İdman Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biridir
20.04.2010 [09:18]
Prezident İlham Əliyev dünən Bakıda keçirilən güləş üzrə Avropa çempionatının qalibi olmuş Azərbaycan idmançılarını, onların məşqçilərini və Milli Güləş Federasiyasının rəhbərliyini qəbul edib. Dövlətimizin başçısı güləşçiləri Avropa çempionatında qazanılan qələbə münasibətilə təbrik edib: “Avropa çempionatında 10 medal qazanmaq böyük nailiyyətdir. Onlardan 7-si qızıl medaldır. Bu, bir daha onu göstərir ki, Azərbaycanda güləş məktəbi öz gözəl ənənələrini saxlayır, qoruyur və bu qələbə təsadüfi xarakter daşımır. çünki artıq bir neçə ildir ki, güləşçilərimiz Avropa və dünya çempionatlarından böyük qələbələrlə Vətənə qayıdırlar. Bu çempionatın xüsusiyyəti ondan ibarətdir ki, o, Bakıda keçirilmişdir. Bir həftə ərzində həm yarışları seyr edən tamaşaçılar, həm də ki, televiziya vasitəsilə yarışlara baxan vətəndaşlarımız böyük həyəcan içində idilər və qələbə gözləyirdilər. Bu qələbələr bütün Azərbaycan xalqını sevindirdi. Yeddi dəfə dövlət himnimiz səsləndi və bu gün Azərbaycan güləşçiləri dünya miqyasında ən güclülərin sırasındadırlar. Bu qələbənin səbəbi əlbəttə ki, Azərbaycanda idmana və idmançılara olan qayğıdır, idmana cavabdehlik daşıyan bütün qurumların vahid mövqe nümayiş etdirməsidir”.
Güləşin Azərbaycanda həmişə populyar olduğunu bildirən dövlətimizin başçısı Bakıda keçirilən çempionatda gənc idmançıların uğurlu çıxışlarından şad olduğunu və onların tarixi nailiyyətlərə imza atdıqlarını diqqətə çatdırıb: “Bizim bütün imkanlarımız ona səfərbər olunub ki, Azərbaycanda həm sağlam həyat tərzi üstünlük təşkil etsin, - bunu etmək üçün ilk növbədə idmana diqqət göstərilməlidir, - həm də gözəl peşəkar idmançılar yetişdirilsin ki, onlar da öz növbəsində ölkəmizin şöhrətini daim yüksəklərdə saxlasınlar. Bax, bu iki mühüm amilin birləşməsi uğurlarımızı şərtləndirən əsas məsələdir”.
Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasının xidmətlərini vurğulayaraq bildirib ki, federasiyada işgüzar ab-hava var. Daha sonra idmanın Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə idman sahəsində varisliyin və ənənələrin qorunub saxlandığını, bu işdə idman veteranlarının rolunu vurğulayıb, onlara daim qayğı göstərilməsinin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev bildirib ki, idman karyerasını başa vurduqdan sonra veteran idmançıların cəmiyyətin həyatında səmərəli fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması vacibdir. Dövlətimizin başçısı Azərbaycanda həm ölkə rəhbərliyi, həm də ictimaiyyət tərəfindən idmana və idmançılara böyük hörmətin olduğunu, onlara xüsusi qayğı və dəstək verilməsinin ölkəmizdə idmanın kütləvi xarakter almasında həlledici amillərdən biri olduğunu deyib. Azərbaycanda, həmçinin, regionlarda gənclərin həm kişi, həm də qadın idman növləri ilə fəal məşğul olduğunu deyən Prezident İlham Əliyev bəzi idmançıların yığma komandalarımızda çox da böyük olmayan müddətdə iştirak etmələrinə baxmayaraq, onların ölkəmizi layiqincə təmsil etdiklərini və vətənpərvərlik nümunəsi göstərdiklərini bildirib.
Azərbaycanın çoxmillətli ölkə olduğunu və burada müxtəlif millətlərin nümayəndələrinin bir ailə kimi, qardaşlıq və dostluq şəraitində yaşadığını bildirən Prezident İlham Əliyev idman komandalarımızda da eyni mühitin hökm sürdüyünü və idmançılarımızın birlikdə mühüm nailiyyətlər qazandıqlarını qeyd edib.
Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Elçin Cəfərov, Avropa çempionları Xetaq Qazyumov və Sona Əhmədli, Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov dövlətimizin başçısına ölkəmizdə idmana və idmançılara göstərdiyi diqqət və qayğıya görə təşəkkür ediblər.
Prezident İlham Əliyev bu mühüm qələbə münasibətilə idmançılara bir daha təbriklərini çatdırıb və onlara növbəti illərdə də uğurlar arzulayıb.
Sonda görüş iştirakçıları Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdiriblər.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

