Azərbaycan ilə YUNESKO arasında əlaqələr daha da möhkəmlənir
30.04.2010 [10:10]
Məlum olduğu kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Parisdə səfərdədir. Səfər çərçivəsində ölkəmizin birinci xanımı YUNESKO-nun iqamətgahında bu qurumun yeni seçilən baş direktoru İrina Bokova ilə görüşüb.
Qeyd edək ki, 1945-ci ildən fəaliyyət göstərən YUNESKO Azərbaycan ilə sıx əməkdaşlıq edir. Mehriban xanım Əliyevanın səyləri nəticəsində isə bu əməkdaşlıq daha da inkişaf etdirilir.
Mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşən təşkilatın tərkibinə dünyanın müxtəlif ölkələrində yerləşən 67 büro və altbölmələr daxildir. Hazırda 193 ölkə bu təşkilatın üzvüdür. YUNESKO-nun əsas məqsədi-irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir.
YUNESKO millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirərək, anlaşmanı təmin etmək, insanları bir-birinə yaxınlaşdırmaq, habelə, dünyanın geri qalmış ölkələrində kütləvi savadsızlığın aradan qaldırılması kimi prolitet istiqamətləri özünün əsas fəaliyyəti hesab edir. Bu təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən biri də tarixi mədəniyyət abidələrinin mühafizə edilməsidir. YUNESKO hazırda beynəlxalq sənətkarlar və alimlərin qurduqları təşkilatları dəstəkləyərək, elmin və müxtəlif mədəniyyətlərin yayılmasına kömək göstərir. Bu sahədəki ən mühüm işlər şərq-qərb mədəniyyət dəyərlərinin araşdırılması mövzusu üzərində qurulub.
YUNESKO, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Həmçinin, aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESKO və s.) da müqavilə əlaqələrinə malikdir.
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasətini həyata keçirib. öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, texniki yardımların, həmçinin, elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verən YUNESKO ilə əməkdaşlıq etmək qərarına gələn respublikamız 1992-ci il iyulun 3-də həmin təşkilata daxil olub.
YUNESKO - Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addım isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən atılıb. Ulu öndər 1993-cü ilin dekabr ayında Fransa respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun o zamankı Baş Direktoru Federiko Mayorla görüşüb. Tərəflər əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə ediblər.
YUNESKO-nun Nizamnaməsinin VII maddəsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə, Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Bu səbəbdən də, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılıb və ümummilli lider Heydər Əliyev bununla bağlı 21 fevral 1994-cü il tarixində Sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Komissiya Azərbaycanın Xarici İşlər Nazirliyinin nəzdində yaradılıb.
2005-ci il, sentyabrın 15-də isə dövlət başçısı İlham Əliyev YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilib. Qeyd edək ki, Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir.
ölkəmizlə YUNESKO-nun sıx əməkdaşlığı nəticəsində Azərbaycana məxsus bir sıra maddi-mədəni milli sərvətlər beynəlxalq miqyasda layiqli qiymət alıb. Belə ki, Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil edən muğam sənəti 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunub. Və YUNESKO Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malik olan muğamı “bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri” elan edib. Onu da qeyd edək ki, məhz ölkəmizin birinci xanımı Mehriban Əliyevanın diqqəti və dəstəyi nəticəsində Azərbaycanın muğam sənəti YUNESKO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil edilib.
Milli muğam sənətinin qorunub saxlanılması, inkişaf etdirilməsi və beynəlxalq miqyasda tanınması məqsədilə Prezident İlham Əliyevin 2005-ci il 6 aprel tarixli Sərəncamına əsasən, Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilib. Bu xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama ucaldılan möhtəşəm abidədir.
Azərbaycan dövlətinin muğam sənətinə olan qayğısının daha bir təzahürü isə dünyada ilk dəfə olaraq, Beynəlxalq Muğam Festivalının və “Muğam aləmi” beynəlxalq elmi simpoziumun məhz ölkəmizdə keçirilməsidir. Layihə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə yazılan parlaq səhifələrdən biri isə Azərbaycanın aşıq sənətinin də YUNESKO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsidir. Bu hadisə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir. Bu istiqamətdə Azərbaycanın növbəti uğuru isə Novruz bayramının da YUNESKO-nun qeyri-maddi-mədəni irs siyahısına salınmasıdır.
Bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanın qeyri-maddi-mədəni irsinin, xüsusilə, muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynayıb. Son olaraq xatırladaq ki, YUNESKO-nun mədəni irsi siyahısına Azərbaycanın tarixi və zəngin mədəniyyətində özünəməxsus yeri olan Qobustan və İçərişəhər də daxil edilib.
Turanə QADİRQIZI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

