Cəlilabad Azərbaycanda inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlardan biridir
01.05.2010 [08:49]
Xəbər verdiyimiz kimi, aprelin 29-da Prezident İlham Əliyev Cəlilabad rayonunda olub.
ölkənin bütün regionları kimi, Cəlilabad rayonu da özünün yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da möhkəmlənib, əhalinin yaşayış səviyyəsi yüksəlib, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət alıb. Cəlilabadda əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün də ardıcıl tədbirlər görülür. Yaşayış məntəqələrinin su, qaz, elektrik enerjisi ilə tam təchizatı üçün əməli işlər görülür. ötən il rayonda ümumi məhsul istehsalının həcmi 2003-cü ilə nisbətən 2,9 dəfə, əsas kapitala qoyulan investisiyalar 6,7 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,2 dəfə artıb. Hazırda rayonda genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri davam edir. Yeni park və xiyabanlar salınır, yollar çəkilir, kənd yolları abadlaşdırılır, məktəblər tikilir. 2003-2009-cu illərdə rayonda 12 min 800-ü daimi olmaqla, 22 min 480 yeni iş yeri yaradılıb. Dövlətimizin başçısının tapşırığına əsasən, rayonda ümumi tutumu 22 min ton olan 8 taxıl anbarının, hər biri 2 min tonluq 2 soyuducu kameranın, tərəzi qurğusunun və bir çox digər obyektlərin tikintisinə başlanıb.
Prezident İlham Əliyev əvvəlcə Ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Prezident İlham Əliyev Cəlilabadda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və muzeylə yaxından tanış olub.
Məlumat verilib ki, Cəlilabad rayonu tarixi abidələrlə zəngin bölgələrdən biridir. Rayon ərazisində 50 tarixi-arxeoloji abidə mövcuddur. Cəlilabadda eneolit dövrünə aid Əliköməktəpə və Mişarçay yaşayış yerləri, 4-cü minilliyə aid Qurudərə yaşayış məskəni, tunc dövrünə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr var.
İnşasına bu ilin əvvəlində başlanılan Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi qısa müddətdə başa çatdırılıb. Binası orijinal memarlıq üslubunda inşa edilən muzeyin ümumi sahəsi 300 kvadratmetrdir. Prezident İlham Əliyev muzeyin girişində quraşdırılan forostendlərə baxıb. Burada Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Cəlilabad rayonuna səfərlərini əks etdirən fotolar var.
Muzeyin müxtəlif bölmələrində Cəlilabadın qədim tarixini əks etdirən eksponatlar, o cümlədən rayonda aparılan arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar nümayiş etdirilir. Burada, həmçinin etnoqrafik guşə yaradılıb. Muzeydə 3000-ə yaxın eksponat saxlanılır, son tunc, erkən dəmir, tunc, antik, dəmir dövrləri və orta əsrlərə aid gil qablar, əmək alətləri və bəzək əşyaları, orta əsrlərin silahları, gil və mis qablar nümayiş etdirilir. Muzeyin həyətində Cəlilabadın qədim tarixini əks etdirən daş eksponatlar da toplanıb.
Prezident İlham Əliyev Cəlilabaddakı şahmat məktəbinin açılışında iştirak edib.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və məktəblə yaxından tanış olub.
Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafı ilə bağlı xidmətlərinə həsr olunan fotoguşə yaradılıb.
Bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında” Sərəncamı və “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na uyğun olaraq beynəlxalq standartlar səviyyəsində tikilmiş şahmat məktəbinin ümumi ərazisi 550 kvadratmetrdir. Məktəbin şahmat fiquru olan top şəklində tikilən binası 6 mərtəbəlidir. Hər mərtəbədə yarış, təlim-məşq, xüsusi şahmat proqramları ilə yüklənmiş kompyuter zalları var. Bütün mərtəbələrdə müasir tipli elektron və maqnit şahmat lövhələri quraşdırılıb. Müasir maddi-texniki bazaya malik olan məktəbdə şahmat üzrə müxtəlif səviyyəli yarışların keçirilməsi üçün hər cür şərait yaradılıb. Ərazi abadlaşdırılıb, məktəbin girişində şahmat fiqurları quraşdırılıb.
