Prezident İlham Əliyevin ekoloji məsələlərin həlli ilə bağlı göstərişləri uğurla icra olunur
22.04.2010 [09:59]
Bu zərurəti nəzərə alan ölkə başçısı İlham Əliyevin birbaşa göstərişləri ilə Azərbaycanda ekoloji məsələlərin həlli istiqamətində genişmiqyaslı tədbirlərə start verilib. Yaşıllığın ləğvi istiqamətində hərəkətlərin qarşısı alınıb və yaşıllaşdırma sürətləndirilib. Bununla bağlı müvafiq qurumlarla birgə işlərə başlanıb. ölkəmizdə ekoloji tarazlığın bərpası və ətraf mühitin qorunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ili “Ekologiya ili” elan edib. Dövlət başçısının tapşırığına əsasən, “Ekologiya ili” çərçivəsində bir sıra mühüm tədbirlər, həmçinin, yaşıllaşdırma kampaniyasına başlanıb. Bir sözlə, bu Sərəncama uyğun olaraq, həyata keçiriləcək tədbirlərdə yaşıllaşdırma prioritet istiqamət olacaq. Prezident İlham Əliyevin bu il ərzində ölkədə 3 milyon ağac əkilməsi barədə göstərişinə uyğun olaraq tədbirlər planı tutulub. Plana əsasən, yaşıllıqlar iki istiqamətdə artırılacaq.
Birinci istiqamət boş ərazilərə yaşıl örtük salınmasıdırsa, ikinci istiqamət magistral yol ətrafının yaşıllaşdırılmasıdır. ETSN-in həyata keçirdiyi yaşıllaşdırma tədbirləri ilə bağlı texniki əsaslandırma da hazırlanıb. Yalnız bu istiqamətdə 11 layihə tərtib olunub. Həmin layihələrdə yaşıllıq salınacaq ərazinin seçilməsindən tutmuş tətbiq ediləcək suvarma texnologiyasına qədər hər bir texniki amil nəzərə alınıb. Yaşıllaşdırılacaq ərazilər əsasən, Abşeron yarımadasında seçilib. Ekoloji problemlərin böyük hissəsi, məhz bu ərazidə olduğundan problemin həllinə də buradan başlanıb. Onu da qeyd edək ki, yaşıllaşdırılacaq ərazilər seçilərkən ilk növbədə istifadəsiz olan, gözdən uzaq qalaraq bərk tullantılar poliqonuna çevrilmiş ərazilərə üstünlük veriləcək. Bu isə, həm ərazilərin zibilliklərdən təmizlənməsində, həm də yaşıllıqların artırılmasında mühüm rol oynayacaq. Artıq bu prosesə start da verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin, magistral avtomobil yollarının kənarlarının yaşıllaşdırılması ilə bağlı prosesdə xüsusi fəallıq göstərib. Təkcə bu ilin birinci rübü ərzində “Azəryaşlandşaft” ASC Əzizbəyov-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafının abadlaşdırılması, mövcud yaşıllıqların bərpası istiqamətində xeyli iş görüb. Keçmiş Binə və Sədərək ticarət mərkəzlərinin yerində 85 ha ərazinin 60 ha ərazisi abadlaşdırılıb. 74 min ədəd müxtəlif cins ağac və kol bitkiləri əkilib. Bayıl yamacında 60 ha ərazinin 30 ha ərazisi yaşıllaşdırılıb. 15 min ədəd müxtəlif cins ağac və kol bitkiləri əkilib, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq hissəsi 57,6 ha ərazisinin 32 ha yaşıllaşdırılıb. Burada 42 min ədəd ağac əkilib.
Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində 46 hektar ərazinin 10 hektarı yaşıllaşdırılıb. Məlumata görə, burada 13 min ədəd müxtəlif cins ağac və kol bitkiləri əkilib. Bakı-Quba magistral avtomobil yolunun Z.Tağıyev qəsəbəsi hissəsində 80 hektar ərazinin 10 hektarı yaşıllaşdırılıb. Burada isə 12 min ədəd müxtəlif cins ağac və kol bitkiləri əkilib. Bakı-Şamaxı magistral avtomobil yolunun Pireküşkül-çaylı hissəsində isə 80 hektar ərazinin 10 hektarı yaşıllaşdırılıb, 10 min ədəd ağac və kol bitkiləri əkilib.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxSosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58

