ondan ibarətdir ki, digər sahələrdə olduğu kimi, sənaye sahəsində də özəl sektorun rolu artmaqdadır. Belə ki, sənaye məhsullarının istehsalının 66,6 faizinin qeyri-dövlət sektorunun payına düşməsi buna əyani sübutdur.
Qeyd etmək lazımdır ki, Şirvan, əsasən müdafiə sənayesi üzrə ixtisaslaşan bir şəhərə çevrilməkdədir və burada bir çox müasir tipli müəssisələr istifadəyə verilib. Prezident İlham Əliyev bu yaxınlarda bölgəyə baş tutan səfəri çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin Aqreqat İstehsalat Birliyinin “Araz” zavodunun açılışında iştirak edib. Hələ 1980-ci ildə fəaliyyətə başlayan zavodda 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra əsaslı yenidənqurma işlərinə başlanıldı. Zavodun yenidənqurma işlərinin başa çatdığı sahələr isə hazırda istehsal fəaliyyəti göstərməkdədir. Əlavə edək ki, quruculuq işlərinin bu ilin sonuna qədər tam yekunlaşacağı nəzərdə tutulan zavodda yüzlərlə insan işlə təmin olunacaqdır. Qeyd edək ki, mülki və hərbi təyinatlı məhsullar istehsal edən bu zavodun açılışı Şirvanda formalaşdırılan müdafiə sənayesinin inkişafına böyük töhfədir. Elə bu səbəbdən də, Azərbaycanın müdafiə sənayesinin inkişafında Şirvanın önəmini xüsusi qeyd edən dövlət başçısı bildirib ki, Şirvan şəhəri Bakıdan sonra müdafiə sənayesi ilə bağlı ikinci şəhərdir: “Amma bir halda, bu istiqamətdə ixtisaslaşma gedir, hesab edirəm ki, müdafiə sənayesinin möhkəm bazası üçün Şirvan şəhərində bütün imkanlar vardır”. Mövcud imkanların lazımınca dəyərləndirilməsi üçün həm texniki, həm də peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilir.
Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyi Aqreqat İstehsalat Birliyinin telemexanika zavodunda aparılan yenidənqurma işlərinin gedişi ilə də maraqlanıb. Sözügedən müəssisə təkcə müdafiə sənayesi üçün deyil, iqtisadiyyatın digər sahələri üçün də avadanlıqlar və ehtiyat hissələri hazırlayır.
Onu da əlavə edək ki, Şirvanda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində çoxlu sayda müəssisələr var və onların hər birinin təkmilləşdirilməsi, yüksək standartlara uyğunlaşdırılması istiqamətində işlər gedir. Görülən işlər öz müsbət nəticələrini çox gözlətməyib. Belə ki, 2009-cu ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ümumi məhsul istehsalını əvvəlki illə müqayisədə 1,5 dəfə artırıb. Əgər Şirvanda müdafiə sənayesi müəssisələrinin yenidənqurulması prosesinin hazırda davam etdirildiyini nəzərə alsaq, onda qarşıdakı illərdə istehsal həcminin dəfələrlə artacağını söyləmək olar.
Şübhəsiz ki, Şirvanın sahib olduğu potensialdan geniş istifadə nəticəsində bu şəhər Azərbaycan sənayesinə, xüsusən də, müdafiə sənayesinə daha böyük töhfə verəcək.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