Prezident İlham Əliyev burada uşaqlarla şahmat oynayıb, onlara idman karyeralarında uğurlar arzulayıb.
Prezident İlham Əliyev Cəlilabadda əlil və şəhid ailələri üçün dördmərtəbəli, 36 mənzilli yaşayış binasının istifadəyə verilməsi mərasimində iştirak edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlətimizin başçısına məlumat verib ki, Cəlilabadda əlillər və şəhid ailələri üçün tikilən binadakı 36 mənzilin hər biri ümumi sahəsi 68,7 kvadratmetr olan 2 otaqdan ibarətdir. Binada əlillərin sərbəst hərəkəti üçün xüsusi qurğular quraşdırılıb, fərdi qazanxana, nasosxana, transformator yarımstansiyası, su anbarı var. Binanın həyətyanı sahəsində abadlıq işləri aparılıb, ağac və gül kolları əkilib, uşaq meydançası yaradılıb.
Prezident İlham Əliyev yeni mənzil alanları təbrik edib.
Prezident İlham Əliyev Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib. Mərkəzin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev səhiyyə ocağının açılışını bildirən lenti kəsib və mərkəzlə tanış olub. Məlumat verilib ki, bu müasir səhiyyə ocağı üçmərtəbəli əsas korpusdan, yardımçı binalardan, o cümlədən transformator otağı, qazanxana, mətbəx, camaşırxana, dializ materialları anbarı, patoloji anotomiya binası, keçid məntəqəsi, anbar, avtomobillər üçün qaraj, su anbarından ibarətdir. Mərkəzdə qəbul, hemodializ, poliklinika, şüa-diaqnostika, laboratoriya, inzibati, cərrahiyyə, anesteziologiya, reanimasiya, əməliyyat bloku və ümumi sterilləşdirmə bloku fəaliyyət göstərir. Hemodializ şöbəsində 10 dəst hemodializ aparatı quraşdırılıb. Böyrək çatışmazlığından əziyyət çəkən 60 xəstə bu aparatlar vasitəsilə hemodializ seansları alacaq. Əməliyyat bloku 4 əməliyyat otağından ibarətdir və otaqların hər birində xaricdə istehsal olunan yüksək keyfiyyətli tibbi avadanlıq quraşdırılıb. Şüa-diaqnostika şöbəsi kompyuter tomoqrafiya və rentgen aparatları ilə təchiz olunub. Poliklinika şöbəsində bütün növ xəstəliklərin müayinəsi və müalicəsi üçün kabinetlər fəaliyyət göstərir. Otaqlar müasir tibbi avadanlıq və mebellə təchiz edilib.
260 nəfərin daimi işlə təmin ediləcəyi Müalicə-Diaqnostika Mərkəzinin laboratoriya şöbəsində biokimyəvi, mikrobioloji, hematoloji və immunoloji-seroloji analizlərin aparılması mümkündür. Yaradılmış şəraitdən razılığını bildirən Prezident İlham Əliyev əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi ilə bağlı tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev mərasim iştirakçılarını salamlayaraq deyib ki, gözəl, müasir diaqnostika mərkəzinin açılışı doğrudan da böyük hadisədir: “Cəlilabad rayonunun tibb müəssisələrinin arasında bu, yəqin ki, ən gözəl, ən möhtəşəm mərkəzdir. Həm müayinə, həm müalicə aparılacaq, müxtəlif əməliyyatlar keçiriləcək, ən gözəl avadanlıq quraşdırılacaqdır. Burada ən müasir səviyyə təşkil edilməlidir. Elə etməliyik ki, burada tibbi xidmət çox yüksək səviyyədə olsun. Əminəm ki, həkimlər, tibb işçiləri də burada yaxşı xidmət göstərəcəklər. Burada bütün xidmətlər - müayinə, müalicə, bütün əməliyyatlar pulsuz olacaqdır. Elə etməliyik ki, rayon sakinləri vaxtaşırı buraya gəlib sağlamlığını bərpa etsinlər, müayinədən keçsinlər. Ən azı ildə bir dəfə hər bir vətəndaş gərək diaqnostikadan keçsin. Belə olan halda insanlarımız sağlam olacaq, xəstələnməyəcək və son illər ərzində Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi uğurlar daha da əhəmiyyətli olacaqdır. çünki bütün bu işlərin təməlində insan amili dayanır. İnsanlara xidmət, insanların ömrünün uzadılması, sağlam həyat tərzi, sağlamlıq - bütün bunlar çox vacib məsələlərdir. İndi bizdə imkanlar var ki, müxtəlif yerlərdə, böyük şəhərlərdə, rayonlarda ən müasir tibb xidməti göstərək. Bu, çox vacibdir. Təkcə Bakıda, yəni paytaxtda deyil, müxtəlif bölgələrdə müalicə-diaqnostika mərkəzləri tikilir. Vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş mərkəzi rayon xəstəxanaları əsaslı təmir olunur, yeni xəstəxanalar, tibb ocaqları tikilir. Yəni, Azərbaycanda bu proses çox geniş vüsət alıbdır. Bu, bir daha onu göstərir ki, siyasətimizin təməlində insana münasibət və qayğı durur. Hər şey - həm iş yerləri, həm iqtisadi imkanlar, həm sənaye potensialının gücləndirilməsi və ilk növbədə sosial məsələlərin həlli Azərbaycan vətəndaşları üçün olmalıdır. Ona görə indi Bakıda ən müasir standartlara cavab verən bir neçə elmi tədqiqat mərkəzləri əsaslı təmir olunub və yüksək xidmət göstərir. Bölgələrdə - demək olar ki, bütün bölgələrdə ya Dövlət Neft Şirkətinin xətti ilə belə gözəl mərkəzlər, ya da Səhiyyə Nazirliyinin xətti ilə xəstəxanalar tikilir. Demək olar ki, bütün bölgələrdə artıq yüksək tibbi xidmət göstərilir. Elə etməliyik ki, hər bir rayonda, rayon mərkəzində belə gözəl şərait olsun. Belə olarsa, onda, biz demək olar ki, səhiyyə sahəsindəki islahatların böyük hissəsini həll edə bilərik. Bu, bizim üçün prioritet məsələdir və son illər ərzində bu sahədə böyük investisiyalar qoyulub. Bu investisiyalar insan kapitalına qoyulan investisiyalardır. Mən çox şadam ki, Cəlilabadda bütün başqa sahələrdə də işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır. Cəlilabad Azərbaycanda inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlardan biridir”.
Sonra rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdiriblər.
Prezident İlham Əliyev “Cəlilabad Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin açılışında iştirak edib. Müəssisə ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, şərab zavodunda məhsul istehsalı ən müasir texnologiyalar əsasında aparılır. Keçmiş üzüm istehsalı və emalı müəssisəsinin ilkin emal zavodunun bazasında yaradılan müəssisə 2007-ci ildə investisiya müsabiqəsi yolu ilə özəlləşdirilib. Müsabiqənin qalibi olan “Cəlilabad Vayn Kompani” MMC müəssisəni ən müasir standartlara uyğun quraraq, köhnə texnologiyaları yenisi ilə əvəzləyib. Burada yeni istehsal sahələri yaradılıb. Bildirilib ki, şərab zavodunun istehsal sahəsinin ərazisi 7,4 hektardır. MMC-nin 300 hektara qədər bar verən üzüm bağları var. Zavodun istehsal gücü üzüm qəbulu və emalı üzrə ildə 8 min ton, şərab və şərab məhsulları üzrə 560 min dekalitr, konyak spirti istehsalı üzrə gündə 800 dekalitr, şərabın qablaşdırılması üzrə saatda 3 min 500, tünd içkilərin qablaşdırılması üzrə isə 1500-1800 butulkadır. Müəssisənin bar verən üzüm bağlarında şardane, merlo, kaberne avinyon, sirax kimi Fransa üzüm sortları yetişdirilir. Bağlarda hər il təqribən 4 min 350 ton üzüm istehsal olunur. üzümün qəbulu, emalı və şərabın istehsalı sexi Fransadan gətirilmiş avadanlıqla təchiz edilib. Konyak spirtinin istehsalı sexində isə İtaliya avadanlığı quraşdırılıb. Bundan əlavə, müəssisədə konyak spirtinin və şərabın kondisiyaya çatdırılma, kupaj edilməsi (qarışdırılması), süzmə sexləri və hazır məhsul anbarı var. Zavodun emal və üzüm yetişdirilməsi sahələrində ümumilikdə 504 nəfər çalışır. İşçilərin orta aylıq əmək haqqı 300-500 manatdır.
Prezident İlham Əliyev Cəlilabadda Göytəpə su anbarının açılışında iştirak edib. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına məlumat verib ki, Cəlilabad rayonunun torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün Göytəpə çayı üzərində ümumi tutumu 3,7 milyon kubmetr olan su anbarının tikintisi məqsədi ilə 1985-86-cı illərdə işçi layihə hazırlanmışdı. Layihədə torpaq bəndin, suburaxıcı qurğunun, qəza sutullayıcısının, nasos stansiyasının, təzyiqədavamlı boru kəmərinin və suvarma şəbəkəsinin tikintisi nəzərdə tutulmuşdu. 1988-1992-ci illərdə layihənin icrası ilə bağlı bir çox işlər görülsə də, sonrakı dövrdə vəsait çatışmazlığı səbəbindən tikinti işləri dayandırılmışdı. 2005-ci ildə Prezident İlham Əliyevin göstərişinə əsasən bu su anbarının tikintisinin davam etdirilməsinə başlanıb və dövlətimizin başçısının tapşırığına uyğun olaraq layihə daha da təkmilləşdirilib.
Qeyd olunub ki, Göytəpə su anbarında bəndin hündürlüyü 17,5 metrdir. Bəndin üstdən uzunluğu 550 metr, su anbarının ümumi həcmi 3,7 milyon kubmetrdir. Bu hidrotexniki qurğunun faydalı həcmi isə 3,3 milyon kubmetrdir. Təzyiqədavamlı boru kəmərinin uzunluğu 7,14 kilometr, monolit beton üzlüklü suvarma kanallarının uzunluğu isə 12,1 kilometrdir. Anbarın istifadəyə verilməsi Cəlilabadda kənd təsərrüfatının inkişafını sürətləndirəcək, uzun müddət suvarma suyundan korluq çəkən ərazilərin su ilə təmin edilməsinə imkan yaradacaq. Bu da öz növbəsində rayonda kənd təsərrüfatı məhsulları istehsalının əsaslı şəkildə artmasına təkan verəcək.
Prezident İlham Əliyev su anbarını işə salıb. Bildirilib ki, perspektivdə anbarın bəndinin sağ sahilində 300 hektar yeni torpaq sahələrinin suvarılması məqsədi ilə nasos stansiyasının, uzunluğu 2,5 kilometr olan təzyiqədavamlı boru kəmərinin və qapalı suvarma şəbəkəsinin tikintisi, eləcə də su anbarının ətrafındakı kəndlərin əhalisinin gediş-gəlişini yaxşılaşdırmaq üçün Göytəpə çayı üzərində avtomobil körpüsünün inşası nəzərdə tutulub. Bundan əlavə, bəndin dayanıqlılığının daha da yüksəldilməsi və normal istismarının təmin olunması üçün əlavə tədbirlər planlaşdırılıb. Prezident İlham Əliyev ölkəmizin meliorasiya və irriqasiya sisteminin daha da müasirləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib. Mərasim iştirakçıları dövlətimizin başçısı ilə xatirə şəkli çəkdiriblər.
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Cəlilabaddakı Göytəpə qarnizonunda olub. Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Prezident İlham Əliyev qarnizonun ümumi sxemi ilə tanış olub. Ali Baş Komandan qarnizonun istifadəsində olan hərbi texnikaya baxıb. Bildirilib ki, qarnizonun müasir hərbi texnika ilə tam təchiz olunması sərhəd mühafizəsinin yüksək şəkildə həyata keçirilməsinə imkan verir.
Prezident İlham Əliyev kazarmada sərhədçilərin ixtiyarında olan texniki vəsaitlərə, silah-sursata baxıb. Məlumat verilib ki, bu texniki vasitələr sərhəd pozucularının dərhal aşkar edilib zərərsizləşdirilməsində sərhədçilərə yaxından kömək edir. Dövlətimizin başçısı qarnizonda şərti sərhəd pozucusunun zərərsizləşdirilməsi prosesini izləyib. Prezident, Ali Baş Komandan İlham Əliyev sərhəd qarnizonunun şəxsi heyətinə xidmətdə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24

